PDF Oxu

Müxalifət

  • 1 894

Abırına hakim olmayan müxalifət

image

Ölkədə hər hansı ictimai-siyasi proses baş verəndə, Azərbaycanın dağıdıcı müxalifəti, düşür ortaya ki, mən də varam. Ənənəsinə uyğun olaraq dağıdıcı müxalifət sentyabrın 26-da keçiriləcək referendumun vaxtı yaxınlaşdıqca, səsi çıxmağa başlayıb. Yenə də, boş-boş hay-küy, yenə də eyni situasiya və həyasızcasına utanmadan kütləvi aksiyalar keçirməyi planlaşdırdığını deyir. Amma bunların kütləvi aksiya keçirmək üçün adamları da yoxdur. Sual olunur: hansı kütlə və ya hansı kütləvilikdən söhbət gedir? Bir müddət öncə, keçirmiş olduqları aksiyaların fiaskosunu, rəzalətini nə tez unutdular? Axı müxalifət qüvvələrinin bir tək təşkilatları deyil, həm də ideyaları, fikirləri və məramları da pərakəndədir. Buyurub keçirsinlər aksiyalarını, ancaq bunu etməyə gücləri olmadığı halda, gücü çənəyə verməyin də xeyri yoxdur, hər halda.

Əslində, səs-küy yaratmaqla qabağa keçəcəklərini düşünən müxalifətçilər nə qədər uzun yol qət etsələr, bir o qədər də öz ifşalarına yaxınlaşacaqlar. Müxalifətə yaraşan da elə budur. Müxalifət öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla, hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər şərait yaradıb. Bundan sonra da həmin rentabelliyi qoruyub-saxlayacaq. Amma haqqında danışdığımız müxalifət referendum ərəfəsi hansı oyunları çıxardıb, həmin qanunlar üzərində hansı təhrifləri etməyə çalışacaq- bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur.

Daha bir məsələ isə "mənəm-mənəm" deyən müxalifətin arxasında hansısa xarici maraqlı qüvvələrin və beynəlxalq təşkilatların dayanmasıdır. Bir vaxtlar mitinqlərdə narıncı köynəklər geyinirdilər, xarici dövlətlərin bayraqlarını dalğalandırır, bir başqa ölkənin prezidentinin portreti qaldırırdılar. İnanın, bu, elə-belə jestlər deyildi. Daha dəqiqi, dünyaya və inqilab ixrac edənlərə mesaj idi ki, dediyiniz hər şeyi edərik, yetər ki, bizi dəstəkləyin. Amma bir nüansa da toxunaq ki, beynəlxalq təşkilatlar qeyd olunan təşəbbüsdə bulunduqları zaman belə, bunu müxalifətə olan sevgilərindən və ya həmin müxalifətin dəstəkçisi olmaq arzularından irəli gəlmir. Xarici maraqlı dairələr dağıdıcı müxalifətçi zavallılardan alət kimi o yan-bu yana fırlayıb, danışdırıb, ortaya ataraq, öz maraqlarını təmin etməyə çalışırlar. Vəssalam. Yoxsa kimin nəyinə lazımdır bu uğursuzlar? Hansı özünə hörmət edən təşkilat onların perspektivinə inanar?

Beləlkilə, müxalifətin, əslində, müxalifət deyil, köhnə və paslı tənəkə olması göz önünə gəlir. Belə tənəkələri isə, ən yaxşı halda, zibilə atırlar. Görəsən, bunların da tullantı vaxtları çoxmu uzaqdadır?

RƏFİQƏ

Digər xəbərlər