PDF Oxu

Müxalifət

  • 360

Reallığı özündə əks etdirməyən xəyallar

Reallığı özündə əks etdirməyən xəyallar

Niyaməddin Orduxanlı: "Əli Kərimli çox gözəl bilir ki, onun keçirdiyi aksiyalara çox az adam qatılır"

Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, "Milli Şura" deyilən qurum aksiya keçirməyi planlaşdırır. Sizcə, Əli Kərimlini və Cəmil Həsənlini aksiyaları keçirtməyə həvəsləndirən hansı maraqlardır?

- "Milli Şura"nın aksiyalar keçirməkdə məqsədi özlərini beynəlxalq təşkilatlara və Qərb ölkələrinə təqdim etmək cəhdindən irəli gəlir. Yəni burada Əli Kərimli təqdimat verir ki, bu ölkədə sizin maraqlarınıza xidmət edəcək bir siyasi təşkilat var ki, o da mənəm. Çünki Əli Kərimli çox gözəl bilir ki, onun keçirdiyi aksiyalara çox az adam qatılır. Təbii ki, bu aksiyalara qatılan şəxslər Əli Kərimlinin yaxın qohumları və ətrafında olanlardır. Bu kimi şəxslər hansı mitinqi keçirmələrindən danışa bilərlər? Ümumiyyətlə, onların bu cür aksiyaları şoudan başqa bir şey deyil. Əli Kərimlinin də əsas məqsədi ondan ibarətdir ki, Rusiyanın əli ilə yaradılan "Milli Şura"nı indiki zamanda Qərbə təqdim etsin.

- Əli Kərimli iddi edir ki, budəfəki aksiyada 50 mindən çox insan iştirak edəcək. Sosial bazası 50 nəfər olmayan bu şəxsin böyük iddialarla çıxış etməsi təəccüb doğurmur ki?

- İndiyə qədər Əli Kərimlinin keçirdiyi aksiyalara heç min nəfər qatılmayıb. Bu min nəfərin arasında polis və jurnalist coxluq təşkil edib. Təbii ki, bu, Əli Kərimlinin nağılıdır və o, reallığı özündə əks etdirməyən xəyallardan danışır.

- Avropa Oyunları qabağı "Milli Şura"nın fəallaşması və Əli Kərimlinin ultimativ bəyanatlarla çıxış etməsi xaricdən verilən sifariş ola bilərmi?

-. Azərbaycana qarşı təbliğat kampaniyası aparan beynəlxalq təşkilatarın erməni diasporu ilə münasibətləri var. Əsasən də onların fəaliyyətləti də Azərbaycan dövlətçiliyini zəiflətmək və Azərbaycanın milli maraqlarına zərbə vurmaqdır. Onlar bilir ki, artıq Azərbaycan birinci Avropa Oyunları ərəfəsində bütün dünyada tanınacaq və nufuzu daha da yüksələcək. Belə olan halda da həmin xarici qüvvələrin Azərbaycanla bağlı şər, böhtanları ifşa ediləcək. Bu baxımdan özlərinə yer tapa bilmirlər. Əli Kərimli və Cəmil Həsənli kimilərdən istifadə etməklə Azərbaycanın hədəflərinə zərər vurmağa cəhd edirlər. Görünən isə odur ki, bu kimi cəhdlər uğursuzluqla nəticələnir. Çünki xalq - hakimiyyət birliyi qırılmaz tellərlə bir-birinə bağlıdır.

GÜLYANƏ

Digər xəbərlər