Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları öncəsi xarici qüvvələrin fəallaşması fonunda yerli təmsilçilər də görülən işlərə kölgə salmaq üçün geniş fəaliyyətə başlayıblar. Demək olar ki, AXCP, Müsavat kimi pozuculuq yolu tutan partiyalar hər gün xaricdən verilən sifarişlərə uyğun olaraq qeyri-ciddi, əsassız iddialarla çıxış edirlər. Hətta Müsavat və "Milli Şura" deyilən qondarma qurumlar mitinqlərə olan azarlarını ardıcıl göstərməklə islaholunmaz və yarıtmaz işbazlar olduqlarını nümayiş etdirməyə çalışıdlar. Halbuki qnunvericiliyin tələblərinə görə, təntənəli tədbirlərin keçirlildiyi məqamda kütləvi aksiyaların keçirilməsi qadağandır. Buna yol verənlərə qarşı ciddi tədbirlərin görülməsi tam şəkildə qanunamüvafiqdir. "Yurddaş" Partiyasının sədri Mais Səfərli də qəzetmizə açıqlamasında bildirdi ki, müxalifətçilər xarici ağalarına öz varlıqlarını sübut etmək üçün daim mitinq taktikasına üstünlük veriblər: "Lakin mitinq keçirmək üçün sosial sifariş olmadığından, həmin düşərgədə təmsil olunan partiyalar, onların liderləri meydana toplaşan azsaylı tərəfdarları ilə hər zaman gülüş hədəfinə çevriliblər. Bu baxımdan, demək olar ki, müxaliflər bundan sonra keçirmək istədikləri aksiyalarla özlərini daha çıxılmaz duruma salacaqlar. Ümumilikdə isə müxalifət kütləvi tədbir təşkil etmək gücünə malik deyil. Müxalifət təmsilçiləri bu reallığı nə qədər gizlətsələr də keçirdikləri aksiyaların rüsvaycılıqla müşahidə olunması ilə faktı gizlədə bilməzlər. Bu da müxalifətin aciz və bacarıqsız durumunda olduğunu bir daha göstərir".
Partiya sədrinin sözlərinə gör, "Milli Şura"nın yenidən mitinq keçirməyi planlaşdırması şanslarını yenidən yoxlamaq istəyindən irəli gəlir: "Yəni ümid edirlər ki, bəlkə bu dəfə keçiriləcək aksiyaya çoxlu adam gəlsin. Amma arzuları reallığa çevrilmir. Təbii ki, bu dəfə də belə olacaq. Hər zaman olduğu kimi, bu dəfə də onların bu aksiyası baş tutmayacaq. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən şəxslərin hər zaman Azərbaycanda önəmli təbdirlərin keçirilməsi ərəfəsində öz yersiz hərəkətlərindən geri qalmırlar. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları qabağı müxalifətin fəallaşması ölkəmizə gələcək qonaqların fikirlərini qarışdırmaqdan ibarətdir".
"Nəyə görə müxalifət birlik haqqında çox danışsa da bunu reallığa çevirməkdə acizlik nümayiş etdirir" sualını cavablandıran partiya sədri bildirdi ki, bir-birinə nifrət edən müxalifətin təmsil edən şəxslər necə birgə fəaliyyət göstərə bilərlər? Burada müxalifətin hansı birliyindən söhbət gedə bilər? Təbii ki, müxalifətdaxili birlik yoxdur. Çünki buna müxalifət partiya sədrlərinin şəxsi ambisiyalarının olması umumi birliyin yaradılmasında ciddi problemlər yaradır. Bu baxımdan birmənalı şəkildə demək olar ki, nə indi, nə də sabah müxalifət düşərgəsində birliyin yaradılması qeyri-mümkündür".
GÜLYANƏ