PDF Oxu

Müxalifət

  • 703

Partiya sədri: “Əli Kərimli müxalifətin ən ambisioz fiqurudur”

Partiya sədri: “Əli Kərimli müxalifətin ən ambisioz fiqurudur”

Elşən Musayev: "Arif Hacılı AXCP sədrinin oyunlarına qarşı İsa Qəmbər qədər immunitetli deyil"

"Əli Kərimli Azərbaycan müxalifətinin ən ambisioz fiqurudur". Bunu SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev deyib.Onun sözlərinə görə, eyni zamanda həmin ambisiya ilə AXCP sədrinin istedadı və qabiliyyəti üst –üstə düşmür: "Yəni, adam ambisiyasına uyğun olmayan bir siyasi düşüncəyə, dünyagörüşünə, mənəviyyata sahibdir. Belə olduğuna görə isə onun kimisə bəyənməməsi, kimisə saymaması normal qəbul olunmalıdır. Zatən Əli Kərimlinin də istəyi bu idi ki, İsa Qəmbər başqanlıqdan getsin və müxalifətçilik, qrant monopoliyası özünə qalsın".E. Musayev əlavə edib ki, hərçənd AXCP sədri həyatı boyunca hakimiyyət başına gəlməyəcəyini, daha doğrusu gələ bilməyəcəyini də gözəl anlayır: "Ona görə də əlindən gələni edir ki, barı ətrafda müxalif statuslu kimsə qalmasın. Qalanlar da buna tabe olsun, bunun bayrağı altından keçsin. Arif Hacılı isə başqanlıqda yeni olduğu üçün hələ Əli Kərimlinin oyunlarını anlamır. Daha doğrusu o, AXCP sədrinin oyunlarına qarşı İsa Qəmbər qədər immunitetli deyil".

sia.az

Digər xəbərlər