PDF Oxu

Müxalifət

  • 418

“Müsavatçılığa hörmətlə yanaşanlar orada qalmır və qalmayacaq” AÇIQLAMA

“Müsavatçılığa hörmətlə yanaşanlar orada qalmır və qalmayacaq” AÇIQLAMA

Səxavət Əlisoy: "İsa Qəmbər yenidən başqan olsa belə, bu, narazı müsavatçıları maraqlandırmır"

"İsa Qəmbərin yenidən Müsavat partiyasının başqanı olması qeyri-mümkündür". Bunu SİA-ya narazı müsavatçı, ADR hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.O bildirib ki, Müsavatda gedən proseslərin İsa Qəmbərə dəxli yoxdur: "İsa Qəmbər yenidən başqan olsa belə, bu, narazı müsavatçıları maraqlandırmır. Narazıların böyük əksəriyyəti başa düşür ki, Arif Hacılı kimin layihəsidir. Burada əsas günahkar Arif Hacılıdır. Müsavatda baş verən saxtakarlığın başında Arif Hacılı və onun saxtakar bandası durur. O, saxtakar yolla başqan seçildiyinə görə, onu qəbul etməyən müsavatçılar bu partiyada fəaliyyət göstərməyi şərəf və ləyaqətlərinə sığışdırmırlar. Ona görə ki, Müsavat partiyasının təməl prinsiplərinə hörmətlə yanaşan müsavatçı orada qalmır və qalmayacaq".

sia.az

Digər xəbərlər