PDF Oxu

Müxalifət

  • 352

"The Economict" - "demokrayiya" manipulyasiyası üzərində yazılan rüsvayçılıq

"The Economict" - "demokrayiya" manipulyasiyası üzərində yazılan rüsvayçılıq

Britaniya nəşrinə bəzi xatırlatmalar

Artıq kimsəyə sirr deyil ki, Azərbaycan davamlı olaraq inkişaf etdikcə, beynəlxalq arenada daha qüdrətli söz sahibinə çevrildikcə, eləcə də ölkəmiz önəmli beynəlxalq mərkəzə çevrildikcə, bu faktor bir sıra xarici siyasi dairələrin, media qurumlarının qısqanclığına, narahatlığına, onların qeyri-obyektiv fikirlər səsləndirmələrinə səbəb olur. Belə ki, dövlətimizin əldə etdiyi ardıcıl uğurları sırasında bütün sahələr - həm mədəniyyət, həm siyasət, həm iqtisadiyyat, həm də idman kimi amillər dayanıb ki, bu mövcudluq, bu reallıq həmin dairələr tərəfindən uzun müddətdir həzm olunmur. Xüsusilə burada anti-Azərbaycan meyilli qüvvələrin və onlara göstəriş verən geclü erməni lobbisinin, həmin lobbiyə nökərçilik edən "müxalifətçi" adı altındakı yerli balta saplarının "canfəşanlığını" vurğulamaq mümkündür. Həmin qüvvələrin müəyyən Qərb mətbuatı vasitəsilə dəridən-qabıqdan çıxmaları araxasında da məlum məsələlərin dayandığı şəksizdir və həmin məsələlərin başıca faktoru söz sahibinə çevrilən dövlətimizə qara ləklər yaxmaq cəhdidir. Hansı ki, qarayaxma və qara piar kampaniyalarında iştitak edən "ağıllı avropalı siyasilərin" özləri də yaxşı anlayırlar ki, yaşadıqları ölkələrdəki vəziyyət elə də ürəkaçan deyil. Hətta çox bərbaddır.

"The Economict" kimi nəşrlər "demokratiya aşiqləridirlərsə", niyə Londonun mərkəzində yaşanan irqçi toqquşmalar barədə informasiya vermir?

Bu arada Böyük Britaniyada nəşr olunan "The Ekonomist" kimi mətbu orqanların ölkəmizdə keçiriləcək I Avropa Oyunları ətradında qərəzli məqalələr dərc etmələri özündə heç bir həqiqəti əks etdirmir. Ümumiyyətlə, adıçəkilən Britaniya nəşrlərinin özündə idmanı ehtiva edən bir önəmli hadisə haqqında yazarkən bunu siyasi motivə yönəltmək cəhdləri məqalələrin bilavasitə sifariş xarakterli olmasına dəlalət edir. Adışəkilən ingilis mətbuatı əlində heç bir dəlil-sübut olmadan guya Azərbaycanda media azadlığının olmamasını, insan haqlarının pozulmasını qələmə almaqla görünür, son illərdə Britaniyada baş verən hadisələri arxa planda gizlətməyə səy göstərir, manipulyasiyalar törədir.

Gah Xədicə İsmayıl və Tural Mustafayev kimi ictimai rəydə maraq doğurmayan rüsvayçı olayı, gah "siyasi məhbus" iddiaları, gah da bu kimi başqa lüzumsuz iddiaları ortaya atmaqla, "The Economist" tipli ingilis nəşrləri suyu bulandırmağa cəhdlər göstərirlər. Yəni əsl faktı - Avropada ilk dəfə olaraq keçiriləcək I Avropa Oyunlarının möhtəşəmliyini, əhəmiyyətini bir kənara qoyub dezinformasiya yaymaqla məşğuldur. Əgər "The Economict" kimi nəşrlər bu qədər "demokratiya aşiqləridirlərsə", nəyə görə Londonun mərkəzində baş verən irqçi toqquşmalar barədə bir dəfə də olsa informasiya verilmir? Niyə Britaniyanın şəhərlərində müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdə irqçilərin "Səlib yürüşü" adı altında müsəlmanlara məxsus evlərə, dükanlara, maşınlara od vurularaq yandırılması barədə İngiltərə hakimiyyətini qınamır?

Britaniya hökumətinin "News of the World", "The Sun" qəzetlərinə qarşı göstərdikləri təzyiqlər unudulmayıb

Hələ 2011-ci ilin yay aylarında London iğtişaşları zamanı həbs olunan və "Facebook" məhbuslarının (Perri Satkliff və Cordan Blekşou 4 il müddətinə azadlıqdan məhrum olunmuşdular - R.N.) azadlığa çıxması istiqamətində "The Economict" nəşri mübarizə aparmışdımı?! Nəyə görə özünü bu qədər "demokratiya carçısı" hesab edən "The Economict" həmin zamanlar həmkar nəşrlər hesab edilən "News of the World", "The Sun" qəzetlərinə qarşı yönəldilən hakimiyyət təzyiqləinrə qarşı çıxış etməmişdi?! Axı həmin qəzetlər də Britaniyada demokratik dəyərlərin pozulması barədə yazılar dərc edirdilər. Ancaq "The Economict" bunun əvəzinə Azərbaycana qarşı hücum planlarını həyata keçirirdi. "Eurovision" Mahnı Müsabiqəsi öncəsi. Yəqin ki, indi də I Avropa Oyunlarına qarşı şantaj kampaniyasına qoşulmuş "The Economict" erməni lobbisindən növbəti pullu-paralı, rüşvətli-korruppsiyalı nəmərini alıb.

Əgər "The Economict" kimi ingilis mətbu orqanları bu qədər "demokratiyaya xidmət" edirlərsə, ölkələrində qoyulmuş media qadağalarının, məhdudlaşdırmaların aradan qaldırılması üçün müvafiq işlər görsünlər. Görmürlərsə, demək, əsl anti-demokratiya küləyi elə Britaniyanın özündə istədiyi səmtdə əsir. Lap ingilis bayrağı kimi...

Bunu da unutmamışıq - "Facebook" və "Twitter" yasağının ardınca "sıfır dözüm" proqramının ABŞ məktəbi

Maraqlıdır ki, Britaniya siyasi dairələri bu deyilənlərlə də işini bitmiş hesab etmir. Yəni onlara məxsus mətbu orqanlarında sifarişli yazılar dərc etdirən Britaniya hökuməti demokratiyaya, söz və fikir azadlığına daha ifrat formada qarşı çıxmaq üçün ABŞ-da icra edilən anti-demokratik variantdan istifadə etməyi məqbul hesab edib. Belə ki, Britaniyanın siyasi dairələri ABŞ-a bununla bağlı müraciət edərkən, "sıfır dözüm" proqramının uyğulaşmasına başlamışdı. Bəs "sıfır dözüm" proqramı nədir? Belə ki, bu proqram ən az, seçilməyəcək qədər qanun pozuntusuna görə insanlara qarşı ən sərt, ən aqressiv tədbirlərin reallaşmasını nəzərdə tutur. Tutaq ki, Londonda gəzirsən və kağız tullantısını zibil urnasına atarkən, kağız urnaya deyil, yerə düşür. Bu isə London polisinin gözündən yayınmır. Nəticədə əl-qolunu burub, üzərinə at sürüb, ya da it qısqıdrıb aparırlar polis məntəqəsinə. Qısası, məhkəmə bu əməlinə görə sənə 1 il iş kəsir (?!). Budurmu insan azadlığının qorunduğu ABŞ və Böyük Britaniya demokratiyası?! Hər halda İngiltərənin baş naziri Devid Kemeronun həmin vaxtlar verdiyi "sıfır dözüm" kimi qərarları vətəndaş azadlıqlarının məhdudlaşdırılması, vətəndaş məsuliyyətinin artırılması, internet istifadəçilərinə qarşı ciddi cəza tədbirlərinin görülməsi barədə etdiyi "tarixi" çağırışları "sıfır dözüm" proqramına tərəf atılan utanc addımıdır.

Bu əsnada yetərincə bəlli olur ki, öz səhvlərini, anti-demokratik addımlarını müxtəlif vasitələrlə gizlətmək istəyən Britaniya mətbuatının The Economist" nəşrinin başbilənləri Azərbaycanın qazandığı yüksək imicə xələl gətirmək iqtidarında deyillər. Çünki Azərbaycan demokratik və azad ölkədir. Bu, Avropa Oyunlarının keçiriləcəyi müddətdə bir daha öz təsdiqini tapacaq.

Digər xəbərlər