PDF Oxu

Müxalifət

  • 26

Akif Nağı: “Azərbaycan İtaliya ilə bütün münasibətlərinə yenidən baxmalıdır” AÇIQLAMA

Akif Nağı: “Azərbaycan İtaliya ilə bütün münasibətlərinə yenidən baxmalıdır” AÇIQLAMA

"Əgər İtaliya ilə Azərbaycanın müxtəlif sahələrdə - iqtisadi, siyasi və s. xoş münasibətləri varsa, rəsmi Roma bu məsələlərin hamısını nəzərə almalıdır". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ermənistanda İtaliya şirkətlərinin fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, bu cür məsələlər bir növ araşdırılmalıdır: "Hətta bu barədə mətbuatda da çox geniş müzakirələr aparılır və yazılar dərc olunur. Bakıda İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüşdə çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də bildirdi ki, bəzi İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və bu ərazilərə turist səfərlərinin təşkili, habelə İtaliyadakı sərgi və tədbirlərdə qondarma rejim təmsilçilərinin iştirakı qəbuledilməzdir".A.Nağı hesab edir ki, Azərbaycan İtaliya hökumətindən bu əlaqələrin dayandırılmasını dərhal tələb etməlidir: "Əgər dayandırmasa, Azərbaycan İtaliya ilə bütün münasibətlərinə, əlaqələrinə yenidən baxmalıdır. Bütün məsələlər dövlət səviyyəsində həll olunmalıdır".

sia.az

Digər xəbərlər