PDF Oxu

Müxalifət

  • 1 805

Ermənilərə sıcaq münasibət bəsləyən Xədicə İsmayıl

Ermənilərə sıcaq münasibət bəsləyən Xədicə İsmayıl

Bu dəfə də o, "səviyyələri"ni məhkəmə prosesində nümayiş etdirdi

Bir neçə gündür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-kommersiya təşkilatı olan "Azadlıq" radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayılla, Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun barələrində cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı sübuta yetirilərək həbs edilən bu xəyanətkarlar barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə onu qeyd etmək lazımdır ki...

Xədicə İsmayıl kimdir...

Bu məqamda Xədicə İsmayılın kimliyi haqda sizləri məlumatlandırmaq istərdik: O, "Azadlıq" Radiosuna gəlməzdən öncə bir neçə il jurnalistikada çalışıb. Lakin bir müddətdən sonra jurnalist və vətəndaş kimi birdən-birə mövqeyini tam şəkildə dəyişərək əcnəbi mətbu orqanlara - "Eurasinaet.org", "Washington Times", "BBC", "Deutche Welle", "Exo", "Caspian Business News", "Voice of America" ("Amerikanın Səsi") üz tutub. Daim həqiqətdən və vətənpərvərlikdən dəm vuran X.İsmayılın həyat və fəaliyyətində erməni izinin olması, onun ermənilərlə dərin köklərlə bağlılığı da artıq çoxlarına sirr deyil. Belə ki, hələ bir neçə il öncə onun nənəsinin milliyyətcə erməni olmasına dair müxtəlif mətbuat orqanlarında yazılar dərc olunmuşdu. Yəqin elə bu səbəbdəndir ki, X.İsmayıl "Eurovision" yarışmasında erməni müğənniyə səs göndərmişdi. Düzdür, həmin vaxt AXCP sədri Əli Kərimlinin sağ əli bunu inkar etməyə çalışsa da, nədənsə çoxları onun dediklərinə bir o qədər də inanmadı...

Əslində, X.İsmayılın hələ bir neçə il öncə "Azadlıq" Radiosunun Bakı bürosunun rəhbəri vəzifəsindən istefa verməsi də bir sıra mətləblərdən xəbər verir. Belə ki, o, istefasını yaradıcılığa daha çox önəm verməsilə əlaqələndirsə də, məsələnin kökündə yenə də AXCP və onun sədri Ə.Kərimlilə bağlı məqamlar dayanır. Yəni əslində onun istefasına səbəb "Azadlıq" radiosunun Bakı bürosunun fəaliyyətinin ictimaiyyət tərəfindən ciddi tənqid edilməsi, eləcə də X.İsmayılın radionun internet səhifəsini AXCP sədri Ə.Kərimlinin təbliğat ruporuna çevirməsi olub. Məhz bu fakt onu kəskin tənqidlərlə üz-üzə qoyub.

Xədicə İsmayılın yaşamaq şüarı - "Kef çəkmək üçün əyyaşlıq etməliyəm"

"Azadlıq" Radiosunun Bakı bürosunun əməkdaşları bildirirlər ki, X.İsmayıl həddindən artıq əyyaş idi. "Kef çəkmək üçün əyyaşlıq etməliyəm" - bu X.İsmayılın yaşamaq şüarı idi. Axşam saat 7-də iş qurtarmamış X.İsmayılın dostları kütləvi şəkildə "Azadlıq" Radiosunun "Caspian Plaza"nın 2-ci mərtəbəsində yerləşən böyük ofisinə toplaşır və səhərə kimi orada qalırdılar. Səhər işçilər ofisə daxil olarkən mətbəxdə çoxlu sayda spirtli içki butulkaları, açılmış konservlər, pivələr görürdülər. Ofisdən səhərlər elə dözülməz iy gəlirdi ki, hətta planlaşdırma vaxtı pəncərələr bir neçə saat açıq saxlanılırdı. "Kaspian Plaza"nın əməkdaşları gecə saatlarında başlayan bu eyş-işrətlə bağlı dəfələrlə ofisin adiminstrasiyasına öz etirazlarını bildirmişdilər. Deyilənə görə, hətta bir dəfə "Kaspian Plaza"nın mühafizə xidmətinin əməkdaşları "Azadlıq" Radiosunun pəncərəsindən bayıra qusan və aşağı yıxılmaq təhlükəsi ilə üzləşmiş içkili bir qadını çətinliklə aşağı sala biliblər. Xədicə şəhərin bahalı barlarının və klublarının daimi sakinlərindən olub.

Bütün bunlar X.İsmayıl haqqında deyilənlərin yalnız bir qismidir. Etika naminə daha çirkin məlumatları qəzetimizin səhifəsinə çıxarmaq istəmədik. Lakin elə yazılanlar da kifayətdir ki, "Azadlıq" Radiosunun Bakı bürosunun əməkdaşı X.İsmayılın əsl simasını görmək mümkün olsun. Çox maraqlıdır, özünü azərbaycanlı adlandıran şəxslər keçirilən məhkəmə zamanı bütün bunlardan sonra nə deyib X.İsmayılın "jurnalist etalonu", "mənəvi dəyərlərin müdafiəçisi", "haqq-ədalət carçısı" kimi müdafiə edəcəklər?!

Doğrudur, bəziləri ifadə azadlığını, Avropa standartlarını və daha nələri əsas gətirərək hakimiyyətə, tanınmış ziyalılara, vətəndaşlara atdıqları çirkaba bəraət qazandırdıqları kimi, biz də bir media orqanı olaraq bu çirkab atanlar haqqında cəmiyyəti düzgün məlumatlandırmaq istəyirik. Cəmiyyətin Leyla və Arif Yunus, X.İsmayıl, Q.Zahid, A.Əhməd, Güləhmədoğlu və... kimiləri haqqında həqiqətləri bilməyə haqları var. Və qoy Xədicə və onu müdafiə edənlər indi də cəmiyyətin belə bir hüququnun olmadığını sübut etsinlər.

Ü.ƏSGƏROV

Digər xəbərlər