PDF Oxu

Müxalifət

  • 26

Əli Kərimli "siyasəti" erməni maraqlarına işləyir

Əli Kərimli "siyasəti" erməni maraqlarına işləyir

Bu gün ən maraqlı məqam odur ki, Azərbaycan siyasətində yalançı, keçmişi qaranlıq, bu günü müəmmalı, sabahı isə indidən bəlli olan adamlar əlinə düşən hər fürsətdə dövlətçiliyə qarşı çıxmaqla yanaşı, ətrafındakı insanları min-bir yalançı, şirnikləndirici vədlərlə aldadır, daim xalqın iradəsinə əks mövqe sərgiləyir. Artıq onu təqdim etməyə ehtiyac duymadığımız üçün keçirəm mətləbə. Siyasi karyerası uğursuzluqlarla müşayiət olunan, Azərbaycan xalqının və dövlətinin maraqlarını hər an satmağa hazır olan radikal müxalifət düşərgəsi yenə öz ampluasındadır. Belə ki, ölkəmizin uğurlarına qarşı çirkin kampaniyalar aparmaqla "məşhurlaşan" dağıdıcılar növbəti dəfə, anti-azərbaycançı mərkəzlərin layihələrinin önündə getməyə müntəzirdirlər. Radikalların növbəti əməllərinə toxunmazdan öncə vurğulayaq ki, bu xəyanətkar zümrə özünü "siyasi partiya" adlandırsa da, onların fəaliyyətində heç bir "siyasi məntiq" tapmaq mümkün deyil. Çünki əsas məqsədi siyasi hakimiyyətə gəlmək olan hər hansı bir siyasi partiyanın istinad nöqtəsi məhz xalq və dövlətçilik marağı olmalıdır. Azərbaycandakı radikal müxalifət düşərgəsinin istinad nöqtələri isə xarici antimilli fondlar və xarici səfirliklərdir. AXCP sədri Əli Kərimli o qədər mahir yalançı, o qədər mahir siyasi "moşennik"dir ki, ondan nə desən gözləmək olar. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanətdə ittiham edilir. Əli Kərimlinin xəyanət xronologiyasını nəzərdən keçirdikdə, nə qədər zəngin olduğuna təəccüblənməmək mümkün deyil...

Əli Kərimli "fəxri damğa"nı iftixarla daşıyır

Əli Kərimli həm də ermənilərin dostudur. O, bu "fəxri damğa"nı böyük iftixarla daşıyır. Əli Kərimli erməni lobbisini başlıca tərəfdaş kimi qəbul edir. O, yeganə siyasətçidir ki, öz şəxsi maraqlarına görə erməniyə dayı belə deməkdən çəkinmir. Əli Kərimli "dayı"larının qrant qarşılığında verdiyi tapşırıqları yerinə yetirməyə çalışan, amma buna nail ola bilməyən vətən xainidir. Bütün "gücünü" Birinci Avropa Oyunlarına qarşı səfərbər edən Ə.Kərimlinin növbəti "çörək ağacı" məhz bu idman bayramıdır desək, yanılmarıq. Belə ki, Birinci Avropa Oyunlarını şantaj hədəfinə çevirən Ə.Kərimlinin bu işi dövlətimizin, Azərbaycan hakimiyyətinin uğurlarını gözü götürməyən, qüdrətli ölkəmizin gündən-günə böyük bir coğrafi regionda aparıcı aktora çevrilməsini həzm edə bilməyən ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirdiyi isə şübhəsizdir. Yəni bu niyyətin də arxasında satqınlıq, xəyanət və maddi-korporativ maraqlar dayanır... Məhz onun nəzarətində olan "Azadlıq" qəzeti vasitəsi ilə "Amnesty International" təşkilatının Birinci Avropa Oyunlarını boykota çağırması ilə bağlı yaydığı xəbər və bunun ardından isə "Amnesty International" təşkilatının bu yalanı təkzib etməsi isə, göründüyü kimi, Azərbaycanın uğurlarını həzm edə bilməyən, erməniləri dəstəkləyən dairələrlə işbirliyinə gedən Ə.Kərimli bu dəfə də öz ampluasına sadiqlik nümayiş etdiridi.

Beləlikdə, bütün dünyanın diqqətinin, nəzərinin Azərbaycana yönəldiyi bir zamanda əlində olan mətbu rupordan istifadə edərək öz arzularını, yalanlarını beynəlxalq təşkilatların adından tirajlamağa çalışır. Amma hər zamankı kimi onun yalanı nəinki qırx gün, heç qırx saat da yaşamır...

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər