SİYASİ RAKURS (RUBRİKA)
Azərbaycan hakimiyyəti ilə müxalifətin bir sıra partiyalarının iştirak etdiyi növbəti dialoq və bu ətrafda ümumi razılıq mühitinin formalaşması bir daha təsdiq etdi ki, ölkəmizdəki siyasi mühit çərçivəsində bir irəliləmə, inkişaf və ortaq məxrəcə gələ bilmə faktoru dayanıb. Söz yox ki, burada əsas təşəbbüskarlıq ağırlığı hakim Yeni Azərbaycan Partiyasının üzərinə düşüb. Daha dəqiq desək, müxalifətdə təmsil olunan bir sıra partiyalarla işgüzar mühitli görüşün keçirilməsi həm də ölkəmizdəki demokratiya amilinin mövcudluğunu kifayət qədər ehtiva etməkdədir. Xüsisilə, Azərbaycanda baş tutacaq I Avropa Oyunları ərəfəsində siyasi partiyaların demək olar ki, bir baxışdan çıxış etmələri, yəni bu möhtəşəm hadisəni dəsdətkləməsi də belə deməyə əsas verir ki, artıq normal və sivil müxalifətçilik formalaşıb. Lakin...
Əslində, erməni dəyirmanına su tökən bu "qüvvələrin" hər hansı bir hadisəni "boykot" edib-etməyəcəkləri kimsənin marağında deyil
Lakin bir sıra məsələlərdə olduğu kimi, bu məsələdə də demək olar ki, bilavasitə erməniçilik maraqlarından çıxış edən "qüvvələr" öz köhnə, ürəkbulandırıcı "manevrləri" ilə suyu bulandırmağa çalışıblar. Məsələn, AXCP, Müsavat kimi satqın və xəyanətkar təşkilatlar sözdə "siyasi məhbus" və s. bu kimi bənzər halları süni şəkildə qabardaraq, onlara verilmiş növbəti sifarişləri öz nökərçilik baxışları ilə reallaşdırmağa çalışıblar. Guya Azərbaycanda "siyasi məhbus" məsələsi həll olunmayana qədər onlar I Avropa Oyunlarını boykot edəcəkmişlər.
Əslində, erməni dəyirmanına su tökən bu "qüvvələrin" hər hansı bir hadisəni "boykot" edib-etməyəcəkləri kimsənin marağında deyil. Lazımsız, heç bir müsbət təsirə malik olmayan, xalq kütləsi tərəfindən dəstəklənməyən, ümumiyyətlə, nə ölkəyə, nə də ki, dövlətçiliyə heç bir səmərəsi olmayan AXCP və Müsvat kimi siyasi təşkilatların istənilən fikirləri, qərarları özləri qədər əhəmiyyətis olaraq qalmaqdadır. Bu əhəmiyyətsizlik həm də onların öz işlərində də görünməkdədir. Məsələn, Müsvat partiyasındakı son məlum vəziyyət - təşkilatda ailə podratının yaranması, avtoritar idarəçilik, bunun səbəbindən oradan gündə 20, 30, hətta 50 nəfərin istefa verməsi özü-özlüyündə hər şeyi göstərməkdədir.
Eləcə də AXCP-də cərəyan edən hadisələr. Əli Kərimlinin təşkilat daxilindəki vəziyyəti və cəbhəçilərin ard-arda onu ittiham edərək, xəyanətdə suçlaması, o cümlədən, Müsavatda olduğu kimi baş verən istefalar da bu sıradandır.
İqbal Ağazadənin AXCP və Müsavat rəhbərliyindən heç bir fərqi yoxdur
Beləliklə, hər iki partiyanın onların erməni maraqlarını müdafiə etməyə qalxması, Azərbaycanın dövlətçilik, ümummilli maraqlarından üz döndərməsi nəticədə guya "boykot" məsələsini önə sürməsi onların özlərinə bumeranq zərbəsi kimi dəyəcək. Hətta elə dəyəcək ki, bundan salamat can qurtara bilməyəcəklər. Qurtara bilmədikləri üçün də məhv olacaqlar. Əlbəttə ki, bunun təqsiri də onların özlərindən başqa kimsədə deyil.
Bu arada dialoq zamanı "Ümid" partiyasının sədri, millətə heç bir vəkillik edə bilməyən, ya da etmək istəməyən, yalnız biznes maraqlarını güdərək, həm də əl altından xarici dairələrə xəfiyyəlik edən İqbal Ağazadənin də AXCP və Müsavat rəhbərliyindən heç bir fərqi yoxdur. Məsələn, nədənsə, I Avropa Oyunlarının Bakıda keçirillməsi mövzusu gələndə İqbal Ağazadəni sözün əsl mənasında qaşınma tutub. Bu kimi qaşınmanın isə bir səbəbi var. Bu, həmin səbəbdir ki, onun bayrağı külək səmtinə əsmir. Onun bayrağı yalnız kim ona yaxşı pul verib danışdırarsa, o trəfə əsir. Ona görə də "Ümid" sədrinin dialoq zamanı göstərdiyi hoqqabazlıq, elə hoqqabazlıqdan başqa heç nə deyil. Bu baxımdan, yaxşı olardı ki, İqbal Ağazadə indidən dialoq mühitini tərk etsin. Çünki belə ikiüzlü, riyakar və düşüncəsiz partiya sədrlərinin normal danışıqlar, razılaşmalar aparan mühitdə iştirakı yersizdir. Sual yaranır ki, "siyasi məhbus" kimi qondarma iddianı ortaya atan İqbal Ağazadə nəyə görə daha öncəki dialoqlarda bu barədə danışmayıb? Məsələ kifayət qədər aydındır. Bu dialoqdan öncə, o da AXCP və Müsavat rəhbərliyinin bulaşdığı sağalmaz xəstəliyə düçar olub. Xəstəliyin adı isə erməni qucağına atılmaq aşkarlığıdır.
Ancaq bütün bunlara rəğmən, dialoq baş tutdu və çox müsbət nəticələr əldə olundu. Bu nəticələr bilavasitə Azərbaycanın bu ölkəyə təzyiq dili ilə danışmağa cəhd edən xarici siyasi dairələrə tərs sillə olacaq.
Mübariz QULİYEV