PDF Oxu

Müxalifət

  • 1 536

Tural Abbaslı: “Nə Rauf Arifoğlu, nə də Tural Abbaslı bunu edə bilməz” MÜNASİBƏT

Tural Abbaslı: “Nə Rauf Arifoğlu, nə də Tural Abbaslı bunu edə bilməz” MÜNASİBƏT

"Müsavat partiyası elə də zəif partiya deyil ki, onu kimlərsə nəyəsə sövq edə bilsin. Nə Rauf Arifoğlu, nə də Tural Abbaslı bunu edə bilməz". Bu fikirləriSİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş divan üzvü Tural Abbaslı deyib. Tural Abbaslı qeyd edib ki, Müsavat partiyasında bu günə qədər bütün qərarlar birlikdə alınıb və konkret bir şəxs partiyaya yön verməyib: "Bu fikirlər sadəcə Cəmil Həsənlinin məsələyə qeyri-etik yanaşmasından irəli gəlir. Müsavat partiyasının məsələyə heç bir aidiyyatı yoxdur. Onun Müsavat qəzeti ilə hansısa problemi varsa, özü həll etməyə çalışsın. Ümumiyyətlə indiki məqamda Cəmil bəyin intriqasını müxalifət düşərgəsi üçün heç də uğurlu olacağını düşünmürəm. Bu insanların bir-biriləri ilə mübarizə aparması nə dərəcədə doğrudur ki? Siyasətçi olan hər bir şəxs çalışmalıdır ki, istənilən məqamda doğru fikir söyləsin. Çünki sonradan fikirləri onun fəaliyyətinə kölgə sala bilər". Qeyd edək ki, Cəmil Həsənli Rauf Arifoğlunun Müsavat rəhbərliyini özü ilə birgə hakimiyyətə işləməyə sövq etdiyi fikirlərini səsləndirmişdi.

sia.az

Digər xəbərlər