Dağıdıcı müxalifət yenə də iş başındadır
Yalan vədlər, populist çağrışlar insan olan varlığın bir növ evini yıxan, fəlakətlərə sürükləyən başlıca amillərdəndir desək, səhv etmərik. Fikirlərin sübutu kimi, C.Həsənlinin AXCP sədri Ə.Kərimlinin, Müsavatın keçmiş başqanı İ.Qəmbərin yalan, həm də şirnikləndirici vədlərinə aldanaraq elmdən, təhsildən yayınaraq, "Milli Şura"nın sədri olmasına razılıq verməsini göstərmək olar. Bununla da, C.Həsənli deyilən biçarə özünü yanan odun üstünə atmaqla yanaşı, bütün yaradıcı həyatını məhvə sürükləmiş oldu. İndi isə artıq gecdir. C.Həsənli bu gün heç nəyə yaramayan, heç kəsə lazım olmayan insana çevrilib. Yəni C.Həsənli "yarımçıq papaqçı" təsiri bağışlayır. Düşünürəm ki, onun, sadəcə, bir çıxış yolu qalır: "qaçmaq da bir igidlikdir" deyib, Azərbaycandan, səmtinin fərqinə baxmadan, qaçmaq.
Müxalifət düşərgəsində cəryan edən acınacaqlı hadisələrə əsasən, demək olar ki, C.Həsənli ilə yanaşı, digər müxalifətçilərdə şirin yalanların qurbanı olublar. Deyək ki, biri daxili qüvvələrin vədlərinin girovuna çevrilibsə, başqaları da xarici maraqlı qüvvələrin yalanlarının acı nəticəsi olaraq, həyatlarını təhlükələrə atıbalar.
Müxalifətin düzəlməsi cətin məsləyə çevrilir
Faktlar sübut edir ki, yalnız AXCP, Müsavt, "Milli Şura" funksionerləri "böyük oyunun kiçik peşkaları" deyil, eləcə də müxalifət düşərgəsində sürünənlər sinifinə aid edilən partiyalrda ara-sıra bir növ şanslarını yoxlamaq üçün qulaqlarını yalan vədlər verən təşkilatlara tərəf şəkləyirlər. Dəfələrlə başaları müxtəlif daşlara, qayalara dəysə də, hələ də ağlın nə olduğunu bilməyən S.Cəlaloğlu, İ.Ağazadə meydana çıxaraq, yeni qurumun - "Qarabağ və Respublika Uğrunda" Hərəkatın yaradılaması təşəbbüsü ilə çıxış ediblər. Bu dəfə də yenu qurumda Azərbaycan Demokrat, "Ümid", Klassik Xalq Cəbhəsi, Azadlıq, Liberal-Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Azərbaycan Xalq və Azad Demokrat partiyalarının təmsil olunacağı bildirilir. Məlumat üçün qeyd etmək lazımdır ki, bir qədər əvvəl də bu partiyalar bir araya gələrək, "SPDİHMM" adlı qurum yartmışdırlar. Hətta bu partiyaların sədrləri Polaşanın Azərbaycandakı səfiri xanım Beata Baranşka ilə görüşərək, bir növ onun iştirakı ilə yaratdıqları yeni qurumun təqdimatını keçirmişdirlər. Bununla S.Cəlaloğlu, M.Mirəlioğlu, İ.Ağazadə və digərləri səfirin timsalında Avropadakı maraqlı qüvvələrdən yardım almaq arzusunda olduqlarını nümayiş etdirmişlər. Anacaq Qərbdəki maraqlı dairələr işlərini yalnız AXCP və Müsavat yetkiləri ilə qurduqlarından, "SPDİHMM" təmsilçilərinin istəkləri iflasa uğramışdır. Beləliklə də, yeni yaradılan qurum siyasi arenada işıq üzü görmədən fəaliyyətini dayandırdı. Bu gün isə yenidən həmin şəxslər üzə çıxmağa başlayıblar. Bu da, heç şübhəsiz, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümüumxalq səsverməsi-referendumla bağlıdır. Sözügedən partiaya yetkililrəri referendumla bağlı müəyyən addımlar atmaq, çağrışlarla çıxış etməklə Qərbin diqqətin özlərinə cəlb edə biləcəklərini düşünürlər. Maraqlıdır ki, yenə də partiaya sədrləri yeni yaradılan qurumun təqdimatını, ilkin olaraq, Polşanın Azərbaycandakl səfirinin qəbulunda keçirməklə bəyan etməyi düşünürlər. Sual yaranır: niyə məhz yenə də Polaşa səfirliyində? Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirir ki, ABŞ hansısa ölkədə sabitliyi pozmaq, çaxnaşma salmaq istəyirsə, oradakı gədə-güdəni bir yerə yığır və İsveç vasitəsilə Polşa maliyyələşir və həmin gədə-güdələr orada təlim görürlər: "Biz bunu Ukraynadakı "narıncı inqilab"da, Maydan hadisələrində, Gürcüstandakı "qızılgül" inqilabında da müşahidə etmişik. Postsovet məkanında harada inqilab olursa, orada Polşanın barmağını görürük. Polyaklar haqqında ən gözəl tərifi Karl Marks verib: Qəribə millətdirlər, harada istəsən orada xaos yarada, insanları bir-birinə qarşı qoyub qırdıra bilər, sonra isə yaxalarını kənara çəkə bilərlər. Rusiyaya qarşı embarqonu, iqtisadi sanksiyaları vaxtilə, elə indi də hamıdan çox tələb edən Polşa olub. Amma sonradan Polşa Avropa İttifaqına birinci müraciət etdi ki, alma satışından 500 milyon itirmişəm, mənim pulumu ver".
Bir sözlə, görünüən odur ki, müxalifətin böyüklü-kiçikli bütün partiaya sədrləri yalnız yalan vədlərə aldanaraq və ya buna ümid edərək, hansısa addımı atırlar. Ancaq hədəflərinə çatmaq müxalifətə müyəssər olmur. Həm də, görünən və təsdiq edən faktlar odur ki, səhvlərindən nəticə çıxarmaq, yalan vədlərin arxasınca getməmək prinsipindən əl cəkmək müxalifət üçün mümkünsüzdür. Bu da, onların artıq həyat tərzi və ya sağalması mümkün olamayan xəstəlikləri olduğunu göstərir.
İ.ƏLİYEV