PDF Oxu

Müxalifət

  • 39

Səxavət Əlisoy: “Axı "Müsavat" hansı yürüşdən danışır?” AÇIQLAMA

Səxavət Əlisoy: “Axı "Müsavat" hansı yürüşdən danışır?” AÇIQLAMA

"Müsavat" Partiyasının ötən ilin dekabrında keçirdiyi aksiyada Arif Hacılın üzə çıxarılması prizintasiyasında yalnız 300-400 nəfər iştirak etdi". BunuSİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Müsavat" Partiyasına mitinqinqin keçirilməsi ilə bağlı verilən razılığıa baxmayaraq onların bundan imtina etməsinə məsələsinə münasibət bildirərkən deyib.İdarə heyətinin üzvünün sözlərinə görə, hazırda hamı "Müsavat" Partiyasının hansı vəziyyətdə olmasını bilir: "Heç kimə sirr deyil ki, "Müsavat" artıq parçalanmış vəziyyətdədir. Əgər onlar "Bibiheybət", keçmiş "Məhsul" stadionunu insanlarla doldura bilmirlərsə, axı hansı mitinqdən, yürüşdən danışırlar? Onlar indi də təkbaşına yürüş etmək istəyirlər. "Müsavat" mitinqin effekt verməyəcəyini, biyabır olacağını yaxşı başa düşür. Başqa çıxış yolları qalmadıqları üçün də bu kimi yollara əl atır. Bu yalnız Arif Hacılı populizmidir. Həmin şəxs 20-22 ildir ki, eyni sözləri təkrar etməyi sevir. Bu mənada onlar israrla çalışırlar ki, yürüş keçirsinlər və effektlivliyi artırsınlar. Bunların heç bir effekt verməyəcəyi öncədən bəllidir".

sia.az

Digər xəbərlər