Rəsul Quliyevin ittihamları səngimir
Hazırda ABŞ-da müahicərt həyatı yaşayan eks-spiker Rəsul Quliyev son günlər yenidən aktivlik göstərərək, müxalifətdə baş verən uğrusuzluqlar barədə öz "facebook" səhifəsində ekspert rəyi bildirməkdədir. Zaman-zaman, xüsusilə, seçkilər dövründə ənənəvi düşərgni "asıb-kəsən" R.Quliyev uğursuzluq faktorlarını müxalifətin təməlinin düzgün qoyulmamamsı və digər amillərlə əlaqələndirir. Ən çox da bu fikirlərin AXCP və Müsavata ünvanlandığı üçün eks-spikerin bu aqressivliyini xəyanət kimi qiymətləndiriblər.
"Müxalifəti Əbülfəz Elçibəy birləşdirmək istəsə də, mümkün olmadı"
Bəllidir ki, R.Quliyev vaxtilə eyni düşərgədə təmsil olunduğu liderləri daha kəskin ittiham atəşinə tutur. Xüsusilə də, müxalifətin yaratdığı birliklərlə bağlı olan fikirinin dağıdılması işində onun adının çəkilməsini ciddi yanaşma saymadığını bildirib: Eks-spiker bildirib ki, müxalifətdə "başbilənlik" edənlərin səviyyəsi, dediyimiz kimi, düşüncələrinin aşağı səviyyədə olmasındadır: "Təməli uğursuz qoyulan müxalifətin bundan sonra da yaradacaqları birliklərin ehtimalı sıfıra yaxındır". Eks-spiker "Milli Şura"nın yaranmasını, daha sonra isə dağılmasını buna misal olaraq çəkib: "Azərbaycan müxalifəti 2005-ci il parlament seçkilərindən sonra yenilənməli idi. 10 ildən sonra yenilənə bilməyibsə, gedib məzarda yatsınlar. Çünki bu gün müxalifət yoxdur, müxalifət imitasiyası yaradan bir neçə qəzet və ya internet səhifəsi var".
Eks-spikerə sonda maraqdoğurucu sual edib ki, nəyə görə müxalifət liderləri öz yerlərini başqalarına vermək istəmir, düşərgənin yeniləşməsi üçün addım atmırlar. R.Quliyev qeyd edib ki, bu adamlar özlərini o qədər "liderlik" məsələsinə təslim ediblər ki, həyatlarında başqa sənət öyrənməyi unudublar: "Uğursuz müxalifət liderləri həyatda məşğul ola biləcəkləri heç bir sənət qazana bilmədikləri üçün yerlərini başqalarına vermək istəmirlər."
Beləliklə, müxalifət düşərgəsində baş verən ziddiyyətli proeselər göstərir ki, müxalifətin birləşməsi, ortaya hər hansı bir yeniliklə çıxa bilməsi qeyri-mümkündür. Göründüyü kimi, bu etirafın özləri trəfindən önə sürülməsi isə kifayət qədər maraqlı və düşündürücüdür.
Rəfiqə HÜSEYNOVA