PDF Oxu

Müxalifət

  • 13

Avropa Şurası yenə "şuraladı"

Avropa Şurası yenə "şuraladı"

Avropanın bir sıra ikili standartlı qurumları kimi, Avropa Şurası da özünəməxsus şəkildə "şuralayıb". Budəfəki məsələ isə vergi və digər maliyyə fırıldaqçılığı cinayətlərinə görə həbs olunmuş İntiqam Əliyevlə bağlıdır. Belə ki, adıçəkilən Avropa qurumunun yaydığı bəyanatda bildirilir ki, İntiqam Əliyev Avropa Şurasının çoxdankı tərəfdaşıdır və o, İnsan Hüquqları Məhkəməsində baxılan bir çox işlər üzrə hüquqi müşavir kimi çıxış edib. Ona görə də bu adam hətta İnsan Haqları Məhkəməsində kiminsə xeyrinə danışması üçün kimdənsə rüşvət alaraq müşavirlik etsəydi belə, o, "toxunulmaz" qalmalıymış. Çünki Avropa Şurasının bəyanatına nəzər salarkən, bu cür düşünmək olar. Məsələn, həmin bəyanatdan daha bir sutata baxaq: "Məhkəməyə qədərki saxlanma, həbs və İ.Əliyevin mühakimə olunması onun Azərbaycanda hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır və bu işi mümkünsüz etmək cəhdlərinin bir hissəsidir" (?-R.N.).

Demək, belə çıxır ki, əgər İntiqam Əliyev Azərbaycan vətəndaşı deyil, Avropa Şurasında Azərbaycan əleyhinə bəyanat səsləndirən istənilən ölkənin hüquq müdafiəçisi olsaydı, məsələn, Fransanın, ya da Almaniyanın, bu zaman orada maliyyə cinayətləri törədərək, vergidən yayınsaydı, onu həbs etməyəcəkdilər?! Adını da qoyacaqdılar ki, o, Avropa Şurasında müşavirlik-filanlıq edib, ona görə?! Allahım, bizim məntiqimizdən bir az da onlara ver ki, qoy hadisələrə qiymət verərkən, doğru-dürüst nəticə çxıarmağı bacarsınlar. Yoxsa belə getsə, Avropa məntiqsizilik və ikili standartlar ucbatından batıb-gedəcək!

*****

"Le Monde" erməni aşiqi Fransua Ollandın digər erməni aşiqi Leyla Yunusa sevgisindən yazdı

Fransanın "Le Monde" adlı qəzeti Ermənistana səfər edərək, orada qondarma "soyqırımı" abdisəi önündə ağı deyib, saçını-başını yolan Fransa prezidenti və erməni aşiqi Fransua Ollandın ötən il digər erməni aşiqi Leyla Yunusla Bakıdakı görüşündən yazıb. Yazıb ki, Leyla Yunus həmin vaxtı az qala Ollandın filan yerindən ikiəlli yapışıb, onu özü ilə Fransaya aparmasını da istəyib. Ona görə də Olland bu dəfə Ermənistandan (!-R.N.) Bakıya gələrkən, Leyla Yunus barədə danışıb. Görünür, erməni və fransız xalqlarının bənzərliyindən biri də onların həyazıslığındadır!

*****

Əli Kərimlidən şok "açıqama!"

AXCP sədri Əli Kərimli "Milli Şura"nın toplantısında "bənzərsiz", "bəlağtəli", "təhtəlşüur", "analoqu heç vaxt olamayacaq", "heç bir siyasətçinin gücündə olmayan" və s. bu kimi amillərə "söykənən" bəyanat verib. Deyib ki, "Biz mitinqlərə ara versək, növbəti devalvasiya mütləq olacaq".

İndi gəl bundan sonra Əli Kərimlinin gah sahibkarlara, gah radikal dindarlara, gah da cinsi azlıqlara etdiyi mitinq müraciətlərindən bir nəticə hasil etmə! Demək, iki-üç həftədən bir "Milli Şura" mitinq kemçirəcək və həmin mitinq dünyanın balanslaşdırılmış iqtisadi faktoruna təsir göstərəcəkmiş. Görəsən uzun illərdir ki, iqtisadi böhrandan əziyyət çəkən Yunanıstan, İtaliya, Portuqaliya, Belçika, Fransa və Böyük Britaniya kimi ölkələrin müxalifət liderləri nəyə görə Əli Kərimlinin "mitiniqlərindən" ibrət dərsi götürmürlər ki, onların üzləşdirkləri iqtisadi böhran aradan qalxsın? Məsələn, baxın, Əli Kərimli devalvasiyanın qarşısını almaq üçün 300 nəfərlik mitinqlə hər şeyin "qarşısını almağı" bacarır. A kişi, öyrənin da bə! Sizin işiniz yalnız Azərbaycana qarşı qərəz, şantaj və böhtan yaymaqdan ibarət deyil axı!

*****

Anna Politkovskaya bilsəydi ki...

İsveç Milli Mətbuat Klubu 2015-ci il Anna Politkovskaya Söz Azadlığı mükafatını "azərbaycanlı jurnalist", əslində isə erməni avantürsit Xədicə İsmayıla təqdim edib. Hətta Xədicənin "ortaya çıxardığı faktlar" da sadalanıb. Amma mərhum rusiyalı hüquq müfadiəçisi Anna Politkovskaya bilsəydi ki, onun adına olan mükafat Xədicə İsmayıla verilib...

İndi binəva Anna öz məzarında ventilyator (sərinkeş-R.N.) kimi fır-fırılanır. Bilirsiniz niyə? Ona görə ki, Xədicə vaxtilə bir çox kişilərin hüquqlarını özünəməxsus şəkildə pozaraq, onları cinsi istismara məruz qoyub. Özü də ki, qeyri-ənənəvi yollarla. Əgər Anna Politkovskaya sağ olsaydı, onun özü Xədicəni məhkəməyə verib, hüquqlarını pozduğu kişilərin vəkilliyini edərdi. Amma nə etmək olar, binəva Anna ?!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər