PDF Oxu

Müxalifət

  • 329

Elçin Mirzəbəyli: “Danışıqların aparılması gözləniləndir” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Danışıqların aparılması gözləniləndir” AÇIQLAMA

"Rusiya prezidenti Vladimir Putin ilk növbədə I Avropa Oyunlarının açılış mərasiminə qatılmaq üçün Azərbaycana səfər edir. Bu rəsmi dövlət səfəri olmasa da, konkret hədəfə hesablanan səfərdir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Politoloq şübhəsiz olaraq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də danışıqların aparılması gözləniləndir: "Azərbaycan üçün əsas prioritet məsələ torpaqlarımızın işğaldan azad edilməsidir. Bu baxımdan da rəsmi Bakı bütün mümkün vasitələrdən və görüşlərdən istifadə edərək sözügedən məsələni növbəti dəfə gündəmə gətirməyə çalışır. İndiki şəraitdə problemin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olunacağını düşünmürəm. Çünki Rusiyanın hazırkı mövqeyi, yürütdüyü siyasət buna imkan vermir. Əgər Vladimir Putin Azərbaycana səfər etməzdən əvvəl Rusiyanın hərbi mütəffiqi olan Ermənistana konkret təzyiq göstərsəydi və bu təzyiqin nəticələri görüşə qədər görünsəydi, o zaman müsbət fikir söyləyə bilərdik. Amma bu yöndə heç bir yenilik nəzərə çarpmır. Hazırkı məqamda Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində yalnız Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilində müəyyən addımlar ata bilər".

sia.az

Digər xəbərlər