PDF Oxu

Müxalifət

  • 1 096

Cəmil Həsənli "SƏS"dən niyə qorxur?

Cəmil Həsənli "SƏS"dən niyə qorxur?

"SƏS" qəzetində keçirilən dəyirmi masalarda iştirak etmək üçün Cəmil Həsənli dəridən-qabıqdan çıxırdı"

"Yeni Müsavat"la "Azadlıq" arasında uzun müddətdir davam edən savaş bu dəfə yeni bir məcraya yönəlib. Bu dəfə Cəmil Həsənli "Yeni Müsavat" qəzetini hədəf seçməklə ümumilikdə bütün müsavatçıları əxlaqsızlıqda suçladı.

"Azadlıq" qəzetinin 15 iyun sayında "Cəmil Həsənli "Yeni Müsavat"ı məhv etdi" başlıqlı məqalədə deyilir: "Bu qəzet ( "Yeni Müsavat"- S) hakimiyyətə müxalifət çuxasında lazımdır, "SƏS" kimi yox. Onu yönədənlər isə "SƏS" əxlaqında olub, müsavatçı kimi görünmək istəyir". C.Həsənlinin hansı "əxlaq"dan danışdığını, onun riyakarlığını və vaxtilə "SƏS" qəzeti haqqında dediyi tərifləri faktlarla sübut edəcəyik. Axı biz bu adamın alimə yaraşmayan hərkətlərinin dəfələrlə şahidi olmuşuq. Keçək faktlara.

"SƏS" qəzeti daim dövlətçiliyə sədaqətlə xidmət edib, bu qəzet tarixi qəzetdir" deyən C.Həsənli...."

"SƏS" qəzetində 2008-ci il fevral ayının 7-də ("SƏS" qəzeti, N 23, səh.8,9) keçirilən dəyirmi masada C.Həsənli digər qonaqlarla birlikdə iştirak edərək, "Xocalı" faicəsindən danışır. AXCP-Müsavat hakimiyyətini tənqid edən C.Həsənli göstərir ki, məhz o vaxtkı Azərbaycan rəhbərliyinin siyasi səbatsızlığının nəticəsi idi ki, "Xocalı" ermənilərin əlinə keçdi, insanlarımız qətlə yetirilidi. O, elə həmin il fevral ayının 21-də yenidən "SƏS" qəzetində dəyirmi masada iştirak edir, müxalifətə işarə edərək "bağışlanmaz səhvin acı nəticələri" ifadəsini işlədərək müxalifəti itthim edirdi. Tədbir bitəndən sonra o, dəyirmi masanın digər qonağı Qasım Hacıyevlə "səmimi" söhbətində Əli Kərimlini əqidəsizlikdə və nankorluqda ittiham etdi. "SƏS" qəzetində keçirilən dəyirmi masalarda iştirak etmək üçün dəridən-qabıqdan çıxan, qəzetimizin təşkil etdiyi tədbirlərə qatılmaq üçün gecə-gündüz telefonlarımıza (050) 361 60 21 nömrəsi ilə zəng vuran C.Həsənlinin növbəti riyakarlğı və ikiüzlülüyü bizlər kimi sizləri də təəccübləndirməsin. Hər dəyirmi masanın sonunda "SƏS" qəzeti daim dövlətçiliyə sədaqətlə xidmət edib, bu qəzet tarixi qəzetdir" deyən C.Həsənli "SƏS"in əvvəlki əqidə, amal və əxlaqda olduğunu yaxşı başa düşür. Sadəcə, özünün eroziyaya uğramış əqidə və əxlaqının təsiridir ki, bu gün hər şeyə "əxlaq gözü" ilə baxır. Onu qınamırıq, çünki kimdə nə yoxdursa, ən çox o şeydən danışır. Nərəzə alın ki, C.Həsənli gündəmdə olandan yalnız və yalnız əxlaqdan danışıb. "Əxlaq"dan mühazirə oxumaq fikrin varsa, o zaman əvvəlki yerinə auditoriyaya qayıt. Bəs beş-altı il bundan öncəki kitab və məqalələrində, çıxışlarında Azərbaycan hökumətinin məqsədyönlü siyasətindən, ölkəmizin təhsil, səhiyyə sahəsindəki uğurlarından danışan C.Həsənli bu gün nədən danışır!? Lap deyək ki, əqidəsini dəyişib. O zaman sual olunur, yazdığı kitabları necə dəyişəcək? Özünü gələcək nəsillərə "lider" kimi tanıtdırmağa çalışan C.Həsənlinin kitablarını oxuyanlar onun hər il bir qucaqda oturmağına necə baxacaq?

C.Həsənli bir az da irəli gedərək "Yeni Müsavat" qəzetinin rəhbərlik etdiyi quruma qarşı dərc olunan yazıya münasibət bildirərək "çərənləmə" adlandırıb: "Söhbət "Milli Şura" Putinin "molodes"ini qazana bildimi" adlı çərənləmədən gedir". "Hörmətli" Cəmil Həsənli, əgər belə deyilsə, o zaman deyin görək Rüstəm İbrahimbəyovun çuxasının altında niyə gizlənmişdin?"

"Cəmil Həsənlinin kimlərə xidmət etdiyi hələ bundan sonra da çox suallar doğuracaq"

C.Həsənli daha sonra yazır: "Mənim haqqımda "Səs", "Yeni Azərbaycan", "Haqqın.az", ANS, hakimiyyət tərəfindən idarə olunan onlarla qəzet və media qurumlarında gedən tənqid və təhqir xarakterli materiallara heç bir reaksiya vermirəm. Ona görə vermirəm, bilirəm ki, bu "Səs"dir, "Gündəlik Bakı"dır". Əgər həqiqətən də adını çəkdiyin qəzetlərə, lap konkret desək, "SƏS" qəzetinə qarşı bu qədər qəzəbin varsa, 2010-cu ilə kimi nə üçün "SƏS" qəzetinin redaksiyasından ayaq çəkmirdin? Qoltuğunda yaşıl papka bütün günü "SƏS"in dəhlizlərində durub bu qəzetin əməkdaşlarının qəbuluna düşmək üçün can atmırdınmı? Heç şübhəsiz ki, 2013-cü ildə Azərbaycan dövlətçiliyinə yağdırdığın hədyanlara, böhtanlara "SƏS" cavab verməyə bilməzdi. Çünki bu qəzet bir qərinəyə yaxındır ki, Azərbaycan dövlətinə, millətimizə xidmət edir. Sizdən, nəzarətinizdə olan qurumlardan fərqli olaraq "SƏS" yalnız bir deviz altında- "Qoy ədalət zəfər çalsın" şüarı ilə çıxış edib, bu gün də bu düşüncədədir və bundan sonra da belə olacaq. Ancaq sizin kimilərin bundan sonra daha kimlərə xidmət edəcəyi hələ çox suallar doğuracaq.

"Hörmətli professor izah etsin ki, 2002-ci və 2005-ci illərdə niyə AXCP-ni, həmçinin sədri Əli Kərimlini satıb Milli Məclisə getdi?"

"Yeni Müsavat" qəzetinin də C.Həsənliyə olan cavabı çox gecikmədi. Qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan yazır: "Özünü "Milli Şura" adlandıran qurumun rəhbəri Cəmil Həsənli "Yeni Müsavat" qəzetinin "bostanına daş atıb". Belə ki, sədr qəzetin siyasət şöbəsinin yazdığı yazıları kəskin tənqid edərək, onları hakimiyyətə işləməkdə günahlandırıb. Cəmil Həsənli güya bizə cavab verib. Amma dolayısı ilə yazdıqlarımızı təsdiqləyib. Uzun-uzadı bir mətn yazıb ki, bəs "Yeni Müsavat"ın 13 iyun tarixli sayında getmiş manşet yazısı ("Milli Şura" Putinin "molodes"ini qazana bildimi?") hakimiyyət tərəfindən qəzetə ötürülüb. Guya hökumət bizə tapşırıb ki, MŞ-ni və Cəmil müəllimi gözdən salaq. Birincisi, həmin manşet yazısı hakimiyyətə sərf edir. İkincisi və ən əsası, Cəmil müəllim hər şeydən danışıb az qala bizə "cavabında", fəqət, əsas və vacib suala cavab verə bilməyib. Hörmətli professor izah etsin ki, 2002-ci və 2005-ci illərdə niyə AXCP-ni, həmçinin sədri Əli Kərimlini satıb Milli Məclisə getdi? Baxmayaraq, hər iki halda partiyasının qəti qərarı vardı ki, XC-dən olan deputatlar parlamentə getməsin".

Samir

Digər xəbərlər