"Müsavat Partiyası Əli Kərimli ilə bəhsə girib. Ona görə də bir-birinin ardınca mitinq keçirir. Müsavat sanki ictimaiyyətə göstərmək istəyir ki, Əli Kərimli "mitinq" keçirirsə, mən də keçirirəm, mən də varam". Bu fikirləriSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyasının keçirəcəyi yürüşə münasibət bildirərkən deyib.BAXCP rəsmisi qeyd edib ki, İsa Qəmbərlə Əli Kərimli "mitinq" yarışına giriblər: "Müsavatçılar "Milli Şura" nın mitinqindən qorxu hissi keçiriblər. Onlar elə düşünürlər ki, birdən Əli Kərimli radikal müxalifətin lideri olar, onlar kənarda qalar. Məsələnin kökündə də elə bu prinsip dayanır. Azərbaycan cəmiyyəti ölkənin radikal düşərgəsinə qətiyyən dəstək vermir. Mitinq iştirakçılarının əksəriyyəti öz yaxınları və qohum-əqrabalarıdır".Niyaməddin Orduxanlı onu da qeyd edib ki, İsa Qəmbərin başqanlığı dövründə belə mitinq keçirmək iqtidarında olmayan Müsavatın dağılmış, parçalanmış halda mitinq keçirəcəyi şübhəli məqamdır.
sia.az