PDF Oxu

Müxalifət

  • 675

SÖZÜN QISASI

SÖZÜN QISASI

*****

Əli Kərimlinin sarı mətbuatı - "Azadlıq" qəzeti Qərb-Azərbaycan münasibətlərini pozmağa cəhd edir

I Avropa Oyunları ərəfəsində AXCP sədri Əli Kərimlinin nəzarəti altında nəşr edilən sarı mətbuatın daha bir təxribatçı əməli faş olub. Məsələn, Qərbi Avropa dövlətlərində və ABŞ-da fəaliyyət göstərən bir sıra QHT-lərin və dırnaqarası demokratiya institutlarının hesabatlarını, bəyanatlarını həmin ölkələrin hökumətləri adına çıxan Kərimli mediası o cümlədən, həmin xəbərləri "rəsmi" kimi təqdim etməyə cəhd göstərir. Adi misal. Məsələn, İsveçin Olimpiya Komitəsinin prezidenti Azərbaycana qarşı qərəz kampaniyasında iştirak edir və bu amil Əli Kərimlinin qəzetində "İsveçrə-Azərbaycan qarasında qalmaqal" başlığı ilə verilir. Halbuki Azərbaycanla İsveç arasında dövlətlərarası münasibətlər çox gözəl inkişaf edir və etməkdədir. Bu, həm İsveç dövlətinə, həm də Azərbaycana qarşı təxribat deyilmi?

Daha bir misal gətirək. ABŞ-da fəaliyyət göstərən və dövlət qurumundan asılı olmayan "NED" adlı təşkilatın paytaxt Vaşinqtonda keçirilən anti-Azərbaycan tədbiri "rəsmi Vaşinqton" tədbiri kimi sırınmağa cəhd edilib. Belə ki, "Vaşinqtonda Azərbaycandakı repressiyalarla bağlı müzakirələr" adlıqlı bir təxribat xarakterli yazının yanında prezident Barak Obamanın oturduğu "Ağ Ev"in - Kapitoliya sarayının şəkli qoyulub. Guya həmin sarı mətbuatı oxuyan elə bilsin ki, Azərbaycana qarşı keçirilən tədbir bilavasitə rəsmi Vaşinqtonun tədbiriymiş...

Bir də ki, gör Vaşinqton nə qədər özünü ucuz tuturmuş ki, həmin tədbirdə "Meydan TV"nin əməkdaşı Emin Milli, "Azadlıq" radiosunun Azərbaycan xidmətinin direktoru Kənan Əliyev, Karnegi Fondundan Tomas de Vaal iştirak edəcəkmiş! Hansı ki, Barak Obamanın NED adlı təşkilatla bağlı, ümumiyyətlə, geniş bilgili olması inandırıcı görünmür. İnandırıcı görünən budur ki, rəsmi Bakı ilə rəsmi Vaşinqton arasında çoxsahəli strateji əməkdaşlıq mövcuddur!

Deyəndə və yazanda ki, bunlar elə anadangəlmə o sözdürlər, heç kim inanmır. İndi inandınızmı?

*****

Müsavatda "demokratiya mühiti" mövcuddur

Müsavat partiyasının qərargahı qarşısında keçirilən etiraz aksiyası partiyanın rəhbərliyi tərəfindən "demokratiya mühiti" kimi qiymətləndirilir. Yəni onlar bununla demək istəyiblər ki, "Gördünüz, Sizlərin qərargah qarşısında Arif Hacılını istefaya çağırmanız müqabilində bizlərin baş verənlərə səssiz münasibət sərgiləməmiz nə qədər "demokrat" olduğumuzu göstərdi?"

Bəli, Arif Hacılı da, İsa Qəmbər də, Nemət Kərimli də, Razim Əmiraslanov da, Elman Fəttah da, Səxavət Soltanlı da, Mustafa Hacıbəyli də çox "demokratik" adamıymışlar. Bu boyda saxtakarlıqlara qarşı edilən tələblərə bir dəfə də olsa cınqırlarını çxıarmadılar. "Varam" belə "demokratiyaya!" Yaşasın, Müsavat "demokratiyası", URRRAAA..!

*****

Cəmil Həsənlinin "oğru elə bağırdı ki..." məsəlinə aidiyyəti varmı?

Cəmil Həsənlinin rəhbəri olduğu "Milli Şura" AXCP gənclər komitəsinin üzvü Fuad Əhmədlinin aprelin 28-də həbs edilməsi ilə bağlı bəyanat yayıb. Cəmil Həsənli isə həmin bəyanatı hazırlatdırarkən, orada Fuad Əhmədlinin həbs olunduğunu deyil, "oğurlandığını" iddia edib. Yəni AXCP üzvünün küçədəcə həbs olunması onun təbirincə "qanunazidd imiş". Maraqlıdır, harada görünüb ki, hər hansı bir insan həbs olunarkən, onu evə aparırlar, nəslinə-nəcabətinə də xəbər yollayırlar ki, bəs gəlin, filankəsinizi həbs etmişik. Sonra da komfortlu qaydada bəh-bəhlə aparırlar müvafiq saxlanma məntəqəsinə? Bu bir.

İkincisi, Cəmil Həsənli istəyir ki, onun və onu tipli kukla kimi idarə edən Əli Kərimlinin istədiyi qanunsuz əməlləri qanun aliliyindən üstün dayansın və onların dövlət maraqlarına qarşı çıxan istənilən addımları qarşısında heç bir tədbir görülməsin. Hansı ki, Cəmil Həsənli camaatın uşağını aldadıb, başlarını tovlayıb və oğurlayıb öz çirkin əməllərinə bulaşdırmalarmaqla məşğuldur. Bu "adamlar" birbaşa gənc nəslin nümayəndələrini aldıqları təhsildən, gələcəkdən məhrum edərək, dövlətə xəyanət işlərində istifadə edirlər. İstifadə etdikdən sonra isə tullayırlar bir kənara. Bax, həmin AXCP gənclər komitəsinin həbs olunmuş üzvü Fuad Əhmədli də bu sıradandır. Necə ki, vaxtilə Ruslan Bəşirli, Cabbar Savalan da eyni aqibəti yaşadıqdan sonra səhvlərini, Əli Kərimlinin şəxsi maraqlarının qurbanları olduqlarını, istifadə olunduqlarını anlayıb, doğru yola qayıtmışdılar. Yəni onlar da AXCP-nin oğurlanmışlar siyahısında yer alırdılar.

Bu baxımdan, özlərinin siyasi maraqlarına görə millətin uşaqlarını bada verən Cəmil Həsənli onların həbslərini "oğurluq" kimi təqdim edirsə, iolk növbədə öz gəncliyini xatırlasa, pis olmazdı. Deyilənə görə, Cəmil Həsənli Biləsuvarda və Cəlilabadda "mal oğrusu" kimi əməlli-başlı ad da qazanmışdı. Alim olmaqla deyil eee!

Rövşən RƏSULOV

Digər xəbərlər