Və ya Səxavət Əlisoyun həkim fikrinə dəstək
ADR sədrinin müavini, Müsavat partiyasının başqanlığına keçmiş namizəd Səxavət Əlisoy başqan Arif Hacılının narazı müsavatçıların ünvanına səsləndirdiyi ittihamlarını növbəti dəfə tənqid edib və eləcə də, ard-arda çxıardığı tanınmış müsavatçılara dəstək fonunda münasibət bildirib. Maraqlı açıqlamaları, eləcə də sərt ifadələri ilə Hacılı "idarəçiliyini" hədəfə alan Əlisoy həm də peşəkar həkim kimi İsa Qəmbərin sələfi Arif Hacılıya müvafiq diaqnoz da qoyub - Loqoreyya.
O, bunu Hacılının nə danışdığının fərqində olmaması ilə əlaqələndirib. Məsələn, ADR sədrinin müavini bildirib ki, məntiqə söykənən fikir bildirmək onluq, yəni Arif Hacılılıq deyil: "Çünki adamın zehniyyəti sırf komsomol zehniyyətidir. Digər tərəfdən adamın yetərincə savadı yoxdur, davranışındakı anormallıq kültür (mədəniyyət-R.R.) probleminin olduğuna dəlalət edir. Son bir ildə onun ağzından çıxanlar psixolojı aspektden təhlil olunsa, biabırçı duruma düşər. Tibbdə "loqoreyya" deyilən bir termin var. Açması "söz ifrazı" kimi oxunur. Hacılının əksər fikirləri söz ifrazından savayı bir şey deyil".
İsa Qəmbərdə isə Obsessiv-komplekssiv davranış pozğunluğu xəstəliyi əmələ gəlib
Məsələ həm də ondadır ki, Səxavət Əlisoy növbəti bu kimi açıqlamasını elə-belə verməyib. Daha dəqiq desək, Əlisoy Hacılının ADR rəhbərliyinin ona və Müsavata qarşı başlatdığı hücum kampaniyasının sifariş olması iddiasından sonra sözügedən xəstəlik proqnozunu irəli sürüb.
Ancaq nədənsə, Arif Hacılı avtoritar idarəçilik məsələsində sifarişlərini, təlimatlarını sabiq başqan İsa Qəmbərdən aldığını demir, ya da deməkdən yayınır. Çünki bildiyimiz qədər, İsa Qəmbər də bu yaxınlarda, yəni Müsavat partiyasının qərargahı qarşısında narazı və etirazçı müsavatçıların, o cümlədən partiyadan çıxarılanların aksiyalarını "hakimiyyətin sifarişi" adlandırmışdı və burada Səxavət Əlisoya yardım etmək məqsədilə İsa Qəmbərin hansı xəstəlikdən əziyyət çəkməsini demək istərdim. Düzdür, həkim-filan olmasam da, səhiyyədən az-maz başım çıxır. Belə ki, bəzi şəxslər, məsələn, İsa Qəmbər kimiləri həddindən artıq və lazımsız olduğunu bildikləri halda davranış və düşüncələrini təkrarlamaqda davam edərlər. Buna isə obsessiv-komplekssiv davranış pozğunluğu deyilir. Biz hələ paranoyyanı və daha nələri demirik. Beləliklə, məsələ aydındır. Müsavat rəhbərliyi başdan-ayağa qədər psixiki pozğunluq içindədir. Görünür, bu səbəbdən, indi də növbə gedib çatıb Ellada Məmmədliyə, Müsavatın qadınlar birliyinin artıq keçmiş sədrinə. Hələ qarşıda digərləri də var. Məsələn, Tural Abbaslı. Bəli, hələlik sonuncu tanınmış müsavatçı kimi onun adı Müsavat sırasındadır. Ancaq heç kim loqoreyya, paranoyya, obsessiv-komplekssiv davranış pozğunluğu olan partiya rəhbərliyi tərəfindən hətta iki dəqiqə sonra hansı qərarın veriləcəyini deyə bilməz. Çünki psixiki pozğunluğu olan bir təşkilatdan hər nə desən gözləmək olar. Gör indi illərlə canlarını Müsavat, yaxud da "İsavat" yolunda qoyanlar nələr çəkir?! Allah Müsavat rəhbərliyinə şəfa, onların xəstəliklərinin güdazına gedənlərə isə səbr versin.
Rövşən RƏSULOV