Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-yə yeni rəhbər təyin edilib.
SİA agentliyə istinadən xəbər verir ki, bu, Dilqəm Qəniyevdir.
O, indiyə qədər İnstitutun baş mühəndisi olub və yeni vəzifəsində ötən ay agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinə təyinat almış Azər Nemətlini əvəz edib.
"Azəryolelmitədqiqatlayihə İnstitutu" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 240 min manatdır.