PDF Oxu

Müxalifət

  • 227

Müxalifət ifşa olunur

Müxalifət ifşa olunur

"Milli Şura"nın mitinqlərə cəhdləri onları bitirəcək

Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları öncəsi xarici qüvvələrin fəallaşması fonunda yerli təmsilçilərdə görülən işlərə kölgə salmaq üçün geniş fəaliyyətə başlayıblar. Gah aksiyalar keçirməyə, gah da ultimativ bəyanatlarla çıxış etməyə meyil göstərən müxalifət bununla milli və dövlətçilik maraqlarına qarşı çıxmağı özlərinin prinsipi olduğunu göstərirlər. Halbuki qanunvericiliyin tələblərinə görə, təntənəli tədbirlərin keçirildiyi məqamda kütləvi aksiyaların keçirilməsi yolverilməzdir. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, indiki şəraitdə Avropa Oyunlarının keçirilməsi ərəfəsində müxalifət düşərgəsində təmsil olunan şəxslərin xaricdən verilən sifarişlər əsasında aksiyalar keçirməyə cəhdlər göstərmələri milli maraqlara kölgə salmaqdan başqa bir şey deyil: "Azərbaycanda Avropa Oyunlarının keçirildiyi ərəfədə müxalifətin pozuculuq yolu tutması və mitinqlər yolu ilə təxribatlara cəhdlər göstərmələri erməni dəyirmanına su tökmək deməkdir. Çünki bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Oyunlar öncəsi kiminsə fərqli mövqe tutması vətəndaşlıq hissindən uzaq olduğunun göstəricisi sayıla bilər. Bir sözlə, müxalifət təmsilçiləri nə qədər bu reallığı gizlətsələr də, keçirdikləri aksiyaların rüsvaycılıqla müşahidə olunması ilə faktı gizlədə bilməzlər".

Partiya sədrinin sözlərinə görə, müxalifət aciz və bacarıqsız durumdadır: "Bu gün "Milli Şura"da təmsil olunan qüvvələr eləcə də, AXCP-də təmsil olunan şəxslərdən ibarətdir. Ümumiyyətlə, müxalifət düşərgəsində təmsil olunan şəxslər özləridə çox gözəl başa düşürlər ki, artıq bunların dövrü keçib və onlar bundan sonra nə etməsindən asılı olmayaraq irəliyə doğru heç bir addım ata bilməyəcək".

M.Səfərli onu da bildirdi ki, son vaxtlar müxalifət düşərgəsində istefa verənlər var və bundan sonra da olacaq: "Bunun da səbəbi həmin partiyaların yeniləşməməsi və həmişəki kimi köhnə fikirlərlə çıxış etmələridir. Demək olar ki, AXCP və Müsavat partiyaları necə yaranmışdılarsa, elə də qalır. Düzdür, İsa Qəmbər Müsavat partiyasının başqanlığından getsə də, amma hamı çox gözəl bilir ki, Müsavar partiyasının hər zaman olduğu kimi yenə də İsa Qəmbər idarə edir. Ümumiyyətlə, müxalifət düşərgəsində olan partiyalarda təmsil olunan şəxslər açıq şəkildə ağızlarını açıb bir kəlmə deyə bilmirlər. Ağzını açıb bir kəlmə deyən şəxsi də həmin dəqiqə o partiyadan çıxarırlar. Bir sözlə, o partiyalarının dağılmasının əsas səbəblərindən biri də müxalifət partiyaların daxilində baş verən qarşıdurmalar və liderlərin səhv siyasət yürütmələridir".

GÜLYANƏ

Digər xəbərlər