PDF Oxu

Müxalifət

  • 37

Əli Kərimli öz təşkilatına necə nifrət etdirir?

Əli Kərimli öz təşkilatına necə nifrət etdirir?

AXCP sədrinin pislikləri hələ də üzə çıxmaqdadır

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) daxili çəkişmələr və nəticə etibarilə baş verən istefalar sürətlə davam etməkdədir. Partiyanın sədri Əli Kərimlinin, o cümlədən, onun yaxın ətrafının - müavinləri Fuad Qəhrəmanlının, Gözəl Bayramlının, Həsən Kərimovun, Əbülfəz Qurbanlının və digər bir neçə nəfərin diktəsi ilə idarə edilən siyasi təşkilat rəhbərliyin avtoritar idarəçiliyi səbəbindən demək olar ki, elektoratsız qalıb. Buna misal kimi təşkilat daxilində cərəyan edən intriqaları da əlavə etsək, bu zaman Kərimlinin və onun komandasının reallıqda nə qədər çıxılmaz vəziyyətdə qalmaları şübhə doğurmamaqdadır.

Son bir neçə ildə baş verən istefaları bir daha xatırlayaq

Əslində, hər bir istefanın bir səbəbi olduğu kimi, bənzərlikləri də təsadüfi deyildir. Məhz həmin təsadüfi olmayan halları araşdırdıqca, bir daha sübut olunmaqdadır ki, Əli Kərimli ona sərf etməyən insanları, yəni demokratik çərçivədən çıxış edən, yenilik tələb edən hər bir fərdi mütləq şəkildə cəbhə sıralarından kənarlaşdırmaqla daxili pisliklərini daha da üzə çxıarmış olur.

Təkcə son bir neçə ildə baş verən istefaları bir daha xatırlayaq. Məsələn, uzun illər partiyada bu və ya digər şəkildə fəaliyyət göstərərək, xüsusilə Əli Kərimlinin "Yurd" qaruplaşması daxilində yer alan Akif İslamzadə, Nəriman Qasımoğlu və Zöhrab İsmayıl kimi cəbhəçilər artıq orada yoxdurlar. O cümlədən, ötən ilin yanvar ayında tanınmış AXCP fəalı, Qaraxan Zilfi oğlu Ağayev də AXCP sıralarından istefa verdiyini bəyan etmişdi. Həmin vaxtlar bu barədə məlumat vermiş sabiq cəbhəçi demişdi ki, onun istefa verməsinə səbəb baş verən proseslər, partiyanın yürütdüyü daxili və xarici siyasət kursunun iflasa uğraması, partiyalar arası çəkişmələr, eləcə də digər bənzər halların mövcudluğu olub.

AXCP sədrinin avtoritar rejiminə və dikatatorluq siyasətinə qarşı onun müşavirləri və müavinləri də etiraz edərkən, onların təşkilat sıralarında qalmalarının qarşısı dərhal alınıb. Nümunə kimi Əli Kərimlinin müşavirləri Zəminə Məhəddinovanın və Şakir Abbasovun adlarını xatırlatmaq yerinə düşərdi.

Bütün bunların ardınca isə AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanovun partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verməsini, ümumiyyətlə cəbhənin Sumqayıt şəhər təşkilatından 60 nəfərə yaxın üzvün eyni gündə etiraz əlaməti olaraq getmələrini, sədr müavinləri Asəf Quliyevin, Razi Nurullayevin getmələrini də əlavə etsək, nəyin nə yerdə olduğunu açıq-aşkar görmüş olarıq.

Daha bir məsələ isə AXCP-də Əli Kərimli tərəfindən açıq fikirli gənclərin dərhal oradan uzaqlaşdırılması faktorudur. Nümunə kimi biz bir neçə ay öncə partiyanın gənclər komitəsinin üzvləri Ehtiram Mehdiyevin və Cavid Musazadənin partiya sıralarından çıxarılmalarını deyə bilərik. Belə ki, həmin gənəəclərin təşkilat sıralarından uzaqlaşdırılmalarının "səbəbləri" də gülünc təsir bağışlayır. Məsələn, Ehtiram Mehdiyevin və digər cəbhəçi gəncin partiya sıralarından çıxarılmaları AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdıqları bir "facebook" statusu olub. Həmin statusda Ehtiram Mehdiyev bu il martın 15-də "Milli Şura"nın keçirdiyi mitinq zamanı, Fuad Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib. Nəticədə bir daha sübut olunur ki, Əli Kərimli onun və yaxınlarının tənqidini edən heç bir kəsi AXCP-də görmək istəmirlər.

Əli Kərimliyə və AXC-yə sarı tüpürülən etiraz nümayişi

Lakin budəfəki yəni sonuncu istefa məsələsi qeyd edilən fikirləri kifayət qədər təsdiqləyib və sübut edib ki, Əli Kərimlinin siyasi fəaliyyəti yalnız şəxsi mənfəətlərini güdmək, xəyanət, şantaj üzərində qurulub. Əgər belə olmasa idi, bu günlərdə AXCP Nəsimi rayon şöbəsinin üzvü Ülkər Kazımovanın ona qarşı haqsızlıqlara etiraz olaraq partiyadan istefa verməsi xəbəri ictimai rəyə bəlli olmazdı. Ülkər Kazımova AXCP üzvü Gülnarə Akifqızının onu şantaj etdiyini bildirib və burada Əli Kərimlinin rolu olduğunu gizlətməyib. Sitat: "Son bir neçə gündür Gülnarə Akifqızının mənə qarşı etdiklərinə görə çox insanlardan iradlar aldım. AXCP-nin rəsmi olaraq Nəsimi şöbəsinin üzvü olsam da, iradların hamısını öz əqidədaşlarımdan - cəbhəçilərdən aldım. Biri dedi ki, sənin Gülnarə ilə belə qırğınların partiya adına ləkədir. Biri dedi ki, Əli Kərimlinin nüfuzuna xələl gətirir. Axırda hamısı dedi ki, yalandan AXCP üzvü olmadığımı deyim. Lakin heç biri maraqlanmadı ki, sən bu partiyanın üzvüsən, problemin nədir? Belə çıxır ki, bunları üzvlərin problemi yox, partiyanın adı, xüsusilə də Əli Kərimlinin şəxsi mənafeyi, adı maraqlandırır".

Daha sonra Ülkər Kazımova Əli Kərimliyə sərt şəkildə müraciət edərək, partiyadan istefa verdiyini bəyan edib. O, "TÜPÜRÜM SİZİN PARTİYANIZA" deyərək, AXCP-ni və Əli Kərimlini şəxsi mənafelərini güdməkdə ittiham edib.

Nəticələr göz qabağındadır

Məhz bu amil, özü də inkarolunmaz faktlara söykənən amil üzə çıxdıqca, bəlli olur ki, əslində, Əli Kərimlini rəhbəri olduğu AXCP maraqlandırmır. Bu, həm də Əli Kərimliyə qarşı tüpürülən bir etiraz göstərişi, nümayişidir. Azərbaycan, xalq, dövlət maraqları onun marağında olmayan, ötəri məsələlərdir. Bu səbəbdən də onun təşkilatının üzvləri qısa zamanda özündən və müavinlərindən ibarət olacaq, yəni bir neçə nəfərdən. Artıq görünən budur ki, Əli Kərimli çirkin məqsədlərinə çatmaqdan ötrü, hətta insanları sədri olduğu partiyasına nifrət etdirməkdən belə çəkinmir. Necə deyərlər, nəticə (lər) göz qabağındadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər