PDF Oxu

Müxalifət

  • 338

SÖZÜN QISASI

SÖZÜN QISASI

*****

Arif Hacılı da "narahat" oldu

Hakimiyyətə yaxınlığı ilə seçilən mətbu orqanların Azərbaycanın daxili işlərinə qarışan, ölkəmizə qarşı anti-təbliğat kampaniyaları aparan Qərb siyasi dairələrini susdurması müxalifəti "narahat" etməyə başlayıb. Məsələn, Müsavat baqşanı Arif Hacılı mətbuata açıqlamasında deyib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi sən demə, ölkəmiz üçün heç də "yaxşı perspektiv vəd etmir", üstəlik, hətta bu amil "Azərbaycanın dövlətçiliyi üçün təhlükəliymiş" (?!-R.R.).

Maraqlıdır, məgər Arif Hacılı nə zamandan Azərbaycan dövlətçiliyinin güclənməsini istəyən "qüvvə" olub ki, indi də məsələn, Con Kerrinin şıltaqlığına, ya da siyasi həyasızlığına qarşı sərt və qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan hakimiyyətinə "dərs" keçməyə çalışır? Sən hələ bir Müsavatdakı "zurna-balabanların" səsini-küyünü kəs, saxta yollarla başqan olmağını etiraf et, partiyanda diktarura rtejimi yaratmağı barədə aşkar danış, sonra dövlətçilik maraqlarının "təhlükədə" olması barədə bayatılarını qoş. Səni tanıyanlar, sənin "narahatlığından", yaman "narahat" olublar, Arif Hacılı. Yoxsa erməni lobbisinin ABŞ siyasi dairələri ilə iş birliyinin alınmaması da səni ciddi şəkildə narahat etməyə başlayıb?

*****

Baş nazir Stefan Olimpiya Komitəsinin prezidenti Stefana cavabdeh ola bilərmi?

Əli Kərimliyə məxsus sarı bulvar mətbuatı yazır ki, bəs Azərbaycanla İsveç arasında ciddi diplomatik qalmaqal yaranıb. Yəni İsveçin Milli Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberq ölkəsində nəşr oluynan qəzetə müsahibsində Azərbaycana qarşı filan deyib, behməkan mızıldayıb. Hə, nə olsun axı?! Sən ay Əli Kərimli, nəticəni ortaya qoy! Məsələn, fakt qoy ki, İsveç olimpiyaçıları Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak etməyəcəklər. Ancaq AXCP sədri bunu nəticə kimi ortaya qoymaq yerinə, indi də öz bulvar qəzetində yazdırır ki, guya Azərbaycanla İsveçin arasında diplomatik qalmaqal yaranıb (?!-R.).

Çox vacibdir ki, idman yarışlarının dövlətlərarası münasibətlərə nə aidiyyatı ola bilər axı? Məgər İsveçin baş naziri Stefan Leven İsveçin Milli Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberqə görə cavabdeh ola bilərmi? Ya da ki, sən -AXCP sədri Əli Kərimli, VİP sədri Əli Əliyevə "otveçat" ola bilərsənmi? Məsələ də budur ki, bir ölkənin Olimpiya Komitəsinin sərsəm prezidenti durub Azərbaycan barədə hətərən-pətərən danışıb, Əli Kərimli də mirzələrinə yazdırır ki, bəs Azərbaycanla İsveçin arası pozulub. Ay Xədicənin başı haqqı!

*****

Vuğun Əyyubun maşını səsvermə məntəqəsi olub

Müsavat divanının üzvü Osman Kazımov iddia edib ki, partiyanın qurultayı zamanı başqanlıq seçkiləri keçirilərkən, sən demə Vurğun Əyyubun maşınında Qubad İbadoğlunun lehinə bülletenlərə imza atılırmış. Divan üzvü hətta onda faktlara əsaslanan fotoşəkillər olduğunu da deyib.

Ancaq bütün bunlara rəğmən, Qubad İbadoğlunun tərəfdarlarında da Arif Hacılının saxta başqan seçilməsi ilə bağlı faktların olması barədə kifayət qədər danışılıb. Hətta videomateriallar indi də "youtube"də qalmaqdadır. Elədirsə, Osman Kazımov da öz sübutlarını çıxarsın qoysub ortaya, biz də görək və bilək ki, Müsavatın qurultayında Vurğun Əyyubun maşını seçki məntəqəsi rolunu oynayıb.

*****

"Kişiliyini" ortaya qoyub, buna getməyəydin...

Xədicə İsmayılı "içəri" basdıran Tural Mustafayev həmin vaxtlar radikal müxalifətin xəyanətkar damğasına məruz qalsa da, indi də dönüb olub "təmiz oğlan". Sən demə, onun Xədicə İsmayılla bağlı istintaqa verdiyi və imzaladığı ifadələr "şantaj" nəticəsində baş tutub. İndi isə o, yenidən "kişilənərək", heç də Xədicəni "içəriyə" basdırmaq istəmədiyini, hətta onunla "dost" olduğunu, üstəlik, evində "çörək" kəsdiyini də deyib. Adama deyərlər ki, ay "kişi", əgər sən bu qədər "kişiydinsə", elə "hakimiyyət səni şantaj edəndə", öz "kişiliyini" ortaya qoyaraq, buna getməyərdin da. Noldu, xaricə qaçmağın, siyasi mühacir olmaq həvəsin tutdu indi də?

*****

Cəmil Həsənli vətəndaş hesab oluna bilərmi?

"Milli Şura"nın sədri Cəmil Həsənli ayda bir dəfə ortaya çıxıb, elə söz danşır ki, sonra bir ay ictimaiyyət arasına çıxmağa üzü gəlmir. Axı hansı üzvlə çıxsın ictimai rəy arasına? Məsələn, Azərbaycana qarşı vergi, maliyyə, xarici kəşfiyyata işləmək, erməni xüsusi-xidmət orqanları ilə əlbir olmaq kimi ittihamlarla həbs edilən adamları "siyasi məhbus", "vicdan məhbusu" adlandıraraq, onları və özünü hər vəchlə "təmizə" çıxarmağa çalışan Cəmil Həsənlinin fikrincə, "Azərbaycan hakimiyyəti vətəndaşlarla mübarizə aparır". Kimdir o vətəndaşlar? Həftə səkkiz, mən doqquz Ermənistana səfər edərək, Azərbaycanda təxribatlar törətməyə çalışan Leyla və Arif Yunuslarmı, onlarla əlbir olan Rauf Mirqədirovmu, ABŞ kəşfiyyatı ilə "çaşkə-loşkə" olan Xədicə İsmayılmı, yoxsa digərləri?!

Cəmil Həsınli yaxşı bilir ki, onlar azadlığa çıxan kimi, tərk edəcəklər Azərbaycanı və olacaqlar ABŞ, Britaniya, Norveç, İsveç, Danimarka, Belçika vətəndaşları. Çünki belələrini azərbaycançılıq meyarları qətiyyən maraqlandırmır. Belələrini maraqlandıran erməniyə dayı demək məsələsidir. Öz aramızdır, məgər Cəmil Həsənlinin dost-doğmaca qızının qaynatası Yerevanda otel və restoran sahibi deyilmi? Bəlkə Cəmil Həsənli də yaxınlarda köşə öz sevimli erməni mənşəli ingilis qudasının yanına və ola Ermənistan vətəndaşı? Görün necə də yaraşır ona bu titul - Ermənistan vətəndaşı Cəmil Həsənli!

RÖVŞƏN

Digər xəbərlər