O günləri "Azadlıq" qəzetində maraqlı və düşündürücü bir zad baş verib. Özü də ki, elə bir zad ki, bunun necə deyərlər, "əyəni-bəyəni"ı yoxdur. Məsələnin kontekstini elə də uzatmayaraq, keçirəm birbaşa əsas mətləbə. Mətləb isə budur ki, "Azadlıq" qəzeti hər zaman olduğu kimi, reketçilik, şantajçılıq və böhtanatma sıralamasında öz birinciliyini qoruyub-saxlamaqdan ötrü, növbəti dəfə öz hədəfini iş adamı Rafiq Əliyev adlı şəxsi götürüb. Yəni onu "asıb-kəsib", harasından gəldi "baltalayıb". Amma həmin o iş adamı olan Rafiq Əliyevlə akademik Rafiq Əliyevi "səhv" salıb. Həmin akademik R.Əliyevlə ki, hələ 2013-cü ildə baş tutmuş prezident seçkilərindən öncə, əvvəlcə "İctimai Palata" adlanan qurumda, sonra isə "Milli Şura"da təmsil olunurdu. Hətta həmin vaxtalr onun müxalifətin "vahid namizədi" olacağı barədə müxalifət kuluarlarında informasiyalar yayılmışdı. Ancaq sonradan, R.Əliyev zamanında anladı ki, hansı çirkabın işindədir və həmin çirkab boğazına qədər çıxmamış, birtəhər özünü oradan çıxardı. Yəni çəkildi kənara və yenidən öz elmi fəaliyyəti ilə məşğul olmağa başladı.
Məhz bundan sonra digər iş adamı Rafiq Əliyev haqqında "Azadlıq"da gedən şər-böhtanlı yazıdan sonra elmlə məşğul olan Rafiq Əliyevin (adaş və soydaş-R.) şəkillərinin səhv düşməsi, daha doğrusu, iş adamının yerinə elm adamının şəklinin yer alması məni düşünməyə vadar etdi.
Düşündüm ki, burada Əli Kəriminin barmağı var, özü də 100%! Çünki akademik R.Əliyev Əli Kərimlidən uzaqlaşanda, onun bu addımı AXCP sədrinə xoş təsir bağışlamamışdı. Ona görə də rəhbərlik və nəzarət etdiyi "Azadlıq"da iki dovşanı bir güllə ilə vurmağa çalışıb. Nəticədə elm adamı R.Əliyevə ilişib.
İndi maraqlıdır ki, axı Ə.Kərimli iş adamı R.Əliyev qalısın bir yana, yaşlı elm adamı R.Əliyevdən nə istəyir? Bəlkə Ə.Kərimi indi də "elmi məntiq" yolu ilə hakimiyyətə gəlmək istəyir və bunun üçün də Rafiq Əliyevə müraciət edib, rədd cavabı alıb? Ola bilər hər halda...
Ancaq onun iş adamı R.Əliyevi hədəfə alması isə bəlli edir ki, o həmin adamdan pul istəyib və o da Ə.Kərimliyə öz adaşı-soydaşı kimi rədd cavabı verib. Ona görə də Əli Kərimli hər zamankı kimi, ondan olmayanları özünə düşmən elan edib. Eynilə bir güllə ilə iki R.Əliyevi hədəfə aldığı kimi...Ə, bu nətər adamdı, əəə!!!
RÖVŞƏN