PDF Oxu

Müxalifət

  • 1 118

"Milli Şura"ya VHP zərbəsi

"Milli Şura"ya VHP zərbəsi

Partiya təmsilçisi qurumdan gedərkən, ikibaşlı və ironik bəyanat səsləndirdi

"Milli Şura"da daha öncələr baş verən istefalar bir müddət səngidikdən sonra, onun ikinci dalğasına start verilib. Artıq mətbuatdan da bildiyimiz kimi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi təftiş komissiyasının sədri, "Milli Şura"nın funksioneri Felmar Ələkbərov qurumdan istefaya getdiyini açıqlayıb. F.Ələkbərov bildirib ki, "Milli Şura"da artıq öz işini görüb, bu, onun üçün yetərli sayılır: "Mən son vaxtlar "Milli Şura"ya gedib-gəlmirəm. Həm əməliyyat olunmuşam, həm də orada öz işimi yetərincə görmüşəm".

Felmar Ələkbərov: "Mən VHP-də post tuturam"

Lakin nəzərə alsaq ki, "Milli Şura" yarandığı zamandan indiyə kimi qarşısına qoyduğu vəzifələrin öhdəsindən gələ bilməyib, bu zaman, istefa verən tərəfin - F.Ələkbərovun istefası fonunda verdiyi açıqlamasını ikibaşlı olmaqla yanaşı, həm də ironik atmaca kimi də qəbul etmək mümkündür. Belə ki, "əslində, "Milli Şura"da fəaliyyətim dondurulmuş vəziyyətdə idi"-deyə qeyd edən VHP funksioneri daha sonra deyib ki, "biz (yəni onlar-R.N.) "Milli Şura"da müxalifətin gücünü göstərmək üçün iştirak etdik, onun da nə qədər gücü olduğu bəlli oldu. İndi mən VHP-də post tuturam".

İroniya: "Milli Şura"nın nə qədər gücü olduğunu gördük"

Əgər nəzərə alsaq ki, son aylar "Milli Şura"dan mütəmadi olaraq istefalar baş verir və VHP funksionerinin də istefası bu sıradandır. Demək, belə hesab etmək mümkündür ki, oradakı istefaların əsas səbəbi AXCP sədri Əli Kərimili və Cəmil Həsənli amildir. Düzdür, o, bunu bilavasitə deməsə də, adlar çəkməsə də, münasibətlərə aydınlıq gətirib. Elə götürək F.Ələkbərovun iztehza xarakterli "Milli Şura"nın nə qədər gücü olduğunu gördük" ifadəsini.

Nəticədə, həm də belə qənaətə gələ bilərik ki, qarşıda "Milli Şura" növbəti istefa dalğaları gözləyir. Çünki orada Əli Kərimlinin "at oynatması" Cəmil Həsənlinin isə bu atın yüyəyini tutması bir çoxlarının xoşuna getməyən faktorlardandır.

Rafiq Manaflı və Samir Əsədli də getməyə hazırlaşır

"Milli Şura"nın rəhbərliyi, faktiki olaraq, AXCP üzvlərindən ibarətdir ki, bu da orada təmsil olunan digər insanların, siyasi partiya üzvlərinin maraqlarını təmin etmir. Ona görə də istefaların sayı da çoxalır. Məhz VHP funksionerinin istefası da sözügedən amilləri təsdiq edir. Həmçinin, qeyd etmək mümkündür ki, bu istefa qarşıdakı istefaları kütləviləşdirəcək. Ən azından, "Milli Şura"da təmsil olunan daha iki VHP təmsilçisi – Rafiq Manaflı və Samir Əsədli də oradan gedə bilərlər. Hər halda mövcud vəziyyət bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər