PDF Oxu

Müxalifət

  • 298

Müsavat partiyasından 11 nəfər qadın üzv istefa verdi

Müsavat partiyasından 11 nəfər qadın üzv istefa verdi

Müsavat partiyasında istefa dalğası davam edir. Bir neçə gün bundan öncə partiyanın rayon təkilat sədrinin istefası vəziyyəti daha da qəlizləşdirib. Belə ki, bu dəfə Müsavat partiyasından 11 qadın üzv istefa verib.

Müsavat partiyasından istefa verən qadın üzvlər aşağıdakılardır:

1.Ağayeva Lyudmila - Nərimanov RT-nın üzvü

2.Muradova Nəzakət - Cəbrayıl RT-nın üzvü

3.Mütəllimova Gülnar - Nizami RT-nın sədr müavini, şura üzvü

4.Kərimova Südabə - Nizami RT-nın üzvü, şura üzvü

5.Qurbanova Xalidə - Səbayil RT-nın üzv

6.İskəndərova Sevinc - Səbayil RT-nın üzvü, şura üzvü

7.Abdullayeva Xatirə - Suraxanı RT-nın üzvü, şura üzvü

8.Ulduza Hüseynova - Suraxanı RT-nın üzvü

9 Nüşabə Novruzova - Suraxanı RT-nın üzvü

10.Vəfa Əhmədova - Suraxanı RT-nın üzvü

11.Bayramova Həbibə- Suraxanı RT-nın üzvü

Faktı Müsavat partiyası qadınlar şurasının keçmiş sədri Ellada Məmmədli də təsdiqləyib. Eyni zamanda, o bildirib ki, onlar yaxın vaxtlarda istefa səbəblərini mətbuata açıq şəkildə bildirəcəklər.Həmçinin, Müsavat partiyası gənclər birliyindən "SƏS" qəzetinə daxil olan informasiyaya görə yaxın günlərdə Müsavatın bir neçə rayon təşkilatlarında kütləvi istefalar olacaq. Suraxanı, Nizami, Qaradağ rayon təşkilatları isə müvəqqəti olaraq buraxılacaq. Çünki Arif Hacılının partiya daxilində apardığı siyasətlə heç bir vəchlə barışmayan şəxslər daha çox bu rayonlarda üstünlük təşkil edirlər. Adıçəkilən rayonun müsavatçı üzvləri, həmçinin İsa Qəmbərin də qarşısında şərt qoyublar. Partiyanın gənclər birliyindən onu da əlavə ediblər ki, Müsavat partiyası A.Hacılının başqanlıq dönəmində ən ağır günlərini yaşayır. Lakin bizləri təəccübləndirən odur ki, bu biabırçılığa İsa Qəmbər də rəvac verir.

Samir

Digər xəbərlər