PDF Oxu

Müxalifət

  • 25

Öz arasında casus axtaran müxalifətdən başqa nə gözləmək olar?

Öz arasında casus axtaran müxalifətdən başqa nə gözləmək olar?

Xəyanət, satqınçılıq və mənəviyyatsızlıq

Dəfələrlə şahid olmuşuq ki, ölkədə seçkiərəfəsi radikal müxalifət nümayəndələri öz aralarında casus axtarışına çıxır. Onların seçki öncəsi xarici kəşfiyyat orqanlarının, anti-Azərbaycan dairələrin, habelə ermənipərəst beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri və ölkəmizdə qarşıdurma yaratmaq üçün aldıqları külli miqdarda qrantlar barəsində məlumatların yayılmasında bir-birindən şübhələnirlər. Hətta bəziləri israrla bildirirlər ki, aldıqları qrantları yalnız özlərinə sərf edəndə bilməli idilər ki, bu işin üstü əvvəl - axır açılacaq. Dəfələrlə şahidi olmuşuq ki, xarici himayədarlarından daha çox qrant qoparmaq üçün min oyundan çıxan dağıdıcı müxalifət mitinq adı ilə hər hansı bir toplantı keçirəndə yersiz səs - küy yaratmaq üçün tüfeyli həyat tərzi keçirən adamlara 10 - 15 manat verəcəklərini vəd edərək onları meydanlara çağırmışlar. Mitinq başa çatar - çatmaz pul üstündə dava - dalaş başlamış, meydana gələnlər aldandıqlarını başa düşmüş və onları buraya dəvət edənləri söyə - söyə dağılışmışlar. Belə narazılardan biri də müxalifətin daha çox güvəndiyi Xədicə İsmayıl idi. O, bir dəfə onsuz da üzüqara olan müxalifəti daha da alçaltdı və milli adət - ənələrimizə yaraşmayan hərəkətlərini ört - basdır etmək üçün hakimiyyəti şantaj etməyə başladı. Bununla diqqəti özündən yayındırmağa çalışan Xədicə İsmayıl, əslində, AXCP sədri Əli Kərimli və radikal müxalifətin digər nümayəndələrinin sifarişlərini yerinə yetirirdi.

"Yurd" şefinin tapşırıqlarının qulu

Baş verən hadisələrin gedişi göstərir ki, Xədicə İsmayıl müxalifətin içərisinə daxil olmaqla Əli Kərimlinin tapşırıqlarını yerinə yetirirmiş. Bunu müxalifətdə olan siyasi partiyaların nümayəndələri də dəfələrlə təsdiqləybrlər. Məsələn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı bu məsələ barəsində açıqlama verərkən deyib ki, Xədicə İsmayılın hazırladığı "hakimiyyətə işləyən" siyasətçilərin və ictimai fəalların siyahısı AXCP sədri Əli Kərimlinin siyası maraqlarını təmin etməyə yönəlib. Niyaməddin Orduxanlı bildirib ki, Xədicə İsmayıl daim Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən və onun siyasi maraqlarından çıxış edən jurnalist olub və bu gün də onun nəzarətindədir. BAXCP sədrinin müavini X.İsmayıl uzun illərdir ki, tanıdığını və ona yaxından bələd olduğunu bildirib. Həmçinin bildirilib ki, 1997-98-ci illərdə Xədicə İsmayıl ilə eyni qəzetdə işləyiblər. O, həmin illərdən indiyə qədər Əli Kərimlinin gizli "Yurd" təşkilatının üzvüdür.

Xədicə İsmayıl eyni zamanda Əli Kərimlinin önə çıxması, onun ölkədə yeganə müxalifət lideri imicini formalaşdırması üçün İsa Qəmbəri də, digərlərini də ayaqlar altına atmağa qadir olan bir insandır. Yəni Xədicə bunun üçün istənilən siyahını da verə bilər. Bu baxımdan birmənalı olaraq hesab edirəm ki, onun təqdim etdiyi siyahının təşəbbüskarı Əli Kərimlidir.

Elə buna görə də, Əli Kərimli "Xədicə İsmayılın həbsi ona şərəf gətirdi" deməsi bəlli idi. Çünki Xədicə İsmayıl həm qohumluq, həm də mənəvi-əxlaqi baxımdan Əli Kərimliyə yaxın olduğundan onu özünə layiq olan səviyyədə qiymətləndirməli idi".

Eynulla Fətullayev: "Xədicə İsmayıl Əli Kərimli qədər satqın və xəyanətkardır"

Xatırladaq ki, "hüquq müdafiəçisi" Eynulla Fətullayev də Xədicə İsmayılın qərəzkar və araqarışdıran, xarici kəşfiyyat orqanları ilə əlaqəli olduğunu bəyan edərkən demişdir ki, bu adamın kiminlə münaqişəsi varsa, onun adını casusluqda hallandırır. Eynulla Fətullayev bildirib ki, Azərbaycan hökumətinə, dövlətinə qarşı hansısa təzyiq siyasətini həyata keçirmək istəyənlər, bir qayda olaraq, kompromatları Xədicəyə ötürür və o da ağlına gələni yazır. Fətullayev bununla bağlı deyib: "Bu jurnalistin nə analitik qabiliyyəti var, nə təfəkkürü, nə də publisistik istedadı. İndiyə qədər bir tutarlı məqalə yazmayıb. O, xarici ölkələrin casus və kəşfiyyat orqanlarının mənafeyinin müdafiəçisi qismində çıxış edir. Bir sözlə, Xədicə İsmayıl Əli Kərimli qədər satqın və xəyanətkardır. X.İsmayıl düşünür ki, guya ABŞ hökumətinin bəzi təmsilçiləri, kəşfiyyat orqanları tərəfindən etibarlı şəxs kimi tanınır. Amma yanılır. O, kompromatlar vasitəsilə sevmədiyi insanlara zərbə vurur".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər