PDF Oxu

Müxalifət

  • 104

Akif Nağı: “Azərbaycan hərəkətə keçməlidir” AÇIQLAMA

Akif Nağı: “Azərbaycan hərəkətə keçməlidir” AÇIQLAMA

"Beynəlxalq təşkilatlar birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edirlər. Onlar bir növ xristian dövlətlərinin maraqlarına uyğun hərəkət edirlər. Bu mənada regionda xristian dövlətinin güclənməsi, əlavə ərazi ələ keçirməsi onların maraqlarına cavab verir. Ona görə də bu təşkilatlar Azərbaycanın haqlı mövqeyini başa düşən deyillər". BunuSİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Ermənistanın ünvanına yönəlik çıxışına münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də, xarici işlər naziri Elmar Məmmədyarov da dəfələrlə bildiriblər ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində obyektiv mövqe tutmurlar: "Onların məsələyə nə vaxtsa obyektiv yanaşmasına ümid yoxdur. Beynəlxalq təşkilatlar bu mövqedə dayandıqlarına, işğalçı Ermənistana qarşı real addım atmaq istəmədiklərinə görə, Azərbaycan özü öz problemlərini həll edir. Bunun üçün kifayət qədər əlverişli şərait yetişib. Bu gün Rusiyanın özünün ciddi problemləri var və Ukrayna məsələsi ilə məşğuldur. Belə bir vəziyyətdə Azərbaycan hərəkətə keçməlidir".A.Nağı əlavə edib ki, artıq Qərbin də Ermənistanı müdafiə edəcəyinə ümid yoxdur: "Digər tərəfdən bu gün Türkiyə dövləti kifayət qədər güclüdür. Türkiyənin ehtiyacı var ki, Azərbaycanda və regionda öz mövqeyini daha qabarıq şəkildə göstərsin. Azərbaycan hərbi cəhətdən güclüdür. Ölkəmiz bunu nəzərə almaqla torpaqlarını azad etməyə hazırdır".Qeyd edək ki, mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir.

sia.az

Digər xəbərlər