PDF Oxu

Müxalifət

  • 4 813

"AZADLIQ"IN "AZAD SÖZÜ"

image

Və ya Əli Kərimli diktaturasının aşkar etirafı

"Azadlıq" qəzeti – artıq bu qəzeti heç cür 1989-cü ilin milli-azadlıq hərəkatı ilə bağlamaq olmaz. İlk növbədə bu günah olardı. Çünki həmin "Azadlıq"la indiki "Azadlıq" arasında kifayət qədər fərqlər var. Həmin fərq isə budur ki, Əli Kərimli heç vaxt, hətta yüz il bundan sonra, əgər yaşaya bilsə, heç vaxt Nəcəf Nəcəfov ola bilməyəcək. Bir var xalq üçün çalışasan, MİLLİ İDEOLOGİYA deyilən bir amilə xidmət edəsən, biri də var ki, xalqa qarşı çıxış etmək üçün, düşmənə nökərçilik edib, ona hər növ xidmət göstərəsən. Ə.Kərimli məhz ikincilərdəndir. Biz bunu əsarətdə saxladığı, mənimsədiyi, işğal etdiyi "Azadlıq"da gün kimi görürük. Bu gün əsla kimsəyə sirr deyil ki, AXCP sədri Ə.Kərimli gah "Akif", gah "Siyasət şöbəsi", gah da daha kimlərinsə adı altında bu qəzeti ovucunda cəmləyib, istədiyi tərəfə sürükləyir. Şimala da, Qərbə də, Cənuba da…Təki onların dediyi olsun, təki onların sifarişlərini yerinə yetirsin ki, bu məmləkət Ə.Kərimli tipli parazitlərin, bör-böcəklərin yoluxdurucu xəstəliyinə bulaşsın.

Əli Kərimli buna həyatı boyu imkan verməz

Bu gün Ə.Kərimli "Azadlıq" qəzetini inhisarına alıb və xalqın dəstəklədiyi iqtidarı, hakimiyyəti yalnız düşüncəsiz, məntiqsiz, səbəbsiz yerə ittiham edənlərin üzünə açıb. Çünki çox sevdiyi erməni əmiuşaqları ona Rüstəm İbrahimbəyov vasitəsilə pul hesabları açır, cibini, boğazını, gərdanını doldurur. Əgər bu gün biz bir iqtidar jurnalisti olaraq, gedib "Azadlıq" qəzetində yazı, məqalə dərc etdirmək istəsək, əmin olun, Ə.Kərimli və onun bör-böcəkləri 100% bizə "dəli" kimi baxacaqlar. Bu da qalsın bir yana, əgər bu gün İsa Qəmbər, Rauf Arifoğlu, Arif Hacılı, Sərdar Cəlaoğlu, İqbal Ağazadə, Fazil Mustafa, İlyas İsmayılov, xüsusilə, onun yolunda həbsxanalara düşmüş Mirzə Sakit (!), o cümlədən, müxalifətin AXCP cinahında olmayan istənilən şəxs "Azadlıq" qəzeti vasitəsilə istənilən bir məsələyə münasibət bildirmək arzusunda olsalar, öz adım kimi əminəm ki, Ə.Kərimli buna həyatı boyu imkan verməz. Hətta versə belə, həmin tərəflərdən tələb olunacaq:

1. Azərbaycan əleyhinə çıxış edən xarici təşkilarlar qarşısında Ə.Kərimlinin tərifini göylərə qaldırmaq;

2. AXCP-nin siyasətini təbliğ etmək;

3. Hakimiyyətə erməni lobbisinin təlimatları əsasında qara yaxmaq;

Bu sıralamanı uzatmaq da mümkündür. Sadəcə buna qəzet səhifəsi yetməz. Yəni bütün bunlar bilavasitə onu sübut edir ki, AXCP sədri, eləcə də "Azadlıq" qəzetinin qeyri-leqal "leqal" baş redaktoru Ə.Kərimli söz azadlığını pozur, həm partiyasıında, həm də qəzetdə ifadə sərbəsətliyinə kəndi senzuralarını tətbiq edir, bununla da diktator, avtorutar idarəçi olduğunu etiraf etmiş olur. Sözlə deməsə də bu belədir!

Əgər o həqiqətən də bu qədər "azad düşüncəli siyasətçi", "prüalist", "demokrat" adamdırsa buna yol verməlidir

Bugünlər ölkə mətbuatı 140 illik yubileyini qeyd edir. Hər bi mətbuat işçisi bundan sevinir, bir impuls əldə edir, peşəsinin vacibliyini bir daha dərk edərək, onun əhəmiyyətinin fərqinə daha çox varmağa başlayır. Biz bu yazıda mətbuatın 140 ildə gəlib-keçdiyi yolu yolu sadalamayacağıq. Artıq bu mövzu ətrafında başda Cənab Prezidentimiz, eləcə də media kapitanlarımız kifayət qədər geniş çıxışlar ediblər. Fakt budur ki, ölkədə azad media, azad söz və ifadə azadlığı mövcuddur. Təkcə iqtidar mediasını götürək. Həmin medialarda yalnız iqtidar mənsublarının deyil, eləcə də müxalifət mənsublarının çıxışları işıq üzü görür. Hətta tənqidi açıqlamalar da həmin mətbuat səhifələrində yer alır. Məhz budur azad mətbuat. Amma di gəl ki, iqtidar nümayəndəsini qoyaq bir kənara, müxalifət nümayəndəsi Ə.Kərimlini "Azadlıq"da tənqid edə bilərmi? Ümumiyyətlə, əgər o həqiqətən də bu qədər "azad düşüncəli siyasətçi", "prüalist", "demokrat" adamdırsa (əgər ona adam demək mümkündürsə-R.R.) buna yol verməlidir.

Onlar Əli Kərimli ambisiyasına tüpürərək, qaranlıq girdabında yoluxmaqdan, lənətlənməkdən imtina edənlərdirlər

Ancaq bütün bunların yerinə, vaxtilə onunla bir cəbhədə olmuş, iqtidara qarşı mübarizə aparmış, lakin sonradan nə qədər səhv, doğru istiqamətdə olmayan yolla getdiklərinin fərqinə varan insanların, media təmsilçilərinin dövlət mükafatları almalarına qarşılıq olaraq, Əli Kərimlinin bu qədər dözümsüzlük sərgiləməsinə MƏNƏVİYYATSIZLIQ adından başqa heç nə vermək olmaz. Qarşısına çıxanı xəyanətkar adlandıran bu milli satqın öz gözündəki tiri, şalbanı, qayanı görməyib, başlayır başqalarının gözlərində çör-çöp, toz axtarmağa. Adını da qoyur ki, "siz iqtidara satılmısınız" (?!-R.R.)

Yaxşı, götürək ki, bunlar hakimiyyətə işləyirlər. Axı hakimiyyət dövlətçiliyimizi qoruyan əsas gücdür, qüvvədir Ə.Kərimli! Və bu gün mükafat alan sabiq radikal müxalifətçilər vaxtında səhv yoldan geriyə qayıdanlardırlar. Onlar dövlətə, millətə, xalqa çalışmağı daha üstün mövqe, daha üstün amal kimi seçiblər, nəninki, erməni lobbisinə işləməyi! Onlar Ə.Kərimli ambisiyasına tüpürərək, qaranlıq girdabında yoluxmaqdan, lənətlənməkdən imtina edənlərdirlər. Sual olunur, bəs sən kimlərə, xidmət edirsən Ə.Kərimli? Erməniyəmi, rusamı, amerikalıyamı, hizbullahamı??!! Axı sənin nökərçilik etmədiyin qapı, dilənmədiyin astana qalmayıb, Ə.Kərimli! Bu gün sən və sənin ətrafında olanların hər biri xəyanətkar, satqın, fırıldaqçı, ermənipərəst fərdlərdirlər. Sual edirik ki, 2013-cü ildə dövlət tərəfindən jurnalistlərə mənzil paylanarkən, "Azadlıq" qəzetinin əməkdaşları da təmin olundular. Əgər sən xəyanətkar axtarırsansa, həmin jurnalistləri də xəyanətkar elan et və aldıqları mənzillərini gerib qaytarmaları barədə tələb irəli sür! Sürərsənmi? Əsla! Niyə? Ona görə ki, sən həm də siyasi artistsən! Sənin oynadığın ucuz rol ürəkbulandırıcı, mədəqarşıdırıcıdır! Və bu gün sənin mənimsədiyin, ən aşağılıq yollarla əldə etdiyin, ovucunda bərk-bərk saxladığın "Azadlıq" qəzetini onun yaradıcısı Nəcəf bəy görsəydi, mütləq yenidən ürəyi partlayıb ölərdi!!!

Belələrinə qarşı isə siyasi dixlafoz üsulu ilə mübarizə aparmaq mühəqqəq bir işdir

Əli Kərimli mükafat alan bütün jurnalistlərə həqarət edərək, bunu "qətlə yetirilən mətbuat üçün ad günü törəni" kimi "Azadlıq" adlı tualet kağızında yazdırırsa, yazırsa, bir amili unutmamalıdır ki, o, həmin "Azadlıq"ı vasitəsilə ilk öncə "liderim" dediyi Əbülfəz Elçibəyi qətlə yetirən bir sui-qəsdçidir, o, diktatorluq rejimi idarəçiliyinə önəm verən qəddar və olduqca təhlükəli virusdur, o, bu xalqın, bu dövlətin, bu millətin, AZƏRBAYCANLIÇIQ İDEOLOGİYASININ amansız düşmənidir! Belələrinə qarşı isə siyasi dixlafoz üsulu ilə mübarizə aparmaq mühəqqəq bir işdir. Çünki belə bör-böcəklərin qarşısı indi alınmasa, sonradan daha böyük virsuslarla qarşı-qarşıya qalmalı olacağıq.

Rövşən RƏSULOV

P.S. Hə, onu da qeyd edim ki, Ə.Kərimli Xədicə İsmayılovanı "ölkənin ən böyük jurnalisti" kimi gördüyünü deyir. Düz, buyurur, həqiqətən də X.İsmayılova ölçü qabaritinə görə ölkənin ən böyük jurnalstidir. Ancaq mənəviyyat, ləyaqət baxımından o çox cılız birisidir. Çünki onun ilk növbədə Ə.Kərimli kimi dəstəkçisi var. Və sabah "ən böyük jurnalist" bəlkə də uzun illər səhv yolda olduğunu anlayaraq, xalqdan üzr istəsə, onun da "Azadlıq"a olan yolu bağlanacaq. O da Ə.Kərimlinin "demokratiyasının", "söz və ifadə azadlığının" qurbanına çevriləcək. Buna hər kəs əmin olsun. YAZIQ NƏCƏF NƏCƏFOV…!

Digər xəbərlər