PDF Oxu

Müxalifət

  • 26

Müxalifət partiyaları növbəti parçalanma astanasındadır

Müxalifət partiyaları növbəti parçalanma astanasındadır

Müxalifət daxilində ağır, böhranlı durum əksər partiyaların sıradan çıxmasına gətirib çıxarıb. İndidən demək olar ki, bu ilin sonunda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində müxalifət növbəti acınacaqlı məğlubiyyətini yaşayacaq. Bunun da günahkarı təbii ki, yenə də, Müsavatla AXCP olacaq. Çünki bu iki partiya arasında amansız mübarizə ümumi müxalifətin gözdən düşməsinə və içtimai-siyasi proseslərdən kənarda qalmasına gətirib çıxarıb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, AXCP ilə Müsavat arasında olan gərginlik uzun müddətli məsələlərdən qaynaqlanıb: "Demək olar ki, artıq uzun illərdir ki, bu iki partiya arasında hər zaman qarşıdurmalar olub. Qarşıdurmaların nə vaxt aradan qalxacağı isə sual altındadır".

"Parçalanmış bir durumda olan Müsavatın kütləvi aksiya keçirməsi nə dərəcədə inandırıcıdır" sualını cavablandıran R.Qonaqovun sözlərinə görə, Müsavatın aksiya keçirməsi heç nəyi dəyişən deyil: "Çünki onların sonuncu mitinqində Müsavat partiyası rüsvayçı aksiya keçirdi. Onların mini-mitinqlərinə qohum-əqrəbalarından başqa qoşulan olmadı. Bu baxımdan, inandırıcı deyil ki, Müsavat və ya "Milli Şura" ən azı min nəfərlik aksiya keçirə bilsin. İçtimaiyət onları qəbul etmir, qətiyyətlə rədd edirlər. Bunun da səbəbi liderlərin xarici qüvvələrə satılmaları və milli maraqıarımızı satmağa cəhd etmələridir".

R.Qonaqov onu da qeyd etdi ki, Müsavatın başqanı dəyişilsə də, lideri İsa Qəmbərdir: "Bu gün açıq şəkildə onların keçirdiyi toplantılarda İsa Qəmbər başda əyləşərək, bu partiyanı idarə edir. Bu baxımdan da, bütün göstərişləri İsa Qəmbərin özü verir. Sadəcə olaraq, Müsavat partiyasında başqan adı dəyişilib. Arif Hacılının başqanlığı formal xarakter daşıyır".

R.Qonaqovun sözlərinə görə, müxalifət təmsilçiləri uğursuz aksiyalara meyil etməklə özlərini xaricdən olan qüvvələrə belə təqdim edə bilməzlər: "Çünki artıq müxalifət uzun illərdir ki, məğlubiyyətə uğrayıb. Belə olan halda onların bundan sonra nəyə isə nail olması qeyri-mümkündür. Hazırkı vəziyyətdə isə parçalnma prosesi dağılma mərhələsi ilə müşayət olunmaqdadır. Yaxın vaxtlarda Müsavat, AXCP və digər partiyalardan növbəti qopmaların baş verəcəyini söyləmək olar".

GÜLYANƏ

Digər xəbərlər