PDF Oxu

Müxalifət

  • 2 059

Düşmən səngərində olanlar məğlubiyyətə məhkumdurlar

image

Son illər müstəqil Azərbaycan dövləti böyük uğurlara imza ataraq, beynəlxalq aləmdə yüksək nüfuza və mövqeyə malik olmuşdur. Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yolu keçərək, dünyada ən inkişaf edən ölkələrdən birinə çevrilmişdir. İnsanların rahat və təhlükəsiz yaşaması, sosial-iqtisadi vəziyyətinin yaxşılaşması dövlətmizin proriritet istiqamətlərdən olmuşdur. Buna görə, Azərbaycan dünyada sabitlik adası, insanların daha firavan, yaxşı yaşayışa malik ölkə kimi tanınır və qəbul edilir. Təbii ki, uğurlar, nailiyyətlər bir qədər də inkişaf etdirilir. Baxmayaraq ki, bəzi sapı özümüzdən olan məkrli qüvvələr və onlarla geniş iş birliyində olan xarici maraqlı qüvvələr Azərbaycanın əldə etdiyi böyük zəfərə, parlaq qələbələrə xələl gətirməyə cəhdlər göstərirlər. Müsavat və AXCP kimi partiyaların pula satılmış funksionerləri müxtəlif xarici pozucu qüvvələrlə gizli görüşlər keçirərək, onlardan təxribatlar, terror aktları törətmək üçün yeni-yeni təlimatlar, göstərişlər alırlar. Bu nöqteyi-nəzərdən demək olar ki, xarici anti-Azərbaycan mövqeli qüvvələrlə daha cox görüşlər keçirən Ə.Kərimli, İ.Qəmbər və A.Hacılıdır. Düzdür, əvvələr dövriyyədə "El" hərəkatının sədri Eldar Namazov, "Milli Şura"nın sədri Cəmil Həsənli və digərləri də olub. Ancaq sonuncular zamanında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmədiklərindən, proseslərdən uzaqlaşdırılıblar. Daha dəqiq desək, onlarla əməkdaşlığa son qoyulub. İndi gündəmdə daha cox Ə.Kərimli, A.Hacılı və İ.Qəmbrdir. Yəni sözügedən şəxslər, mütamadi olaraq, səfirlərlə görüşlər keçirir, xaricdəki qüvvələrlə yazışmalar, "skayp"la danışıqlar və söhbtlər aparırlar. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə müxalif partiya sədrlərinin xarici ölkə səfirləri ilə görüşlərinin keçirilməsinin həssas məsələ olduğunu bildirib: "Bir var, diplomatik qəbullar, hansısa məsələ barəsində fikir mübadiləsi, bir də var ki, xarici ölkə səfirinin Azərbaycanda müxalifət liderləri ilə qapalı şəkildə hansısa məsləhətləşmələr keçirməsi. Bu, Azərbaycanda narahatlıq və xeyli suallar doğurur. Çünki daxili məsələlərin, hakimiyyət uğrunda mübarizə prosesinin xarici ölkələrin Azərbaycandakı təmsilçiləri ilə müzakirəsi düzgün qəbul edilmir. Çox təəssüf ki, ABŞ səfirliyində bu praktikaya geniş yol verilir. Müxalitətlə ya fərdi, ya da qrup şəklində görüş keçirilir və həmin görüş barəsində Azərbaycan cəmiyyətinə heç bir məlumat verilmir".

A.Mirzəzadənin sözlərinə görə, bu tipli görüşlər barədə cəmiyyətə məlumat verilməməsi də müəmma doğurur: "Əgər bu, sadəcə, diplomatik etiketdirsə, niyə, məhz müxalifət nümayəndələri ilə görüşlər keçirilir. Yox, əgər burada hansısa mühüm məsələ müzakirə olunursa, niyə onun məzmunu ictimaiyyətdən gizlədilir?"

Robert Sekuta Ə.Kərimlini tənbeh edib

Düşmənlə iş birliyinə getmək, yalnız torpağı satmaq, dövlətə xəyanət etməklə kifayətlənmir. Milli maraqlara qarşı cıxmaq, əldə olunan uğurlara kölgə salmağa cəhd etmək elə düşmənlə iş birliyinə getmək kimi bir şeydir. Məsələ burasındadır ki, Ə.Kərimli vəzifədə olduğu AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə erməni kimi yırtıcı düşmənlə iş birliyinə gedərək, torpaqlarımızın işğal edilməsinə yardımçı olubsa, bu gün də xaricdəki ermənipərəst məkrli qüvvələrlə əməkdaşlıq əlaqələri qurmaqla milli maraqlarımıza zərbə vurmağa cəhdlər göstərir. Qorxulu terrorçu təşkilat olan "gülən" hərəkatı ilə Ə.Kərimlinin əlaqələri üzə çıxdıqdan sonra AXCP daxilində çaxnaşma yaranıb. İfşa edilən Ə.Kərimli müxtəlif variantlardan istifadə etməklə, cinayətlərini ört-basdır etməyə çalışır.

Fətulhçılarla əlaqələri üzə çıxdıqdan sonra Ə.Kərimli xarici ölkələrdəki qüvvələrlə əlaqələr quraraq, onlardan kömək istəyib. Məlumata görə, Ə.Kərimli Qərbdəki və ABŞ-dakı himayədarlarını hədəlməkdən də çəkinməyib. Bildirib ki, istintaqa çağrılıb, sorğu-sual ediləcəyi təqdirdə, aralarında olan bütün faktları açıqlamaq məcburiyyətində qalacaq. Bu barədə bizə məlumat verən mənbənin sözlərinə görə, Ə.Kərimlinin təşviş dolu fikirləri xarici maraqlı qüvvələr arasında narahatlıq yaradıb. Deyilənlərə əsasən, qeyd etmək lazımdır ki, avqustun 23-də Ə.Kərimlinin ABŞ-ın Azərbaycandakı səfirliyinə çağrılması da, məhz mövcud məslələrlə bağlıdır. Alternativ AXCP-nin sədri Razi Nurullayev bildirib ki, Ə.Kərimlinin xarici diplomatik korpusun nümayəndələri ilə görüşlərləri əksər hallarda Ə.Kərimlinin tənbeh edilməsi üzərində qurulan söhbətlər olub: "Ə.Kərimli ilə görüşümüzdə o, məni hakimiyyətə işləməkdə günahlandırdı. ABŞ və Böyük Britaniya səfirliyi bunu mənə neçə vaxtdır deyirdilər ki, sən dövlətə satılmısan. Belə çıxır ki, ABŞ və Böyük Britaniya səfriliyi siyasətçilərə dinləmə aparatları quraşdırıb, hər birini dinləyirlər. Belə çıxdı ki, həmin səfirliklər siyasətçiləri dinləyib, Ə.Kərimliyə məlumat verirlər. Mən buradan ABŞ və Böyük Britaniya səfirliyinə müraciət edirəm. Bununla bağlı həmin səfirliklərə məktub göndərəcəyəm. Necə ola bilər ki, həmin səfirliklər mənimlə bağlı Ə.Kərimliyə məlumat ötürür?"

R.Nurullayevin sözlərinə görə, Ə.Kərimlinin özü satqın olduğu halda, məni satqın kimi təqdim edib, gözdən salamağa çalışması təəccüb doğurur. Görüşümüzdə mənə bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm".

Araşdırmalara, eləcə də R.Nurullayevin dediklərinə əsaslanaraq, o qənaətə gəlmək olar ki, Ə.Kərimlinin ABŞ səfirliyində Robert Sekuta ilə görüşü heç də sakit keçməyib. Bunu bizə Ə.Kərimliyə yaxınlığı ilə seçilən şəxsin dediyi məlumatlar da təsdiq edir. Ə.Kərimliyə yaxlnlığı ilə seçilən şəxsin məlumatına görə, səfirlkdə Ə.Kərimli bərk danlanıb, ağzına yiyəlik edə bilməməkdə, danışdıqlarına sərhədə qoya bilməməkdə ittiham edilib. Nəzərinə çatdırılıb ki, ABŞ-dakı nümayəndələri hədələdiyinə görə, Azərbaycanda keçirilməsi palanlaşdrılan referendum ərəfəsi Gürcüstan vasitəsilə AXCP-yə çatmalı olan maliyyə yardımından məhrum olunacaq.

Bir sözlə, hadisələrin inkişafı onu göstərir ki, istər Azərbaycanda, istərsə də xaricdə Ə.Kərimlinin durumu heç də ürəkaçan deyil. Bu isə, Ə.Kərimlinin siyasətlə xüdafizləşməsi zaman məsləsi olduğundan xəbər verir. Yəni Ə.Kərimli istənilən məqamda siyasətdən getdiyini bəyan edə bilər.

İ.ƏLİYEV

Digər xəbərlər