PDF Oxu

Müxalifət

  • 695

Əli Kərimli öz yerini kimsəyə vermək fikrində deyil

Əli Kərimli öz yerini kimsəyə vermək fikrində deyil

Tahir Kərimli: "AXCP-də sədrliyə kifayət qədər iddialı şəxlər var"

AXCP-nin qurultayı yaxınlaşdıqca, partiyadaxili intriqaların da sayı artmaqdadır. Belə ki, buna səbəb Əli Kərimlinin yenidən sədr olmaq iddiasıdır. Məsələ ilə bağlı açıqlama verən Vəhdət Partiyasının sədri Tahir Kərimli "SƏS"ə açıqlamasında qeyd edib ki, AXCP-nin keçirilməsi nəzərdə tutulan qurultayında Əli Kərimlinin sədrlikdən getməsi inandırıcı görünmür: "Yəni onun dəyişməsi ehtimalı çox azdır. Bu dəyişiklik bir halda ola bilər ki, Əli Kərimlinin özü bunu rəsmi şəkildə bəyan edərək öz namizədliyini verməkdən imtina eləsin."

"AXCP-də kifayət qədər iddialı şəxslər var. Bu şəxslər qurultayda öz iddialarını reallaşdıra bilməsə partiyadan gedə bilərlərmi və bu halda Müsavatın üzləşdiyi proseslər, qalmaqallar, AXCP-də də yarana bilərmi" sualını cavablandıran partiya sədri onu da bildirdi ki, əgər şəxslər qurultayda öz iddialarını reallaşdıra bilməsə partiyadan gedə bilərlər. Yəni Qubad İbadoğlu kimi bir namizəd tapıb onun ətrafında birləşib alnernativ irəli sürə bilsələr, heç şübhə yoxdur ki, AXCP-də də Müsavatda da baş verən eyni proseslər davam edəcək və təşkilatın bölünmə prosesi daha da güclənəcəkdir. Bu gün onsuz da elə bir vəziyyətdir ki, bu partiyalarda köhnə qvardiyadan sədrlərdən başqa heç kəs qalmayıb.

Vəhdət sədri Əli Kərimlinin sədrlik kreslosundan ifrat dərəcədə yapışmasının siyasətə gəlir mənbəyi kimi baxması ilə də əlaqəli olduğunu deyib. Sitat: "AXCP-nin sədri olan Əli Kərimlinin məhz sədr qalmaqla cəbhəyə öz nəzarətini göstərir və "Milli Şura"nı da AXCP ətrafında birləşdirsin".

Partiya sədri onu da qeyd etdi ki, müxalifət liderlərinin öz istəyi ilə yaratdıqları bloklara inamsızlığı onların sosial bazaya malik olmamasından irəli gəlir: "Demək olar ki, bu gün müxalifət düşərgəsində olan partiyalara yığışan şəxslər biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyir. Yəni müxalifçilərin biri digərinə qarşı 1 gün yaxşı olsa da, 5 gün pis olur. Bunun da səbəbi müxalifət rəhbərlərinin şəxsi ambisiyalarının olması və biri-birini qəbul etməməsi ilə bağlıdır. Ümumiyyətlə, bu da müxalif partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Təbii ki, birlik olmayan bir yerdə inamdan, mehribançılıqdan və irəliləyişdən söhbət gedə bilməz. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da".

GÜLYANƏ

Digər xəbərlər