Ermənistan mətbuatı və erməni lobbisinin korrupsiya pulları ilə həyat quran avropalılar da "narahatdır"
Arif və Leyla Yunusların avqustun 13-də baş tutan məhkəmələrində törətdikləri cinayətləri sübuta yetirildikdən sonra, "Sülh və Demokratiya İnstitu"nun ("SDİ") direktoru eləcə də onların havadarları növbəti dəfə heç bir fakt, sübut olmadan Azərbaycan hakimiyyətinə qarşı "repressiya" ittihamları yağdırmağa başlayıblar. Söz yox ki, burada əsas "yükü" üzərinə götürən və AXCP sədri Əli Kərimlinin nəzarəti altında nəşr edilən "Azadlıq" qəzetidir ki, hazırda onun səhifələrində aldıqları təlimatlara uyğun olaraq, dövlətçilik əlryhinə çxış edən bir ünsürün "əzlumluğu", "günahsızlığı" barədə boy-boy yazılar, açıqlamalar verilir.
Əgər vəkillər istintaqın Leyla və Arif Yunusa qarşı "böhtan" atıldığını iddia edirsə, nəyə görə istintaqın nəticələrinə imza atıblar?
Lakin bu barədə yazının sonrakı məqamında qeyd edəcəyik. Beləliklə, "SDİ" direktorunun məhkəmədə çıxardığı haray-həşirdən də bəlli olur ki, əslində ona və əri Arif Yunusa qarşı sürülmüş ittihamlar kifayət qədər tutarlı və faktlara söykənəndir. Bu baxımdan, ifşa olunmasını adəti olduğu qədər səs-küylə, təhqir və söyüşləri ilə pərdələməyə cəhd edən Leyla Yunus əslində, günahkar olduğunu bilsə də bunu etiraf etməyə cürəti çatmır. Yəni onun günahları sübuta yetirilib. Və söz yox ki, mahakimlərin vəkilləri olan Ramiz Məmmədovun, Əfqan Məmmədovun və Elçin Qəmbərovun dövlət ittihamçıları tərəfindən irəli sürülən ittihamları qəbul etəməmələri erməni lobbisi tərəfindən Yunuslara ödənilən eləcə də onlara çatan pulun qarşılığını almalarına rəğmən heç nə edə bilməmələridir. Təbii ki, vəkillər ciddi şəkildə narahat olublar və erməni lobbisinin qarşısında götürdükləri öhdəlikləri yerinə yetirə bilmədiklərinə görə, hakimiyyəti günahkar çıxarmağa cəhdlər göstərirlər. Yəni ortada olan faktlar da belə qənaətə gəlməyə əsas verir.
Məsələn, Yunusların "başbilən" vəkilləri guya ortaya öz "arqumentlərini" qoymaqla nəyisə sübut etməyə çalışsalar da mövcud faktlar onların cəhdlərinin qarşısını alıb. Vəkildən sitata nəzər salaq: "Qrantlardan qanunsuz istifadə və vəsaitlərin mənimsənilməsi, pulların bir hesabdan digərinə qanunsuz olaraq köçürülməsi, qrantların qeydiyyata alınmaması və dələduzluq barədə istintaqın fikirləri Azərbaycan qanunun müddəalarına ziddir."
Maraqlıdır, əgər vəkillər istintaqın Leyla və Arif Yunusa qarşı "böhtan" atıldığını iddia edirsə, nəyə görə istintaqın nəticələrinə imza atıblar? Yaxud Leyla və Arif Yunuslar istintaq nmaterialları ilə tanış oludlqarı barədə müddəaya niyə qol çəkiblər? Hər halda bu sualların cavabı hələ də onlar tərəfindən ötrülü qalmaqdadır və yaxşı olardı ki, pafos, səs-küy salmaları yerinə bu sualın cavabını versinlər.
"SDİ" direktorunun vəkilləri də açıq-aşkar bildirirlər ki, Leyla Yunus donor qrantları həyata keçirib, özü də nə az, nə də çox –düz 20 il!
Daha bir məqam. Vəkillər Leyla Yunusu "haqlı" çıxarmaqdan ötrü sual edirlər ki, "əgər istintaq bu cür pozuntuları görmüşdürsə, niyə Leyla Yunusun fəaliyyətinin son illərinə toxunur, axı o, 20 ildir ki, donor qrantlarını həyata keçirir?"
Baxın, "SDİ" direktorunun vəkilləri də açıq-aşkar bildirirlər ki, Leyla Yunus donor qrantları həyata keçirib, özü də nə az, nə də çox –düz 20 il! 20 il boyunca bu fərd "hüquq müdafiəçisi" adı altında yalnız və yalnız Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən xarici təşkilatların buraxdığı sərmayələrlə dolanıb. Leyla Yunusun xəyanətlərini isə yalnız istintaq deyil, ictimai rəy də bilir və bütün hallarda danılmaz faktlar mövcuddur. Sadəcə, "SDİ" rəhbəri ğlkəmizdəki demokratik mühitə görə istədiyi addımlarını atıb. Ancaq hər şeyin limitinin olduğu kimi, onun a xəyanət limitinin bir sonu olmalıydı ki, bu da baş verdi!
Cavab vermək zamanı çatanda isə onun yadına yalnız dövləti, xalqı, milləti təhqir etmək düşür ki, nəhkəmədəki son sözündə də eyni hal yaşandı. Beləliklə, bu satnıq ermənipərəstlik siması layiq olduğu cəzasını aldı.
Məhkəmədə ağ yalana danışaraq, ətrafa "erməni məzlumu" sifəti göstərən, tez-tez "ürəyi gedən" Arif Yunusun nədənsə, milli məsələlərdə ürəyi getməyib, halı pisləşməyib
Bu arada onun əri Arif Yunusun da özünü təmizə çıxarması ətrafında irəli sürdüyü fikirləri istər-istəməz belə bir sual yaradır. O, iddia edib ki, guya Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ətrafında yaranmış vəziyyətlərdə insanların "hüquqlıarını müdafiə edib". Yaxşı hansı insanlların? Minlərlə, on minlərlə köçkünlərimizinmi?! Təəssüf ki, belə deyil. "SDİ" daim erməni "hüquq müdafiəçiləri" ilə əlbir olaraq, Bakıdan ketmiş ermənilərin hüquqlarını müdafiə edib. Eyni zamanda, onların əllərində Xocalı soyqırımı ilə bağlı göstərdikləri bir dənə də olsa fəaliyyətləri yoxdur. Məhkəmədə ağ yalana danışaraq, ətrafa "erməni məzlumu" sifəti göstərən, tez-tez "ürəyi gedən" Arif Yunusun nədənsə, milli məsələlərdə ürəyi getməyib, halı pisləşməyib. İndi isə – onların erməni aşiqlikləri ortaya çıxan zaman, maliyyə fıırıldaqları sübuta yetirilən zaman, Arif Yunus birdən-birə "ürəkkeçmə xəstəliyi qazanıb…"
Azərbaycana qarşı ikili standartlardan çıxış edərək, Leyla Yunusa havadar çıxan Avropa qurumları təmislçilərinin erməni lobbisindən rüşvət alıb, korruppsiyaya bulaşmamalarını kimsə inkar edə bilməz!
Bəli, faktlar və dəlillər ortadadır və məqalənin əvvəlində qeyd etdiyimiz kimi, bu gün Leyla Yunusa qahmar çıxanların kimliklərini, hansı təşilatlar oldğunu da görsək, bu zmaan 100% sübuta yetirilmiş olur ki, həmin qahmar çıxanların hər birinin arxasında erməni lobbisi dayanıb. İlk öncə nəzərə alsaq ki, Leyla Yunusun istər həbs olunduğu dövrlərdə, istərəsə də məhkəməsi zamanı erməni mətbuatı sanki öz vətəndaşının müdafiəsinə qalxırmış kimi çığır-bağır salmaqla məşğuldur. "Azadlıq" radiosunun Yerevan bürosu – "azatututyun", "armenia today", "tert.am" və s. saytları, Ermənistanın demək olar ki, bütün yazılı mətbu orqanları "SDİ" direktorunu Ermənistanın milli qəhrəmanına çevirib. Üstəlik, bir sıra Avropa təşkilatlarının rəsmiləri də erməni mətbuatı qədər Azərbaycan dövlətinə qarşı çıxış edən, Lleyla Yunusu müdafiə edən bəyanatlar səsləndiriblər. Məsələn, Avropa Şurasının baş katibi Turbern Yaqland, AŞ PA-nın prezidenti Ann Brasser, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks, eləcə də ATƏT-in parlament assambleyasının insan haqları və demokratiya üzrə rəsmisi İzabel Santosun dərhal haray-şivən qaldırmaları bir daha sübut edir ki, daim Azərbaycana qarşı ikili standartlardan yanaşan bu fərdlər və onların təmsil olunduqları təşkilatları danışdıran, əslində insan haqlarını tapdayan, qeyri-demokratik bəyanatlar verməyə məcbur edən də erməni lobbisinin pullarıdır. Bu gün kimsə deyə bilməz ki, onların heç biri Azərbaycan dövləti əleyhinə çıxış etmələri üçün erməni havadarlarından rüşvət alıb, korruosiyaya bulaşmayıblar, o ki qala ermənipərəst Leyla və Arif Yunuslara görə!!!
Təbii ki, biz Leyla Yunusun erməniçilik mövqeyini dəstəkləyən Rusiya təşkilatlarının da adını çəkə bilərik. Məsələn, onlardan biri daim anti-Azərbaycan çıxışları ilə yadda qalan, dəfələrlə qondarma "DQR""ə səfər edən, hətta Leyla Yunusu özünə "bacılıq" seçidiyi deyən Rusiyanın "Vətəndaş həmrəyliyi" komitəsinin, eləcə də "Memorial" cəmiyyətinin idarə heyətinin üzvü Svetlana Qannuşkinadır. O, da məhkəmənin hökmündən sonra dərhal erməni mətbuatına (??!!) açıqlama verib və ağzına gələnləri danışıb.
Bütün hallarda əlahəzərət faktlar danılmazdır!
Azərbaycanı Leyla Yunus kimi Vətən xaininə görə "asıb-kəsən" Avropa təşkilatlarının korrupsiyalaşmış başbilənləri öz ölkələrində leyla yunusların olmasına razıdırlarmı?!
Bəli, əlahəzrət faktlar ortadadır və bu faktları danmaq əsla mümkün deyil. Leyla Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış Leyla Yunus Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Azərbaycanı Leyla Yunus kimi Vətən xaininə görə "asıb-kəsən" Avropa təşkilatlarının korrupsiyalaşmış başbilənləri öz ölkələrində leyla yunusların olmasına razıdırlarmı?! Əgər onların öz ölkələrində olan leyla yunuslar "xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etsəydi onlar buna biganəmi qalacaqdılar?!
Yaxud, Azərbaycanı ittiham edənlər bilməlidirlər ki, əslində Yunuslar ailəsi bilavasitə bu ölkənin düşməni olan digər ölkənin kəşfiyyat orqanları tərəfindən təlimatlandırılmış casuslardırlar. Məsələn, Arif Yunusun anası erməni, atası isə qarışıq dağıstanlıdır. Leyla Yunusun isə anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Göründüyü kimi, onları milli zəmində Azərbaycanla bağlayan heç bir amil mövcud deyil. Bu gün kimsəyə sirr deyil ki, Leyla və Arif Yunusların Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir. Üstəlik, Leyla Yunus Elmlər Akademiyasında işlədiyi dövrdə də azərbaycanlılarla deyil, məhz yalnız digər millətlərin nümayəndələri ilə təmaslarda olub, bununla da azərbaycanlılara qarşı nifrətini açıq şəkildə nümayiş etdirib. O, Azərbaycan xalqına, mədəniyyətinə, ümumiyyətlə "Azərbaycan" anlayışına nifrət edir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirir.
Leyla Yunusa "toxunulmazlıq immunitetini" digər dövlət xaini Rəhim Qazıyev verib
Vaxtilə Rəhim Qazıyevin məşuqəsi kimi "toxunulmazlıq immuniteti" qazanan bu qadın ermənilərin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olub. O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də küllü miqdarda pul əldə edib. Leyla Yunus ayrı-ayrı vaxtlarda Ermənistan, Rusiya və Qərbin xüsusi xidmət orqanları tərəfindən verbovka olunub və onun xidmətlərindən Azərbaycana qarşı istifadə edilib. Müdafiə Nazirliyinin qida təchizatı ilə məşğul olan Leyla Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesablarına köçürüb. İndi isə idia edir ki, həmin pulları ona qrant donorları verib (?!)
Eyni zamanda, arvadının Rəhim Qazıyevlə intim münasibətdə olduğundan xəbəri olmayan, ya da olan və həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər. Bu səbəbdən, o da bəllidir ki, Leyla Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub. Məsələn, Leyla Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb. Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansla da əlaqədə olan Leyla Yunus erməni kəşfiyyatçısından aldığı təlimatına görə, Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Təbii ki, genində erməni qanı daşıyan "SDİ" rəhbəri hər zaman öz erməni rəfiqələri ilə birgə anti-Azərbaycan fəaliyyətində olub. Onun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi, başından güllə ilə vurularaq gəbərdilmiş Qalina Staravoytova ilə yaxın münasibətləri olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan "Artelis Servis" və "Hayqrov Konstaltinq Servis" kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. Yunus Ermənistanın "Region" araşdırma mərkəzi və birgə layihə həyata keçirib, "İctimai dialoqlar" adlanan saytda Azərbaycan dövlətinə qarşı "qara piar" kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma "DQR" "müstəqil dövlət" kimi qələmə verilib. L.Yunus ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdiyi tədbirlərin fəal iştirakçılarından olub. O, Almaniyanın Esslingen am Neckar şəhərində təşkil edilmiş konfransda sıxış edib, rəhbərli olduğu "Sülh və Demokratiya İnstitutu"nun Əkrəm Əylislinin müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib!
"Eurovision" mahnı müsabiqəsi ərəfəsində Almaniyaya səfər edən L.Yunus Azərbaycana qarşı kampaniya aparacaq KİV-lərdən və QHT-lərdən ibarət qrupun formalaşdırılmasında fəal iştirak edib.
O, AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağılasığmaz ittihamlar irəli sürüb. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Leyla Yunus artıq terrorçular da daxil olmaqla konkret cinayət törətmiş şəxsləri "repressiya qurbanları" kimi qələmə verib. L.Yunus daim faktları təhrif edib, ağ yalan danışıb və öz havadarlarının sifarişi, aldığı rüşvət müqabilində müxtəlif dedi-qoduları xarici anti-Azərbaycan dairələrə ötürüb.
Beləliklə, Leyla və Arif yunuslar öz anti-milli və cinayətkar fəaliyyətinin acı nəticələrini yaşayır və tam qanunauyğun şəkildə cəzalandırılıblar.
Rövşən NURƏDDİNOĞLU