PDF Oxu

Müxalifət

  • 282

Müxalifət arzuedilməz topluma çevrilib

Müxalifət arzuedilməz topluma çevrilib

"Müxaliflər özlərini xaricdə olan qüvvələrin qabağında alçaldırlar"

Müxalifətdaxili intriqalar partiyaların sıradan çıxmasına gətirib çıxarıb. Artıq düşərgə daxilində iki partiya tapmaq mümkün deyil ki, eyni mövqedən, eyni maraqlardan çıxış etsin. Bu baxımdan hazırkı mərhələdə müxalifət cəmiyyət tərəfindən qəbul olunmayan topluma çevrilib. Onlar yalnız xarici maraqlı qüvvələrə arxalanır ki, bu da radikallara ictimai qınaq gətirir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hər hansı bir siyasi partiyanın xaricidəki kənar qüvvələrlə əlaqəsinin olması siyasi prinsiplərə ziddir: "Ölkədə fəaliyyət göstərən istənilən siyasi partiyanın xaricidən hər hansı bir aslılığı olmamalıdır. Əgər bu aslılıq həmin siyasi partiyalarda varsa, artıq həmin siyasi partiyalar Azərbaycan cəmiyyətinə xeyir verə bilməz. Çünki öz siyasi məqsədlərinin həyata keçməsi üçün müxaliflər özlərini xaricdə olan qüvvələrin qabağında alçaldırlar. Bu da utancverici hərəkətdir. Amma buna baxmayaraq, onlar yenə də öz çirkin əməllərindən əl çəkmirlər. Ökədə fəaliyyət göstərən hər hansı bir partiyanın xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında" qanunun" tələblərinə ziddir. Demək olar ki, vəsaiti əldə etmək üçün həmin liderlər çoxlu sayda QHT-lər yaradırlar. Bu QHT-lər də xaricdən maliyyələşir. Sadəcə olaraq, bunun adı partiya yox, QHT olur. Yəni həmin partiyalar QHT-lərin vasitəsilə xaricdən maliyyələşir. QHT-lərin icazəsi var ki, xarici fondlar tərəfindən maliyyələşsin. Əsində isə, hər kəs çox gözəl bilir ki, bu QHT-ləri də sözügedən partiyalar yaradıb. Bir sözlə, onlara pul və qrant ayıran da yaxşı bilir ki, ayrılan bu pul vəsaiti QHT-lərə yox, bu QHT-lərin arxasında duran partiyalara verilir".

T.Novruzovun sözlərinə görə, müxalifətin müxtəlif adlar altında şoular qurması və bununla da gündəmə gəlmək istəkləri onların tükəndiklərinin sübutu sayılır: "Müxalifət müxtəlif adlar altında şoular qurmaqla bir müddət gündəmdə qalmağa can atır. Amma onların bu cür əməllərə əl atmaları cəmiyyət tərəfindən çox mənfi qarşılanır. Müxalifət çoxdan tükənib. Onlarda siyasi mədəniyyət olsa, siyasi arenanı tərk edərlər. Bu mədəniyyət isə onlarda yoxdur. Demək olar ki, bu gün ölkədə fəaliyyət göstərən müxalifət qüvvələri çox gözəl başa düşərək dərk edirlər ki, onlar artıq tükəniblər".

GÜLYANƏ

Digər xəbərlər