PDF Oxu

Müxalifət

  • 859

Leyla Yunus məhkəmədə də ampluasını dəyişmir

Leyla Yunus məhkəmədə də ampluasını dəyişmir

Məlum olduğu kimi, qondarma "hüquq müdafiəçisi" Leyla Yunusun məhkəməsində yeni faktlar aşkarlandı. Bu faktlar onu deməyə əsas verir ki, L.Yunusun ifşası həm də onun himayədarlarmı ifşasıdır. Həm də, o şübhələri ciddi xarakter almasına əsas verir ki, L.Yunus məhkəmədə Azərbaycan atributlarını təhqir etməklə və millətmizə qarşı müəyyən ittihamlarla çıxış etməklə xaricdən verilən növbəti sifarişləri yerinə yetirmiş olur. Bu baxımdan sual yaranır: Leyla Yunusun eləcə də, Xədicə İsmayılın Azərbaycan dövlətinə və xalqına bu qədər kini, küdürəti və nifrəti nədən irəli gəlir?

AHB-nin sədri Təhmasib Novruzov: "Leyla Yunusu erməni lobbisi ən yüksək səviyyədə müdafiə edir"

- Leyla Yunusu erməni lobbisi ən yüksək səviyyədə müdafiə edir. Çünki Azərbaycanda Leyla Yunus kimi ciddi bir casusu yenidən yetişdirmək üçün erməni labbisinə uzun bir vaxt lazımdır. Ona görə də L.Yunus kimi hazır bir casuslarının belə asandlıqla sıradan çıxmasını həzm edə bilmirlər. Ümumiyyətlə, L.Yunusla bağlı növbəti məhkəmə baxışı zamanı onun haqqında daha yeni faktların üzə çıxmasına gətirib çıxaracaqdır. Çünki hələ üzə çıxmayan çox faktlar var. Məhkəmədə o faktların hamısı açılaraq məlum olacaqdır.

Birmənalı şəkildə demək olar ki, L.Yunusun məhkəmədə Azərbaycan atributlarını təhqir etməsi və millətimizə qarşı müəyyən ittihamlarla çıxış etməsi xaricdən verilən sifarişdir. Casus ələ keçəndə və sirlərinin üstü açılanda, o, bu cür hərəkətlərə əl atır.

Bu kimi şəxslər pula, vara görə hər şeylərini qurban verirlər. Hətta mənsub olduğu milləti, vətəndaşı olduğu dövləti satmaqdan belə çəkinmirlər. Bu Qərbin bəzi anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı hazırladığı planın tərkib hissəsidir. Bəlkə də, Xədicə İsmayıl və Leyla Yunus kimi daha zəhərli ilanlar daş altında yatır, amma zaman gələcək onlar da ifşa olunacaqlar. Bir sözlə, Qərb bu cür insanların yetişdirilməsi üçün kifayət qədər maliyyə vəsaiti ayırır və imkanlar yaradır. Çünki bu cür insanlardan həmin qüvvələr bir alət kimi istifadə etməyə çalışır.

KQMF-nin icraçı direktoru Vasif Mövsümov: "Leyla Yunusun ifşası həm də onun himayədarlarının ifşasıdır"

- Təbii ki, L.Yunusun ifşası həm də onun himayədarlarının ifşasıdır. Hər hansı bir şəxs haqqında cinayət işi açılırsa, o cinayət əməlində əlbir olduğu hər hansı bir təşkilatın, o cümlədən, beynəlxalq təşkilatların və Qərbin bəzi maraqlı dairələrinin ifşa olunması deməkdir. Həmin xarici qüvvələr Azərbaycanda öz maraqlarını yeritmək üçün onların tələblərini yerinə yetirə biləcək şəxslər axtarırlar və L.Yunus kimilərin timsalında tapırlar.

L.Yunusun məhkəmədə Azərbaycan atributlarını təhqir etməsi və millətimizə qarşı müəyyən ittihamlarla çıxış etməsi xaricdən verilən növbəti bir sifarişdir. Ümumiyyətlə, xarici qüvvələrin iç üzü məhz bu cür şəxslərin hərəkətlərində və danışıqlarında özünü büruzə verərək üzə çıxır.

L.Yunus eləcə də, Xədicə İsmayıl kimi şəxslərdə vətən sevgisi olsaydı, onlar satqın və xəyanət yolu tutmazdırlar. Dövlətin maraqlarını maddi maraqlardan üstün tutmaq olmaz. Dövlətin maraqları hər bir şəxs üçün və vətəndaş üçün üstün olmalıdır.

GÜLYANƏ

Digər xəbərlər