"Biz "Azadlıq-2015" blokunda təmsil olunduğumuz üçün Milli Şurada olan bəzi KXCP üzvlərinin parlament seçkilərində iştirak etmək qərarlarına münasibət bildirə bilmərik. Bu, onların şəxsi işləridir". Bu fikirləri SİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu parlament seçkilərinə hazırlıqla bağlı fikirlərə münasibət bildirərkən deyib.Sədr müavini bildirib ki, Milli Şura üzvlərinin onların seçki proseslərinə hər hansı problem yaradacağına inanmır.
KXCP sədrinin müavini partiyanın qurultayı ilə bağlı da fikirlərini bildirib. Belə ki, hazırda partiyada narazılar qrupu tərəfindn yönləndirilən "Demokratik Fraksiya" üzvlərinin də qurultayda iştirak edəcəkləri və Mirmahmud Mirəlioğluna qarşı ittiham irəli sürəcəkləri barədə iddialara da münasibət bildirən Teyyublu bu barədə heç nə deyə bilməyəcəyini bildirib: "Fraksiya ilə bağlı deyiləcək sözüm yoxdur". Xatırladaq ki, Demokratik Birlik fraksiyası Mirmahmud Mirəlioğlunun istefasını tələb edir və parlament seçkilərində üzvlərinin iştirak etməsini tələb edir.
sia.az