PDF Oxu

Müxalifət

  • 19

"İsa Qəmbərdən yaxşı bolşevik çıxarmış" AÇIQLAMA

"İsa Qəmbərdən yaxşı bolşevik çıxarmış" AÇIQLAMA

"İsa Qəmbərin Vurğun Əyyuba verdiyi dəyər 1 manata da dəymirmiş. Vurğun Əyyub 25 il Müsavat Partiyasına xidmət etdi. Sonda 1 manat üzvülük haqqı ödməməyə görə İsa Qəmbər onu partiyadan çıxartdı". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.BAXCP rəsmisinin sözlərinə görə, bu dünyagörüşü ilə İsa Qəmbər prezident olmaq istəyirdi?! Yaxşı ki, 2003-cü ildə İlham Əliyev prezident oldu! Yoxsa İsa Qəmbər bu cür dünyagörüşü ilə Avqust Pinaçetdən artıq diktator olardı: "Bu faktın özü onu deməyə əsas verir ki, Müsavat partiyasının heç vaxt Məmməd Əmin Rəsulzadə irsinə adiyyatı olmayıb. Müsavat partiyası İsa Qəmbərindir və bu partiyanı özü yaradıb. Kimsə onun dediyini demirsə, dərhal cəzalandırılır. Bolşeviklər kimi: Kim bizdən deyil, düşməndir. İsa Qəmbərdən çox yaxşı bolşevik çıxarmış. Müsavat partiyası artıq dərnək maraqları ilə idarə olunur".

sia.az

Digər xəbərlər