Son günlər bir-birinin ardınca artıq siyasi mübarizədə arqumentləri tükənmiş radikal müxalifət birlikləri, o cümlədən "Milli Şura" adlı ölü qurumun parlament seçkiləri ərəfəsi aksiya və mitinqlərinin sönük keçməsinə min cür don geydirən AXCP sədri Əli Kərimlinin sözlərinə görə keçirilən aksiyalar üçün uyğun yerin olmadığını bildirib.Ə.Kərimli "Məhsul" stadionunun yerinə şəhərin camaat çox olan yerində keçirməyi bildirərək vurğulayıb ki, o zaman görərsiniz ki, mitinq piket deyil. Müxalifət düşərgəsində olan liderləri əhəmiyyətsiz sayıblar. Sözügedən məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu isə deyilənlərin əsassız olduğunu və camaatın nəyə görə sənin mitinqində iştirak etməsini məqsədəuyğun hesab etmədiyini söyləyib. S.Cəlaloğlunun sözlərinə görə, hər bir siyasi partiya o partiyanı dəstəkləyənləri mitinqə toplamağı müəyyəndləşdirməli və sonra mitinq keçirməklə öz gücünü göstərməlidir: "Artıq son günülər "Milli Şura"nın keçirdiyi bu aksiyalar göstərir ki, bu qurumun mövcud elektoratı bu qədərdir".
ADP sədri daha öncədə bu fikirlərlə çıxış edib
ADP sədri aksiyanın sönük keçməsinin əsas səbələrindən olan AXCP-nin qüsurlu partiya olduğunu bildirib. Qeyd edək ki, S.Cəlaldoğlu daha öncə də bu fikirləri demişdi: "Milli Şura"ya "dirijorluq" edən AXCP-nin gərək birinci özü qüsursuz olduğunu cəmiyyətə sübut edə bilsin. Amma bu, mümkün deyil. Çünki Xalq Cəbhəsi Partiyası rəhbərliyinin keçdiyi siyasi yolun 90 faizi xəyanət və satqınçılıq yolu olub. İstər Xalq Hərəkatı, istərsə də Əbülfəz Elçibəy hakimiyyəti dönəmində bunlar ancaq oyun oynayıblar. Əli Kərimli Elçibəyin müavini olduğu halda, onun yerinə göz dikib, xəyanət edib. Vaxtilə bir çox müxalifət partiyaları AXCP ilə əməkdaşlıq ediblər. Hətta birgə bloklarda da fəaliyyət göstəriblər. Ancaq nəticədə xəyanət görüblər. Şəxsən mənə qarşı da Əli Kərimli kifayət qədər xəyanətlər törədib. Bu baxımdan, bunların belə çağırışlar etməsinə ciddi yanaşmıram. Getsinlər başlarını girə bildikləri kola soxsunlar. Ona görə də bu qurum mitinqin keçirilməsi haqqında düzgün qərar vermədi. Çünki mitinq haqqında qərar verilərkən sosial sifariş nəzərə alınmalıdır. Hansısa malı alan yoxdursa, onu bazara nə qədər aparsan da, alıcısı olmayacaq. Siyasətlə bağlı bazar nəzəriyyəsi də var. Amerikanlar deyirlər ki, siyasət də bazar kimidir. Məsələyə ticarət nöqteyi-nəzərindən baxanda düşünməlisən ki, alıcı varmı? "Milli Şura" hansı əsasa görə mitinq təşkil edir? Xalq nə zaman narazılığını ifadə etdi, kortəbii hərəkət etdi ki, sən mitinq təşkil edib narazılığı tənzimləmək və hökumətə çatdırmaq istədin?
Ötən mitinqdən sonra aksiyanın nəticələrinə dair aparılan siyasət göstərdi ki, bu etiraz aksiyalarını təşkil etməkdə əsas məqsəd heç də xalqın maraqlarını qorumaq deyil. Əksinə, "Milli Şura"nın nüfuzunu qaldırmaq, bu quruma dividend gətirmək məqsədi daşıyır".
Rəfiqə HÜSEYNOVA