PDF Oxu

Müxalifət

  • 1 670

Xəyanət simvolu

Xəyanət simvolu

Vətənə xəyanət Leyla Yunusun xislətindən irəli gəlir

Qanunazidd hərəkətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs edilməsi təkcə cinayətkarın cəzalanması ilə bitmədi, həm də müxalifətin ələyindən düşənləri bir daha saf-çürük etmiş oldu. İstər "Yeni Müsavat", istərsə də "Azadlıq" qəzetləri L.Yunusu müdafiə edəcək heç bir materialla çıxış etmir. Əksinə, müxalifət funksionerləri QHT fəaliyyəti yolunda ən böyük maneənin artıq olmadığını düşünürlər.

Sözün həqiqi mənasında da, belə idi ki, L.Yunusun təqdimatı olmadan müxalfətçilərin erməni lobbi təşkilatlarından, eləcə də təxribatçı qurumlardan qrant almaları olduqca müşkül məsələ idi. Onun həbsi isə, bir növ çoxlarının kartını açmış oldu. Ancaq onlar faktiki olaraq ermənilərə işlədiklərinə görə həbs olunan L.Yunusun başına gələnlərdən nəticə çıxarmaq fikrində deyillər. L.Yunusun "mənim arxamda Fransa dövləti dayanıb" deməsi, əslində bu şəxsin həbs olunma ehtimalını daha da artırmış oldu. Çünki o, dolayısı ilə işlədiyi cinayətləri, xarici dövlətlərin casusu olduğunu təsdiq etmiş oldu. Belə olmasa idi, Fransa bunun arxasında necə ola bilərdi? Amma qanun qanundur, arxanda kimin olduğundan asılı olmayaraq qanun qarşısında dayanmaqdan qaçmaq mümkün deyil.

L.Yunusa qarşı irəli sürülən maddələri sübut etmək üçün heç geniş araşdırmalara da ehtiyac yoxdur. Bu günə kimi ortada faktlar və sənədlər var. Nə qədər qəribə olsa da "bulanıq suda balıq titmaq" sevdasına düşmüş bəzi beynəlxalq təşkilatlar bu məsələdə daha çox canfəşanlıq etməkdədirlər. Sanki Leyla Yunusun vəkili qismində çıxış edən həmin təşkilatlar bir az da irəli gedərək, səlahiyyət həddini aşmaqla ölkəmizin daxili işinə müdaxilə etməkdən belə çəkinmirlər. Çox təəssüflər ki, Vətənini, dövlətini, millətini sevən insanlar üçün Vətənə xəyanət rəmzi qazanmış Leyla Yunusun əməlləri nə qədər ağrıdıcıdırsa, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar üçün bir o qədər önəmlidir. Çünki ölkəmizdə daim xaos, qarşıdurma görmək istəyən həmin maraqlı dairələr mütəmadi olaraq ermənipərəst mövqeyi ilə fərqlənən Leyla Yunus faktorindan gen-boluna istifadə etməyi bacarıblar. Əslində, bu qüvvələr üçün anti-Azərbaycan fəaliyyətində bulunan "hüquq müdafiəçisi"ni kəşf etmək elə də çətin məsələ deyil. Nəzərə almaq lazımdır ki, Leyla Yunus ömrü boyu ermənipərəst mövqeyi ilə seçilib, əməlləri ilə erməni maraqlarının təminatçısı kimi tanınıb. Azərbaycan dövləti və millətinə qənim kəsilmiş L.Yunus demək olar ki, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib. Bir çox hallarda ermənipərəst mövqeyini gizlətməyərək beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Heç kimə sirr deyil ki, onun Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması dəfələrlə ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən Leyla Yunusun mütəmadi tamaşaya çevirdiyi hay-küyünə tutarlı cavab verib və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi qınayıblar. Qınayıblar ona görə ki, necə insan, vətəndaş və ən nəhayət, qadın olasan ki, yaşadığın, torpağı üzərində gəzdiyin, çörəyini yediyin ölkəni belə asanlıqla yada sata biləsən. Amma görünür, bu unsana Vətəni satmaq, Vətənə namərd gülləsi vurmaq elə də çətin məsələ deyil. Çünki belə bir yol tutmaq onun xislətindən irəli gəlir.

Ermənilərlə genetik bağlılığı olan xəyanətkar

Leyla Yunusun paxırlarının üstü açılanda "qarınağrısına" düşməsi, sən demə, erməni ənənələrindən biri imiş. Xatırlayırsınızsa, bir neçə il əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı çətin vəziyyətə düşən və işğalçılıq siyasətinə haqq qazandıra bilməyən Ermənistan prezidenti Serj Sarkisyan milyonların gözü qarşısında "qarınağrısını" bəhanə edib aradan çıxmışdı. Leyla Yunusun bu "ənənəyə" sadiqliyi onun ermənilərlə genetik bağlılığından və onlara sonsuz məhəbbətindən xəbər verir. Elə buna görədir ki, Leyla Yunus ermənilərlə genetik bağlılığı olduğu üçün erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə görə həbs olunmaları barədə həmişə rəy formalaşdırıb, beynəlxalq təşkilatlara respublikamızdakı "siyasi məhbuslar"ın adlı siyahısını təqdim edib. Əgər xatırlayırsınızsa, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sonuncu sessiyasında üzdəniraq hüquq müdafiəçisi ermənilərə olan hədsiz məhəbbətini açıq şəkildə büruzə verdi. O, "siyasi məhbus" siyahısını "yeniləyərək" tədbirdə iştirak edən Ermənistan nümayəndələrinə təqdim etdi və sonra isə onların yanında oturdu. Üzdəniraq hüquq müdafiəçisinin erməni sevgisini açıq-aşkar nümayiş etdirməsi birinci hal deyildi. O, hətta istirahətini Ermənistanda keçirdiyini də gizlətmirdi.

Bütün bunlar artıq arxada qaldı. Leyla Yunusun antimilli hərəkətlərinə, ermənipərəst mövqeyinə, "zavallı ermənilərin" hüquqlarının müdafiəsinə qalxmasına, ölkəmizin ünvanına şər və böhtan yağdırmasına nəhayət, son qoyuldu. O, bu dəfə "qarınağrısına" düşdüyünü bəhanə edib aradan çıxa bilmədi. Deyəsən, "hüquq müdafiəçisi" bu dəfə "qarınağrısını" bəhanə edib aradan çıxa bilməyəcək.

Beləliklə də, dövlətə, xalqa xəyanət yolu tutmuş hər bir kəs, o cümlədən də Leyla və Arif Yunuslar kimi digərləri də, fərqi yoxdur öz layiqli cəzasını almalıdır.

Ü.ƏSGƏROV

Digər xəbərlər