Qurumun Leyla Yunusa qahmar çıxması deyilənləri bir daha sübuta yetirir
"Human Rights Watch"ın ("HRW") "Sülh və Demokratiya İnstitutu"nun ("SDİ") sədri Leyla Yunusun "müdafiəsinə" qalxması bir daha sübut edir ki, bu qurumun məqsədi "demokratiya" pərdəsi altında öz maraqlarını və sifarişçisi olan erməni lobbisinin maraqlarını realizə etsin. Xüsusilə, Azərbaycana qarşı dəfələrlə şər-böhtan, qarayaxma çağırışları və bəyanatları ilə, hazırladığı qondarma hesabatları ilə çıxşı edən "HRW" növbəti dəfə həmin çirkin niyyətini reallaşdırmağa çalışıb. Hansı ki, ortada ölkəmizin qanunvericiliyini pozan kifayət qədər faktlar sübuta yetirilir, Leyla və Arif Yunusların məhkəməsində ifadə verən şahidlər də "SDİ" rəhbərinin anti-Azərbaycan meyilli qüvvələrlə əməkdaşlıq etməsini, Ermənistana səfərlər edərək, orada xüsusi xidmət əməkdaşlarından təlimatlar almasını, həmin təlimatlara digər insanları da cəlb etməsini, o cümlədən, digər xəyanətkar addımlarını etiraf ediblər.
Azərbaycanda Leyla Yunus kimi xəyanətkarların olması "HRW" kimi erməni lobbisinə işləyən təşkilatlara qol-qanad verir
Əslində, "HRW" təşkilatının bənzər hesabatları, bəyanatları bir-birindən qətiyyən fərqlənmir və bu qondarma qərəzli təşkilat demək olar ki, hər dəfə etni motivdən çıxış edərək, daha öncələr hazırladığı "hesabatlarında" müəyyən düzəlşilər edib, onu yayır. Bu isə sübut edir ki, demokratiya adından istifadə edən bu qurum sadəcə həmin amil ətrafında oyunbazlıqlar göstərir. Daha dəqiq desək, Azərbaycanda Leyla Yunus kimi xəyanətkarların olması erməni lobbisinə işləyən "HRW" kimi təşkilatlara qol-qanad verir.
Leyla Yunusun Ermənistanda erməni lobbisinin nümayəndələri ilə erməni şərabı və erməni konyakı içməsi, Yerevan restoranlarında əylənərkən, ermənilərin ona "Haykanuş" mahnısını sifariş verməsi niyə "HRW"nin "bəyanatında" yer alımayıb
Maraqlıdır ki, Leyla Yunusu və Arif Yunusu bu dəfə "yaşlı adamlar" kimi təqdim edən qərəzli qurum nədənsə, həmin "yaşlı" adamların günaşırı olaraq, təyyarələrlə xarici ölkələrə səfər etmələrini, bir ölkədən digərinə gedib görüşlər keçirməsini, səhər yeməklərini Londonda, günorta naharlarını Strasburqda, şam yeməklərini isə Nyu-Yorkda qəbul etmələrini qeyd etməyib və həmin zamanlar onların yaşlı olmaları, ümumiyyətlə xatırlanmayıb. Leyla Yunusun Ermənistanda erməni lobbisinin nümayəndələri ilə erməni şərabı və erməni konyakı içməsi, Yerevan restoranlarında əylənərkən, ermənilərin ona "Haykanuş" mahnısını sifariş verməsi də "HRW"-nin "bəyanatında" yer alımayıb.
İndi bu satqınların məhkəməyə çəkilmələri onları narahat edir və birdən yada düşür ki, axı Leyla və Arif Yunuslar "qocalmışlar"...
Onlar azadlıqda olarkən, xarici ölkələrə səfərlər edib pul qazanarkən, qrant gəlilərini yeyərkən, xarici ölkələrdə daşınmaz əmlaklar alıb özləlləşdirərkən heç vaxt xəstə olduqlarını deməyiblər, ürəkləri getməyib, boyunlarında şiş əmələ gəlməyib, təzyiqləri də qalxmayıb!
Məhkəmələrində artıq özünə peşə etdiyi min cür fırıldaqlardan çıxıb, ürəkkeçmə səhnələrini oynayan artist Arif Yunus guya burada özünün günahsız olmasını "sübuta yetirməyə" çalışır. Halbuki o və arvadı azadlıqda olarkən, xarici ölkələrə səfərlər edib pul qazanarkən, qrant gəlilərini yeyərkən, xarici ölkələrdə daşınmaz əmlaklar alıb özləlləşdirərkən heç vaxt xəstə olduqlarını deməyiblər, ürəkləri getməyib, boyunlarında şiş əmələ gəlməyib, təzyiqləri də qalxmayıb. Nəyə görəsini, yaxud niyəsini də bilən bilir!
Təbii ki, həm Leyla Yunus, həm də Arif Yunus qanlarında erməni geni daşıdıqlarına görə, ermənilərin köhnə rollarını oynamaqda davam edirlər. Bu rolun adı "əzabkeş gərkəm" almaqdaıdr. Hansı ki, erməni millətçiləri azərbaycanlılara qarşı daim işğalçılıq, qaniçənlik əməlləri törədərək soyqırımı siyasəti yürüdərkən, həm də "məzlum" və "əzabkeş" xalq kimi oyunbazlıqlar göstəriblər.
Bu, Hyu Uilyamsonun bilavasitə Azərbaycan qanunlarına, Azərbaycanın dövlətçilik maraqlarına qarşı HƏYASIZLIQ davranışıdır!
Bu gün Leyla və Arif Yunusların ermənilərdən qətiyyən fərqlənmədiklərini "HRW" təşkilatının bəyanatından da görmək olar.
"HRW"-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson deyir ki, "Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir. Bu, məhkəmənin oyunbazlıq, siyasi sifarişli proses olduğunu təsdiqləyir"(?!-R.).
Maraqlıdır, cənab Uliyamsona kim bu haqqı verib ki, o, Azərbaycan qanunlarını icra edən və dövlət atributlarını əks etdirən məhkəmə amilinə "oyunbaz" adını verir?! Bu, bilavasitə Azərbaycan qanunlarına, Azərbaycanın dövlətçilik maraqlarına qarşı HƏYASIZLIQ davranışıdır! Və Uilyamson nədənsə bir dəfə də etiraf etmir ki, Leyla Yunus və Asrif Yunus "xəstələndikləri" zaman onların istəyi ilə xarici ölkələrdən həkimlər briqadası dəvət olunub və onların hər ikisini müayinə ediblər. Üstəlik, yazılan dərmanlar, reseptlər də vaxtı-vaxtında həmin admalara verilir. Əgər bu adamlar xaricdən həkim tələb ediblərsə, demək onların yazdıqları dərman preparatları ilə müalicə olunublar, yox əgər həqiqətən də xəstədirlərsə, bu zaman onlara yazılan dərmanlar öz effektni verməli idi. Demək, bu da onların oyunbazlıqlarının bir parçasıdır.
"HRW" kimi təşkilatlar burada sifarişçiləri olan erməni lobbisinin ödədiyi pulları müqabilində öz çirkin əməllərini davam etdirirlər
Digər tərəfdən, "HRW" rəhbərinin Azərbaycanın qanun sisteminə qarşı çıxaraq, ona müdaxilə etməsi haqqı heç bir qanunda yazılmayıb . Bu gün Azərbaycan onun ölkəsinin məhkəmə sistemindəki çatışmayan çoxsaylı cəhətləri, insanlara qarşı qeyri-humanist davranışları əks etdirən dəlilləri ortaya qoysaydı, hər halda Uilyamson eynilə Leyla Yunus kimi haray-şüvənlik salar, ölkəsinin içinə müdaxilə olunduğunu car çəkərdi. Bu səbəbdən, onun bu cür həyasızlıqlar etməsi qətiyyən heç bir çərçivəyə sığmır.
Bu gün iddia edilir ki, guya adları çəkilən mühakimlərin məhkəmələrinə jurnalistlər, media nümayəndələri buraxılmırlar. Bu zaman marqlıdır ki, "Azadlıq" qəzeti və Leyla Yunusa havadarlıq edənlər bu məlumatları haradan əldə edirlər? Demək, məhkəmə açıq və şəffaf şəkildə həyata keçirilir. Sadəcə, məhkəməyə zalda yerləşə biləcək qədər adamlar toplaşır ki, yerdə qalanlar dərhal bu anili şişirdərək, guya məhkəmənin "qapalı" keçdiyini iddia edirlər. Təbii ki, bütün bunlar sadəcə bir oyunbazlıqdır və "HRW" kimi təşkilatlar burada sifarişçiləri olan erməni lobbisinin ödədiyi pulları müqabilində öz çirkin əməllərini davam etdirirlər.
Qaldı ki, Uliyamsonun beynəlxalq qurumların "Azərbaycan məhkəməsini psiləyən" bəyanat səsləndirməsi çağırışına, bu siyasi həyasızlıq mücəssəməsi bilməlidir ki, müstəqil Azərbaycan nəninki bu kimi təlxək qurumların çağırışlarını nəzərə alır, ümumiyyətlə, belə bəyanatlar ciddiyə alınmır. Çünki ortada olan fakt budur ki, demokratik və müstəqil Azərbacan heç vaxt erməni lobbisinin və bu lobbiyə işləyən fərdlərin, qurumların çağırışlarına öz tutalı cavabını verir, bundan sonra da verəcək!
Leyla Yunusa və Arif Yunusa, o cümlədən bu iki satqının toruna düşənlərə gəlincə, ədalətli məhkəmə onlara müvafiq cəzanı verəcək. Onlar buna 100% əmin ola bilərlər.
Rəfiqə HÜSEYNOVA