Xəyanət simvolu olan Leyla Yunus artıq ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında cavab verməyə məcburdur
Həyasızlığı ilə daima özünü gündəmdə saxlayan, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığı subuta yetirilərək həbs olunan, bu günlər məhkəməsi davam edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və əri Arif Yunusun xəyanətləri, korrupsiya əməliyyatları, mənimsədikləri külli miqdarda vasaitlər barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Məhkəmənin gedişi ilə bağlı mətbuatda yer alan informasiyalarda bu barədə ətraflı açıqlama verilib. Azərbaycan xalqına yuxarıdan aşağı baxan, bu dildə yalnız söyüş söyən, şərəfini, ləyaqətini maddiyyətə satan, ermənilərlə iş birliyini gizlətməyən Leylanın Vətənə xəyanət əməlləri rəsmən subut olunur. Dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq, rəsmi sənədləri saxtalaşdırma və vergidən yayınma maddələri ilə ittiham olunan Leyla Yunusun çirkin əməllərinin şahid ifadələri ilə təsdiqlənməsi, dövlətçiliyimizə ziyan vuran gizlinlərinin aşkarlanması ilə onun əsl kimliyi bəlli oldu. Leyla Yunus-Barseqyanın milli mənsubiyyətini bildirən pasportunda "azərbaycanlı" yazılsa da, bu erməni gəlini təpədən-dırnağadək daşnak ruhuna xas Vətən xaini olduğunu sübut edən dəlillərdən yayınmağa çalışsa da, fakt faktlığında qalır. Şahid ifadələri ilə xəyanətlər təsdiqlənir.
Leyla Yunus öz ampluasında
Məhkəmədə yeni faktlar onu deməyə əsas verir ki, L.Yunusun ifşası həm də onun himayədarlarının ifşasıdır. L.Yunus məhkəmədə Azərbaycan atributlarını təhqir etməklə və millətimizə qarşı müəyyən ittihamlarla çıxış etməklə xaricdən verilən növbəti sifarişləri yerinə yetirmiş olur. Bu baxımdan sual yaranır: Leyla Yunusun, eləcə də Xədicə İsmayılın Azərbaycan dövlətinə və xalqına bu qədər kini, küdürəti və nifrəti nədən irəli gəlir?
Ümumiyyətlə, bu, bir reallıqdır ki, xarici qüvvələrin iç üzü məhz bu cür şəxslərin hərəkətlərində və danışıqlarında özünü büruzə verərək üzə çıxır. İstər Leyla və Arif Yunuslar, istərsə də Xədicə İsmayıl, Rauf Mirqədirov kimilərdə vətən sevgisi olsaydı, onlar satqın və xəyanət yolu tutmazdırlar. Ancaq L.Yunusun həyat və "yaradıcılığı"na bələd olan hər bir kəs onun Azərbaycan xalqına necə nifrət bəslədiyini, Azərbaycan dövlətinə düşmən kəsildiyini gözəl bilir. Leyla Yunus QHT-çilik taleyinin bütün mərhələlərində anti-Azərbaycan kompleksini gizlətməyib. Daim xarici anti-Azərbaycan qüvvələrin maliyyələşdirdiyi layihələrin icrası ilə məşğul olub. Yalançı siyasi məhbus siyahıları hazırlayaraq dövlətin beynəlxalq nüfuzuna kölgə salmaqla məşğul olub. Digər tərəfdən hüquq müdafiəçisi kimi onun milyondan çox qaçqının hüquqları uğrunda bircə dəfə də olsun hansısa təşəbbüslə çıxış etdiyini xatırlamaq mümkün deyil. Məhz belə birisinin guya Azərbaycan xalqına canıyananlıq edərək onu "xalq diplomatiyası" çərçivəsində ermənilərlə barışdırmaq cəhdləri riyakarlıqdan, satqınlıqdan başqa bir şey deyildir. Aparılan istintaq da onun niyyətinin, əslində xalqları barışdırmaq deyil, Azərbaycanın maraqlarını ermənilərə satmaq olduğunu ortaya qoydu.
Leyla Yunus həm də oğrudur
Demək, biz Leyla Yunusun Vətən xaini, satqın, həyasızlıq əməllərinin ardınca növbəti layiq olduğu adları da eşitmişdik, ancaq sən demə, qondarma hüquq müdafiəçisi həm də elmi ad oğrusuymuş. Bu həyasızlıqla, o biri həyasızlığın arasında müəyyən fərqlər var. Necə deyərlər, bu həyasızlıq yalnız Vətənə xəyanətlə, erməni köpəklərinə işləməklə deyil, o cümlədən, "elmi işində" də sübuta yetirib.
Beləliklə də, dövlətə, xalqa xəyanət yolu tutmuş bu bədnam şəxs həm də oğrudur və kimliyindən asılı olmayaraq bu cür bədnamlar öz layiqli cəzalarını almalıdırlar. Bu, istər siyasətçi, istər jurnalist, istərsə də QHT təmsilçisi olsun, fərq qoyulmamalıdır. Ən əsası isə, həmişə xalqımıza nifrət və həqarətlə baxan Leyla Yunus artıq ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında cavab verməyə məcburdur. Necə deyərlər, haqq nazilər, amma üzülməz.
Rəfiqə HÜSEYNOVA