PDF Oxu

Müxalifət

  • 636

Əli Əliyev: “Bizə qarşı olan təzyiqlərə son qoyula bilər” AÇIQLAMA

Əli Əliyev: “Bizə qarşı olan təzyiqlərə son qoyula bilər” AÇIQLAMA

"Hesab edirəm ki, iqtidar-müxalifətin bu dəfəki görüşü əvvəlki prosesin davamı kimi qiymətləndirilməlidir. Artıq üçüncü görüş baş tutdu. Biz təkcə mövzu ətrafında deyil, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi apardıq. Düşünürəm ki, I Avropa Oyunları ilə bağlı qoyulan məsələyə siyasi partiya rəhbərlərinin münasibəti birmənalı müsbət oldu". Bunu SİA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.Partiya sədrinin sözlərinə görə, bu oyunlar Azərbaycanın dövlət maraqları, dünyaya təqdimatı üçün müsbət bir hal kimi qiymətləndirilməlidir: "Cari məsələlər sırasında xeyli mövzu müzakirə edildi. Bu, əsasən iqtidar-müxalifət münasibətlərində siyasi həyatda mövcud olan problemləri əhatə etdi. Təbii ki, təkliflər müxtəlif çalarlarda idi. Rəsmilər onu qeydə aldılar. Hətta bir sıra məsələlər ətrafında irəliləyişin olmasına da razılıq verildi və iradə ifadə edildi. Əgər bu proses davamlı, nəticəli olsa, ölkədəki ümumi ab-havaya, ovqata, iqlimə mübət çalar qata bilər. Beləcə, dünyadan bizə qarşı olan təzyiqlərə son qoyula bilər".Ə. Əliyev I Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan anti-Azərbaycan kampaniyasına da münasibət bildirərək deyib ki, bu oyunlar ölkəmizi sevməyən, onun inkişafını gözü götürməyən müxtəlif çevrələrin təzyiqinə məruz qalır və hədəfinə tuş gəlir: "Biz dövlət, millət olaraq dünyaya öz maraqlarımızı ifadə edən mövqedən baxmalıyıq. Hesab edirik ki, bu prosesdə nə qədər çox vahid mövqe nümayiş etdirilsə bədxahlara, ölkəmizi sevməyənlərə qarşı ən tutarlı cavab olar. Təbii ki, bizim inkişafımız bir çoxlarını, xüsusilə Ermənistanı narahat edir".

sia.az

Digər xəbərlər