PDF Oxu

Müxalifət

  • 371

Sloveniya "parlament seçkilərini" tanımır BƏYANAT

Sloveniya "parlament seçkilərini" tanımır BƏYANAT

"Sloveniya Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma "parlament seçkiləri"ni tanımır və onları legitim hesab etmir". SİA-nın xəbərinə görə, bu barədə Sloveniyanın Xarici İşlər Nazirliyinin qondarma rejimin Dağlıq Qarabağda təşkil etdiyi "parlament seçkiləri" ilə bağlı bəyanatında bildirilir .Sloveniya Ermənistanın işğalı altındakı Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini tanımadığını açıqlayıb.Azərbyacanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevin verdiyi informasiyaya görə, Sloveniya xarici işlər nazirliyindən verilən açıqlamada 3 mayda Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərinin tanınmadığını və bu seçkilərin qeyri-qanuni olaraq görüldüyünü bildirilib.Nazirlik açıqlamasında Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma seçki nəticələrinin hər hansı hüquqi nəticəsinin olmadığı ifadə edilib.Açıqlamada bildirilib ki, rəsmi Sloveniya Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.Onu da qeyd edək ki, saxta seçkilərlə bağlı Rəsmi Sloveniyanın muraciəti Sloveniyanın Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

siaşaz

Digər xəbərlər