PDF Oxu

Müxalifət

  • 512

Müxalif partiya sədrləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Müxalif partiya sədrləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Onların xaricdən maliyyələşmələri bunun üçün kifayət qədər əsas verir

Dağıdıcı müxalifət hər zaman xarici maraqlı qüvvələrlə əməkdaşlıq etməklə onlardan maddi və mənəvi dəstək əldə etməyə çalışır. Bu da onların xalqın gözündən düşməsinə və içtimai-siyasi proseslərdən kənarlaşmalrına gətirib çıxarıb. Söhbət etdiyimiz Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov o fikirdədir ki, partiyaların parçalanmasının başlıca səbəbi İsa Qəmbərin, Əli Kərimlinin, Cəmil Həsənlinin, Arif Hacılının və digərlərinin xarici qüvvələrə satılmalrına etiraz etmələri ilə bağlıdır: "Müxalifət düşərgəsini təmsil edən partiyaların QHT-lər vasitəsilə xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında qanun"un tələblərinə ziddir: Əgər QHT-lər siyasi partiyaların maliyyələşməsi ilə bağlı xaricdən qrantlar alırlarsa və aldıqları qrantlar Azərbaycan dövlətçiliyinə qarşı yönəlirsə, bu cinayət məsuliyyəti yaradır. Fakt ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən bəzi QHT-lər var ki, onlar xarici ölkələrdən qrantlar almaqla məşğul olurlar. Həmin vəsaitlər müxtəlif təxribatların törədilməsinə yönəldilir".

Təşkilat sədrinin sözlərinə görə, QHT-lər haqqında qanunun tələblərinə görə, QHT-lərin siyasi fəaliyyətlə məşğul olması yolverilməzdir: "Eləcə də hər hansı bir partiyanın QHT vasitəsi ilə xaricdən qrantlar alması qəbuledilməzdir. Çünki xaricdən qrant alan həmin siyasi partiya xarici təsirlərin altına düşmüş olur. Bu isə nəticədə arzuolunmaz halların baş verməsinə gətirib çıxara bilər. Əgər hər hansı bir QHT təmsilçisi xaricdən qrantlar alırlarsa, təbii ki, bu şəffaf şəkildə həyata keçirilməlidir. Yəni hər bir məsələ Azərbaycan qanunları çərçivəsində olmalıdır".

R.Qonaqov onu da bildirdi ki, müxalifət liderlərinin xalqın gözündən düşməsinin əsas səbəbi məhz səhv siyasət aparmalarıdır: "20 ildən artıqdır ki, müxalifət qüvvələri ölkədə fəaliyyət göstərir. Amma fəaliyyət göstərdikləri bu illər ərzində irəliyə getməkdəndisə, əksinə geriyə doğru gediblər. Yəni məğlubiyyətə düçar olublar. Daxili dəyişikliklər olmasa, başlıcası indiki liderlər dəyişməsə, əksər müxalifət partiyaları tarixin arxivinə atılmalı olacaqlar".

GÜLYANƏ

Digər xəbərlər