PDF Oxu

Müxalifət

  • 923

SÖZÜN QISASI

SÖZÜN QISASI

*****

AXCP sədrinin köməkçisi Faiq Əmirov mətbuata açıqlamasında bildirib ki, partiyanın qurultayı sentyabr ayında keçiriləcək: "Hazırda qurultaya hazırlıq gedir, konfranslar keçirilir. Bunlar yekunlaşdıqdan sonra partiya qurultayını keçirəcək".

Maraqlıdır, artıq iki ildir ki, AXCP-nin müxtəlif rəhbər strukturları "qurultayımızı gələn ay keçirəcəyik" bəyamatları ilə çxış etsələr də, bu "gələn aylar" bitib-tükənmir. Sözün qısası, bu, lap "sabah-birigün hakimiyyətə gəlirik" bəyanatlarına yaman bənzəyir...

*****

Müsavat partiyasının rəhbərliyi hələ də aprelin 19-da yürüş mitinq keçirmək tələblərinin yerinə yetirilməməsi ətrafında siyasi artistizmlə məşğuldurlar. Bunda israrlı olan müsavatçı yetkililər "Sərbəst toplaşmaq azadlığının pozulması" iddiası ilə məhkəməyə müraciət etsələr də, məhkəmə onların BŞİH-lə qarşı irəli sürdüyü ittihamı rədd edib. Bununla da Müsavat partiyası qərardan apellyasiya şikayəti veriləcəyini, son nəticədə Avropa Məhkəməsinə müraciət olunacağını bildirib (?!-R.R.).

Ancaq Müsavat rəhbərliyi saxta qurultay və saxta başqan seçkilərindən sonra onlar barəsində irəli sürülən ittihamları cavabsız qoymaqla məşğuldurlar. İlk növbədə jurnslitlərin sual vermək və cavab almaq hüququna malik olmasını unudan Müsavat rəhbərliyi gec-tez bununla bağlı məhkəməyə cəlb edilə bilər. Hər hansı bir jurnalsitin Müsavat partiyasını məhkəməyə vermək hüququ var.

O cümlədən, partiyadan rəhbərliyin avtoritar idarəçiliyinə qarşı etiraz etdiklərinə görə çıxarılan üzvləri də başda Arif Hacılı olmaqla, Müsavat yetkililərini məhkəmə verə bilərlər. Hətta Avropa Məhkəməsinə qədər gedib çıxa bilərlər. Sözün qısası, əgər bunlar baş verərsə, Müsavat onda nə edəcək?

*****

Leyla Yuynus məhkəmədə dövləti ittiham edərək, "Siz tarixə qatil kimi, cəllad kimi düşəcəksiniz" tipli sərsəm və özünüifşa fikri səsləndirib. Və gərək biz nəzərə alaq ki, bu fikri məhz Leyla Yunus səsləndirib, onda burada təəccübləndirici nə isə axtarmamalıyıq. Axtarmamalıyıq ona görə ki, bu siyasi fahişəlik etalonu birbaşa Azərbaycan xalqının düşməni kimi tarixə yazılıb. Bunu sübut etməyə isə ehtiyac yoxdur. Təkcə nəzərə alsaq ki, Leyla Yunus Ermənistanın siyasi dairələrində milli qəhrəman elan olunub, onda həqiqətən də nəyi isə sübut etməyə ehtiyac qalmır. Biz hələ onun qızının şəhid olan Azərbaycan əsgərlərinin ruhunu təhqir etməsini, özünün də dediyi kimi, yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını etiraf etməsini xatırlatmırıq. Sözün qısası, erməni cəlladlarını və qatillərini dəstəkləyən siyasi fahişədən başqa hansı əməlləri gözləməyə dəyər ki?!

******

Əli Kərimli "Milli Şura"nın 21 nəfərlik "möhtəşəm" iclasından parlament seçkilərini boykot edəcəyini bəyanlayıb. Ancaq bəri başdan deyib ki, "nəticəsi əvvəlcədən bəlli olacaq seçki adlı tamaşada rol almağa hazırlaşmırıq". Bəli, sonunda AXCP sədri çox düzgün bir fikir söyləyib - nəticəsi əvvəlcədən bəlli olan seçkilər. Bu, o deməkdir ki, Əli Kərimli rüsvay, biabır və xar olacağını çox yaxşı dərk edir. Ona görə də çulunu sudan quru çıxarmaqdan ötrü, "boykot" taktikasını ortaya atır. Ancaq unudur ki, o, bir tərəfdən "Milli Şura"nın müxalifət olaraq, ölkənin aparıcı siyasi bitliyi kimi təqdim edirdisə, bundan sonra gərək etməsin. Ona görə etməsin ki, hərgah "Milli Şura" həqiqətən də güclü siyasi birlik olsaydı, Əli Kərimli "boykot" çağırışı ilə ortalıqda siyasi artistlik etməzdi.

Sözü qısası, Əli Kərimli getsin öz oyununun dalınca...

Röşvən RƏSULOV

Digər xəbərlər