PDF Oxu

Müxalifət

  • 2 562

Əli Kərimlinin xəyanəti AXCP-də üsyan yaratdı

Əli Kərimlinin xəyanəti AXCP-də üsyan yaratdı

Partiya sədrinin yürütdüyü mənfur siyasət partiya rəhbərliyində kütləvi istefalara yol açır

Radikal müxalifət düşərgəsində parlament seçkiləri ərəfəsi istefaların növbəti revanşı başlayıb. Xüsusilə, AXCP sıralarında bu istefaların olması pik nöqtəyə çatıb. Belə ki, istefaların əsas səbəbi məhz partiya rəhbərliyindəki avtoritar idarəçilik, Əli Kərimlinin təşkilatda diktator rejimi qurması və bu kimi digər amillərdir. Son bir ildə partiya sıralarını tərk edən bir çox cəbhəçilər bu faktorları əsas gətirərək, oradakı vəziyyətin dözülməz olduğunu bəyan edirlər. Sabiq AXCP-çi Şakir Abbasov partiya sədri Əli Kərimlinin tutduğu xətlə fikir ayrılığının yarandığını və bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyi üçün istefa verdiyini bildirib: "Mən AXCP-nin özəyini təşkil edən AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. Bu qərar bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm. AXCP-dən istefa verməklə Əli Kərimlidən kənar durmaq özü bəlkə də xeyirədəir. Digər funksionerlərimiz də Əli Kərimli bəlasından nə qədər tez yaxa qurtarsalar, bir o qədər onlar üçün uğurlu olacaq".

Niyaməddin Orduxanlı: "AXCP-dən istefa verənlərin hamısı Əli Kərimlinin xəyanətinə cavablarıdır"

Məsələylə bağlı açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib ki, Əli Kərimlinin yürütdüyü siyasət nəticəsində illərdir ətrafı boşalmaqda davam edir. Onun sözlərinə görə, Əli Kərimli siyasətin xəyanət simvoludur: "Onu tərk edən insaların hamısı məhz bir səbəb var:xəyanət! Bu adam öz şəxsi maraqları üçün istənilən adama xəyanət edib. Kimlər onun xəyanəti ilə qarşılaşmayıb? Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy, tələbə yoldaşları, partiyda birgə çalışan insanlar, "Yurd" birliyinin əksər üzvüləri, yaxın qohumluğ əlaqəsi olan insanlar və s. Bu adamın mahiyyəti budur. Kim bunun kimi düşünmürsə, deməli, düşməndir. Bu ətrafında olan insanlara düşmənçilik təbliğ edir və onlara özü kimi davranmağı tələb edir. Ona görə də bu istefalar baş verir. Əli Kərimli mahiyyət etibarilə bolşevikdir. Bir müddət əvvəl NİDA-cı gəncləri qızışdırmaqla onları həbsxanaya göndərdi. Bir neçə gün bundan qabaq bu gənclərin bəzilər əfvə düşdülər. Ancaq Əli Kərimli bu gənclərin heç birini ziyarət etmədi. Əksinə, məyus oldu ki, niyə gənclər həbsxanadan çıxdı. Bunların hesabına beynəlxalq təşkilatlardan qrant alırdı".

N.Orduxanlı onu da vurğulayıb ki, AXCP rəhbərliyi hər zaman Əli Kərimlidən imtina edənlərin arxasınca danışmaqdan belə çəkinmirlər və ona qarşı kampaniya aparırlar: "Bütün bunlar Əli Kərimli və onun yaxın ətrafının hansı xislətə malik olduğunu göstərir. Elə bu səbəbdən də ilərdir Əli Kərimlinin yanında heç kim qalmır. Xalq da AXCP sədri və ətrafının xislətinə bələd olduğu üçün bu düşərgədən uzaq gəzir. Buradan da bəlli olur ki, çirkaba bulaşaraq, həyatlarının böyük hissəsini Əli Kərimlinin girovluğunda keçirən AXCP üzvləri gec də olsa, ayılır və nə qədər səhv yolda olduqlarının fərqinə varmağa başlayırlar. Ancaq atalar demişkən, ziyanın yarısından da geri dönmək əfzəldir".

Eks-cəbhəçi: "AXCP-dən davamlı istefalar qaçılmazdır"

"AXCP-dən davamlı istefalar qaçılmazdır. Çünki qruplaşmaların bir-birlərinə qarşı apardığı işlər belə nəticəyə gəlməyə zəmin yaradır". Bu fikirləri eks-cəbhəçi funksioner, partiyanın Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu təşkilat daxilində baş verən son qrşıdurma proseslərinə aydınlıq gətirərkən deyib ki, o, daha öncələr də partiya daxilində qarşıdurmaların yaşanacağını proqnozlaşdırmışdı: "Yerdə qalanlar bu qrupların təzyiqlərinə məruz qalacaqlar. Artıq deyilənlər öz təsdiqini tapmaqdadır. Çünki AXCP-də bir neçə qruplaşma var və həmin qruplaşmalar içində ən öndəgedəninə məhz sədr Əli Kərimli bilavasitə dəstək göstərməkdədir".

Göründüyü kimi, istər baş verən qarşıdurma və istefalar, istərsə də yuxarıda bəhs edilən açıqlamalar AXCP-nin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirir. Görünən odur ki, Əli Kərimlinin yaratdığı dözülməz mühit onun ətrafında qalan üç-beş üzvün də partiyadan getməsini şərtləndirir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər