"Azərbaycan Respublikasının Konstitusiyasına görə parlament seçkiləri ənənəvi qaydada hər beş ildən bir keçirilir. Dünyada qəbul olunmuş seçki prosesi həmin xalqın seçki mədəniyyətini, qanunverici orqanlarının formalaşdırılmasına aparan ən uyğun bir variantdır. Bundan imtina etmək isə istər siyasi təşkilat, fərd, istərsə də dövlət olsun özünü bütün məsələlərdən kənarda qoymuş olur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov Əli Kərimlinin parlament seçkilərini boykot etməsi çağırışına münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, Azərbaycan kimi bir dövlətdə ənənəvi olaraq növbəti seçkilərin keçirilməsi birmənalı olaraq təqdirəlayiqdir: "Bundan qaçmaq olmaz. Kimsə bunu boykot etməyə çalışırsa, bu onun öz işi və zəifliyidir. Deyərdim ki, Əli Kərimli və digər onun kimiləri gündəmdə qalmaq üçün bu cür addımları atırlar. Hesab edirəm ki, bütün bunlar Azərbaycan dövlətçilyinə, seçkilərə, ölkəmizin qanunverici orqanının formalaşdırılmasına zərrə qədər də təsir göstərməyəcək. Düşünürəm ki, bu, növbəti şounun tərkib hissəsidir. Sadəcə olaraq onlar qınaq obyektinə çevrilməlidir".
sia.az