PDF Oxu

Müxalifət

  • 26

"DERMO"KRATİYA

"DERMO"KRATİYA

Avropanın bəzi siyasi qurumlarının və Qərbin bir sıra təşkilatlarının Azərbaycana yönəldilmiş son davranışları həqiqətdə bir fakta dəlalət edir. Onlar heç də real demokratiyanın marağında olan qurumlar deyillər. Sadəcə, demokratiya adı altında "dermo"kratlıqla məşğul olurlar. Məsələnin daha dərininə varmadan, "dermo"kratiyanın nə olduğunu xatırlatmaq yerinə düşərdi. Bu sözün kökünü rus dilindən tərcümə etsək, ən mülayim şəkildə "zibil" anlamını verəcək. Yox, ən sərt şəkildə tərcümanlıq etsək, onda...

"Dermokrat"lıq xəmirləri sanki bir yerə yoğrulub

Beləliklə, Qərb "dermo"kratları üzərimizə gəldikcə, bizimlə təzyiq dilində daha çox danışmağa cəhd göstərdikcə, buradakı "dermo"kratlar da vəcdə, həvəsə gəlir, digər millət nümayəndələri necə ki, fransızdan artıq fransız olurlarsa, bunlar da ermənidən betər erməniyə çevrilirlər. Çünki həqiqi yerli demokrat bunu etməz. Ona görə də Cəmil Həsənli, Əli Kərimli, ya da onların ətrafındakılar demokrat deyil, elə real "dermo"kratdırlar desək, əsla yanılmarıq. Onların "dermokrat"lıqları ilə Avropanın, Qərbin "dermokrat"lıq xəmirləri sanki bir yerə yoğrulub. Məsələn, hansısa bir Qərbi avropalı "dermo"krat durub deyəcəksə ki, "Ermənistanda korrupsiya yoxdur", "insan haqları pozulmur", "söz və mətbuat azadlığı var", "işğalçı ölkə deyil", "türklər erməniləri qırıb", "ermənilər soyqırımına məruz qaldığı üçün bütün dünya həmin hadisəni rəsmən tanımalıdır" və s. Bax, onda bizim düşük "dermokrat"lar da eyni sözü təkrar edib, Azərbaycanı "korrupsiya", "söz və insan haqlarının pozulduğu ölkə", hətta "Ermənistana təcavüz edən dövlət" kimi adlandıracaqlar. Bilirsiniz niyə? Ona görə ki, qərbli "dermo"kratlar onlara "sizi hakimiyyətə gətirəcəyik" başsığallaması ilə öz toruna salıb, indi də həmin başlarına ip salıb oynadır. Həm də ona görə ki, Azərbaycandakı həqiqi demokratiya "dermo"kratiya maraqlarına cavab vermədiyi üçün gah Avropa Parlamentinin, gah "Freedom House"nin, gah Avropa Şurasının antikorrupsiya qrupu olan GRECO-nun "dermo"ları kratiya bağlayıcısını öz dallarına şəlləyərək, üzərimizə hücum edirlər. Ancaq hər dəfə öz "dermo"larına bataraq, geri çəkilmək məcburiyyətində qalırlar. Öz sözümüzlə desək, qaynatdıqları zibilin tən ortasına düşürlər.

Demokratiya haqqı, düz deyirəm!

Bax, belədir "dermo"kratiya anlayışı...

Mən hələ "Milli Şura"nın "psevdo-dermo"kratiyası barədə demirəm eee! Əgər bunu da desəm (yazsam), onda gərək bu qəzetdə yer-filan qalmaya. Həm də ki, bu demokratik alınmaz. Sonra Əli Kərimlinin "Azadlıq"dakı "dermokrat" mirzələri bütün dünyaya hayqıraraq deyərlər ki, bəs qoymayın, ""Səs"də demokratik prinsiplər pozulur, bir nəfər bütün qəzeti zəbt edərək, yalnız özünün yazısını çap etdirir". Demokratiya haqqı, düz deyirəm! Ona görə də "dermokrat"iya haqqında qısa fikirlərimi bildirsəm də, gələn dəfəyə yer saxlamaq üçün "psevdo-dermo"kratiya barədə də növbəti köşədə fikir bildirəcəm. İndi isə hələlik, "dermo"kratlar, gələn görüşlərə qədər!

RÖVŞƏN

Digər xəbərlər