Almaz Əliqızı: "Mənim susqunluğum, mənim etirazımdır"
"Bilirsiniz, mən Müsvat Partiyasında baş verən məsələlərlə fikir bildirməkdən imtina emişəm. Çünki olaylar ortadadır. Daha heç bir məsələyə münasibət bildirməyəcəyəm". Bu sözləri SİA-ya Müsavatın Məclis üzvü Almaz Əliqızı son zamanlar partiyanın rayon təşkilatlarından olan istefalar barədə ona ünvanlanan sualı cavablandırarkən deyib.Müsavat Məclisinin üzvü eyni zamanda qeyd edib ki, artıq bu barədə zamanında münasibətini bildirib və bundan sonra heç bir açıqlama vermək fikrində deyil.Lakin Almaz Əliqızı bütün bunlara rəğmən, baş verənlərə etiraz etdiyini də gizlətməyib: "Bircə onu demək istəyirəm ki, mənim susqunluğum partiya daxilində baş verən bütün hadisələrə etiraz kimi anlaşılmalıdır".
sia.az